“Google” şirkəti axtarış sistemi istifadəçilərinin 2017-ci ildə ən populyar sorğularını dərc etməkdə davam edir. Növbəti ilk beşillikdə dünyanın ən populyar qurğuları yer alıb.

AZƏRTAC xəbər verir ki, şirkətin yaydığı məlumata görə, birinci yeri “Apple” şirkətinin yeni “iPhone 8” qurğusu tutub. Əvvəlki qabaqcıl “iPhone 7” modelini əvəzləyən smartfon dünyada ən çox satılan qurğu olub.

Reytinqdə ikinci pillədə daha bir “Apple” qurğusu qərarlaşıb. “iPhone X” dünyada diqqəti təkcə funksiya, innovasiya və onu əldə etmək istəyənlərin sayına görə deyil, eyni zamanda, istismar müddətində aşkarlanan boşluq və səhvlərə görə də cəlb edib.

Üçüncü mövqedə “Nintendo Switch” hibrid oyun qurğusu yer alıb. İstifadə zamanı əsas blok birləşdirici stansiyaya yerləşdirilərək televizora qoşulur.

Populyarlığına görə dördüncü yeri “Apple” şirkətinin əsas rəqibi “Samsung S8” smartfonu tutub. İlin əvvəlində “Samsung S7” və onun “Edge” versiyasının uğursuzluğundan sonra buraxılan yeni qurğu dərhal başa çatmaqda olan ilin ən populyar smartfonlarından birinə çevrilib.

Beşinci yerdə isə “Xbox One X” oyun konsolu qərarlaşıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here