“Çətinliklərə baxmayaraq Milli Görüş ideallarına bağlı Doğru Yol Partiyasının qurulmasına başladıq”

“Doğru Yol” Partiyası Qurultaya Hazrlıq Üzrə Təşkilat Komitəsinin sədri Kəramət Salayev bizimsesimiz.info-ya müsahibə vermişdir. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

“Doğru Yol” Partiyası artıq neçə ildir fəaliyyət göstərir. Son parlament seçkilərində də millət vəkilliyinə namizəd olaraq partiyanız sizin timsalınızda uğurla iştirak etmişdir.Bəs son illər ərzində partiyanın fəaliyyəti nədən ibarət olub və təşkilatlanma nə səviyyədə gedir?

 “Doğru Yol” Partiyası artıq neçə ildir fəaliyyət göstərir. Son parlament seçkilərində də partiyanız millət vəkilliyinə  namizəd  olaraq  sizin timsalınızda uğurla iştirak etmişdir.Bəs son illər ərzində partiyanın fəaliyyəti nədən ibarət olub və təşkilatlanma nə səviyyədə gedir?

–  Azərbaycanda siyasi partiyaların ideoloji təsnifatını apardıqda nəticədə məlum olacaq ki, siyasi sistem eyni dəyərlərə, hədəflərə malik partiyalardan ibarətdir. Meydanda olan partiyaların böyük əksəriyyəti Qərb dəyərlərini seçən, Azərbaycanın gələcəyini Amerikaya, Avropya bağlamaq istəyən qüvvələrdir. Biz gənclik illərimizdən siyasi proseslərə qoşulduğumuz zaman milli dəyərləri, milli ruhu təbliğ edən rəhmətlik Elçibəyin xəttini müdafiə edirdik. Lakin Əbülfəz bəy haqq dünyasına qovuşduqdan sonra müxalifətdə ideoloji deformasiya baş verdi. Zamanında özünü milli demokrat adlandıranlar postElçibəy dönəmində milli- demokratiya xəttindən çıxıb partiyalarını, arxasınca gedən xalq kütlələrini Qərbin liberal demokrat ideologiyasına istiqamətləndirdilər. Təbii ki, bu strateji kurs dəyişməni gələcəkdə Azərbaycanda Qərbin siyasi, ideoloji və digər sahələrdə nüfuz dairəsində olan bir nəslin hazırlanması prosesinin başlanğıcı olaraq qiymətləndirməyimiz lazımdır.

Biz 1998- ci ildən bəri siyasi proseslərdə birgə iştirak etdiyimiz yoldaşlarla siyasi vəziyyəti qiymətləndirdikədn sonra Azərbaycanın millət və dövlət olaraq maraqlarının təmin edilməsi uğrunda Milli dəyərlərə bağlı, əxlaq və mənəviyyat prinsiplərinə üstünlük verən Doğru Yol Partiyasının quruculuğuna başladıq. Təbii ki, cəmiyyətmizin siyasi baxımdan passiv olduğu dönəmdə, siyasətlə məşğul olan bir kəsim insanın ideoloji sarsıntı keçirdiyi və eyni zamanda partiya quruculuğu üçün lazım olan resursların olmadığını nəzərə aldıqda, təşkilatlanma prosesini aparmaq çox çətin idi. Çətinliklərə baxmayaraq Milli Görüş ideallarına bağlı Doğru Yol Partiyasının qurulmasına başladıq və partiyanın quruculuğu üçün ilkin addımı, Doğru Yol Partiyası Qurultaya Hazırlıq Ürzə Təşkilat Komitəsini yaratdıq. Oxucularımız üçün də maraqlı olduğundan, qeyd etməyi özümə borc bilirəm ki, Doğru Yol Partiyasının quruculuğuna başlayarkən tariximizin millətə az tanış olan hissəsini öyərnməyə başladıq.  Demək 1918-ci ildə mayın 28-də ADR-in İstiqlal Bəyannaməsi elan edildikdən sonra 21 iyun tarixində ilk bayrağımız qəbul edilmişdir. Bu bayraq 09 noyabr 1918-ci ilə qədər rəsmi dövlətimizin bayrağı olubdur. Tarixdən bilirsiniz ki, 17 noyabr 1918-ci ildə ingilis general Tomson Cənubdan Bakıya istiqamət alaraq şəhərə daxil olmuşdur.

