Çeçenistanda milyonların iştirak etdiyi mitinqdə Putinə müraciət ünvanlandı – VİDEO
Bizimsesimiz.info // Çeçenistan hakimiyyətin paytaxt Qroznuda təşkil etdiyi mitinqdə milyonlarla insan iştirak edibdir.
Qroznuda Arakan müsəlmanlarının qətlinə etiraz olaraq aksiya keçirilibdir. Mitinqin sonunda Rusiya prezidenti Putinə müraciət ünvanlanıb. Müraciətdə Rusiyanın Arakan müsəlmanlarına qarşı edilən zülmə biganə qalmamağı və dərhal lazımi tədbirlər görməsi tələb olunub.
Aksiya “Çeçenistanın ürəyi” camesində namaz qılınması ilə başa çatıb.
https://www.youtube.com/watch?v=Hn0itIYJ8q8