Çeçenistan prezidenti Kadırov vəzifəsindən gedəcəyini açıqladı

Bizimsesimiz.info // Rusiyanın Şimali Qafqazdakı Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov idarəçilik sistemində dəyişikliyin lazım olduğunu bildirərək vəzifəsindən ayrılmaq istədiyini bildirib.

Kadırov, “Mən yorulmamışam, xidmət etmək istəyirəm. Amma getmək vaxtımın gəldiyini düşünürəm” , – deyə qeyd edib.

İdarəçilik sisteminin çox çətin və məsuliyyətli olduğunu bildirən Kadırov, “Xalqa mənim kimi mübariz və inkişafa aparan bir lider lazım idi.

Düşünürəm ki, artıq xalqımız inkişafa və rifaha sahibdir.

Məncə, Çeçenistan Respublikasında dəyişiklik etməyin vaxtıdır” , – deyə bildirib.

Kadırov sonda ölkəsində Çeçenistan prezidenti olmağa layiq bir neçə şəxsin olduğunu da sözlərinə əlavə edib. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.