Bu fakt bizim diqqətimizi çəkdi və ilk bayrağımızı unutmamaq üçün Doğru Yol Partiyasının QHÜ TK qırmızı rəngli, aypara və səkkiz guşəli bayrağı partiyamızın simvolu olaraq qəbul etdi.

Bəli, doğru qeyd etdiniz ki, 2015 ci ildə parlament seçkilərinə qoşulmaq qərarını verdik və təhlillər göstərir ki, çox böyük effekt verən uğurlu bir siyasi- seçki kompaniyasını apardıq. O dönəmdə qarşımızda süni maneələrin yaradılmasına baxmayaraq Azərbaycan reallığında gənc, meydanda yeni və hələdə ortaya qoyduğu siyasi tezislərin millət tərəfindən tam qarşılanmadığı zamanda biz parlament seçkisində rəqib tərəfi üstələyə bilmişdik. Seçkinin rəsmi nəticələrinə görə YAP -ın namziədindən sonra ikinci yerə çıxdıq. Bu bizi ruhdan salmadı. Əksinə düşünürdük ki, hələ görəcəyimiz işlər qarşıdadır və biz partiyamızın qurulmasını sürətləndirməli, millətimizin siyasi şüurunun daha da artması və ona yönələn xarici təhlükələrdən xəbərdar etməliyik. Milləti öz milli dəyərlərinə sahib çıxıb ümidini Avropada, Amerikada, Rusiyada görmək kimi baxışlarını dəyişdirməliyik və anlatmalıyıq ki, ümid yalnız Allaha və millətin özünə olmalıdır. Hədəflərimiz istiqamətində siyasi fəaliyyətimizi davam etdiririk və hesab edirəm ki, yaxın illərdə biz medianın, paranın deyil millətin əxlaqlı, mənəviyyatlı vətənsevər övladlarını bir araya gətirərək Milli dəyərlərə bağlı olan Doğru Yol Partiyasının izdihamlı qurultayını keçirə biləcəyik.

Doğru Yol Partiyasının bayrağı ( 21 iyun 1918 ci il tarixindən 09 noyabr tarixinə qədər ilk Respublikanın bayrağı olaraq qəbul edilmişdir.

– Partiya olaraq dünyada baş verən siyasi olaylara, ələlxüsus ABŞ-Rusiya münsibətlərinin gərginləşməsi, Yaxın Şərqdə, Suriya ətrafında baş verən prosesləri necə qiymətləndirirsiniz?Bu Yeni düzənin formalaşmasından xəbər verir, yoxsa əvvəlki illərdən elə də ciddi fəqlənmir?

