Çeçenistanda “Rosqvardiya”çı 4 xidmət yoldaşını qətlə yetirib

Çeçenistanda Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) zabiti 4 xidmət yoldaşını güllələyərək qətlə yetirib.

RİA “Novosti” xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 16:00 radələrində Şelkovskoy rayonunda yerləşən hərbi hissədə qeydə alınıb.

Cinayəti törədən şəxs məhv edilib. Faktla bağlı araşdırma aparılır.