–  Soyuq savaş bitdikdən sonra dünyanı bir qütblü dünyaya çevirməyə çalışan aşkarda və gizlində olan güclər hədəf olaraq İslamı və müsəlman dövlətlərini seçdilər. Bu baxımdan fikir versəniz tarixən müharibələr, göz yaşları, zülmün becərildiyi müsəlman ölkələrində gərginliklər daha da çoxaldı, dünyanın ən risqli, gərginlik nöqtələrinə çevrildi müsəlman torpaqları. Bu təsadüf idimi ? Xeyr. “Eksperiment dövlət” olan SSRİ özünü doğrultmadı və yumşaq şəkildə dünyanın siyasi meydanından silindikdən sonra onun varisi olan Rusiya Qərblə heç bir sahədə rəqabətə çıxa bilmirdi. Demək ki, Qərb, NATO maneələrindən birini sıradan çıxardıb yenisinə- ən əsası olan bir mədəniyyətə qarşı hücuma başlamalı idi. Dünyanın dörd bir yanında İslam dininə inananlara qarşı total şəkildə “terrorçu” damğası vurulur və müsəlman torpaqları üzərində lokal müharibələr başladıldı. Hesab edirəm ki, Cənubi Qafqazda Azərbaycanın Qarabağ bölgəsində müsəlman torpağı olan Qarabağın ermənilər tərəfindən işğalına zəmin hazırlayan və bu gündə məsələnin ədalətli həllinə çalışmayan qüvvələrin əsil niyyətləri bu mənada ortaya çıxır.
Suriyada bu gün baş verən hadisələr barədə fikir bildirməzdən əvvəl Suriyanın da daxil olduğu Qərbin planlaşdırdığı bir prosesə nəzərə yetirmək lazımdır. Qərb ideoloqlarının adnı “Ərəb Baharı” qoyduğu proses dünyanın imperialist güclərinin müsəlmanların başına gətirdiyi faciəyə “bahar” adı qoymağı düşündürməlidir hər birimizi. Başımıza gələn müsibəti anladıqca yenilərindən sığortalana bilməyəcəyik. Bu mənada Tunisdə, Liviyada, Misirdə, Suriyada beynəlxalq imperializm fiqur dəyişdirmə prosesnə başlamaqla bölgənin xəritəsinə yenidən baxmaq qərarı vermişdi. Böyük müsəlman dövlətlərini parçalayaraq kiçik loxma halına gətirib tarixən o bölgədə marağı olan Britaniya və İsrailə yem etmək prosesinə start vermişdi. Sürətlə ard arda dövlətlərdə xaos yaradaraq nəzarətə aldıqları ölkələrin sayı davam edərdisə proses post- sovet məkanına adlayacaqdı. Prinsipcə Ukraynada baş verənlər İslam dünyası ilə paralel Rusiyanın “çəpər dövlətlərinə” də adlayırdı. Rusiya onu gözləyən təhlükəni anlayırdı və bəla sərhədlərinə yaxınlaşanda Putin İslam dünyasına sürətlə yaxınlaşaraq Amerikaya müqavimət təşkil edə bildi.

–  “Doğru Yol” Partiyasının Türkiyənin məhşur siyasətçisi Nəcməddin Ərbakana və onun partiyasına xüsusi önəm verdiyi görünür. Bu nə ilə bağlıdır və Milli Görüş ümumiyyətlə nədir və onun Azərbaycanda gəlcəəyini necə görürsünüz?

– Azərbaycan böyük tarixi, dövlətçilik ənənəsi, elmi- fəlsəfəsi olan bir millətin dövlətidir. Biz tariximizə 500 il ərzində yanaşıb təhlil edəndə bu bölgənin nə qədər mübarək bir yer olduğunu görərik. Yadeilli işğalçılara qarşı tarixi Azərbaycan dövlətlərinin apardığı mübarizəni, bu ərazinin yetirmələri olan elm, siyasət adamlarının sayının kifayət qədər olması onu göstərir ki, bu millət tarixin müxtəlif inkişaf mərhələlərində Allahın nəzərində olubdur. Uzun Həsəni, Şah ismayılı, Nadir şahı, Şah Qacarı, Cavad xanı, Hüseynqulu xanı, Rəsulzadəsi olan millətimizin eyni zamanda Mehmet Fateh Sultanı, Alp Arslanı, Səlahəddin Əyyubisi, Şeyx Şamili də vardır. Biz bir millətin övladları olaraq geniş bucaqdan baxarıqsa o zaman görəcəyik ki, bu əziz millətin eyni zamanda XX yüzilliyin ortalarından başlamış sonuna doğru da böyük şəxsiyyətləri yetişmişdir ki, onlar təmənnasız milləti üçün çalışmış, haqqa inanaların tərəfindən olmuşdur. Biz Nəcməddin Ərbakana İslam dünyasının böyük alimlərindən və dava adamlarından biri olaraq baxırıq. Türkiyəni 70- 80- ci illərdə SSRİ və Amerikaya təhvil verməyən rəhmətlik Nəcməddin Ərbakan həmin qlobal güclərə qarşı zəifləmiş, bir az da özünə inamını itirmiş Türkiyədə Milli Görüş hərəkatını yaratdı. Hesab edirəm ki, hələ bizim çox şəxsiyyətlərimiz var ki, zaman özü ədalətli şəkildə onların fəaliyyətlərinə qiymətini verəcəkdir. Bu baxımdan Azərbaycanda rəhmətlik Xudu Məməddovun istiqlal mücadiləsinə verdiyi töhvələri nəzərə almalıyıq və bu kimi şəxsiyyətlərimizi, mücahidlərimizi yeni nəsilə tanıtamılıyıq.
Milli Görüş nədir ? Milli Görüş milli mədəniyyətlərin, milli iqtisadiyyatların, milli siyasətin beynəlxaq imperializm və irqçi sionizm tərəfindən sıradan çıxarılıb yerini Qərbin əxlaqsız liberal ideologiyasının aldığı bir zamanda  millətin özünü mühafizə zirehidir.  Milli Görüş millətin  inkişaf xəttini göstərən, birlik, bərabərlik, qardaşlıq ruhu gətirən, eyni mədəniyyətin, inancın sahibi olan böyük bir coğrafiyanı əhatə edən insanların xarici basqılar qarşısında mənəvi qalasıdır. Bizim tariximizdə Milli Görüş olubdur. Tarixin sonrakı inkişaf mərhələsində sol, sağ, sol mərkəz, sağ mərkəz çıxdıqca Milli Görüş anlayışı itməyə başladı. Milli Görüş millətin qan yaddaşıdır. Qanımızın daşıdığı bütün müsbət tarixi hadisələr, proseslər Milli Görüşün içərisinə daxildir. Əxlaq və mənəviyyatın, gücün deyil haqqın üstün tutulmasını insanlara anladan zehniyyətdir Milli Görüş.

– Kəramət bəy, Doğru Yol Partiyasının QHÜ TK nın sədri olaraq İslam dövlətlərinin həqiqi birliyini nə qədər real görürsünüz ? Düzdür hal-hazırda da belə təşkilatlar, birliklər var amma açığı onlar fikrimcə böyük bir qüvvəyə çevrilə bilmir sanki. Bu əgər belədirsə nə etmək lazımdır ki, İslam dövlətləri effektiv bir qüvvəyə çevrilə bilsinlər, yeri gələndə Qərbin müəyyən ziyanlı maraqlarına qarşı çıxsın.

– Tarixin indiki mərhələsində müsəlman dövlətləri şərtələrin nə qədər sərt və ağır olduğunu qiymətləndirməlidirlər. Həm millət olaraq həm də bu dövləti idarə edənlər artıq nicat yolunun nifaqda deyil. ittifaqda olduğunu qəbul etməlidirlər. Quranda buyurulur:” Əgər onların bir planı varsa, plan quranların içində ən gözəl plan Allaha məxsusdur.” Bəli, nəhayət hər birimizə agah olmalıdır ki, Avropa Birliyini Katolik Xristian Klubuna çevriənlər müsəlman dövlətlərini təsirlərindən çıxmağın qarşısını alacaqlar və müsəlman coğrafiyasında iqtisadyyatın, elmin, mədəniyyətin inkişafını daimi olaraq kontrolda saxlayacaqlar. Bu planı pozmaq üçün Avropa Birliyinə qarşı İslam Birliyi qurilmalıdır.
Oktyabr ayında İstanbulda 1997- ci ildə Türkiyənin keçmiş baş naziri olan rəhmətlik Nəcməddin Ərbakan tərəfindən əsası qoyulan Misir, İran, Pakistan, Türkiyə, İndoneziya, Malayziya, Banqladeş və Nigeriya dövlətlərinin ittifaqı olan D- 8- in 20 ildən sonra yenidən toplantısı oldu. Çox sevindirici hal idi, Azərbaycan iqtidarı mühüm bir tarixi addım ataraq həmin toplantıda ən yüksək səviyyədə iştirak etdi və böyük siyasi iradə nümayiş etdirərək D- 8 in D- 20 yə çevrilməsində maraqlı olduğunu bildirdi. Hesab edirəm ki, millətimizin oyanışı, özünə qayıdışı prosesi sürətləndikcə inteqrasiyanın hansı beynəlxal qüvvələrlə aparılacağı, hansı mədəniyyətə inteqrasiya etməyimizi asand müəyyən edəcəyik.

– Müsahibə üçün təşəkkür edirik.
– Çox sağ olun. Allah razı olsun. Faəliyyətinizdə başarılar arzu edirəm

İmran Kərimli

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.