Çernobıl faciəsinə 26 aprel 1986-cı ildə atom stansiyasında baş verən dəhşətli partlayış səbəb olub. Stansiyanın bir hissəsinin tamamilə dağılması havaya küllü miqdarda radiasiyanın sızması ilə nəticələnib. 115 insan qonşu rayonlara  evakuasiya olunub. Partlayış özü ilə dəhşətli fəsadlar gətirib. 30 mindən çox insan bu partlayışdan əziyyət çəkib.

Minval.info bildirir ki, mediada yayılan bəzi məlumatlarda rəqəmlər yetəri qədər şişirdilir.

Bir gənc jurnalist öz araşdırmalarında iddia edir ki, faciə vaxtı 200 min, sonrakı 13 il ərzində isə daha 100 min insan güclü şüalanmadan dünyasını dəyişib.

Əslində isə yalnız 130 insan güclü radiasiya şüalanmasına məruz qalıb, onlardan 30-u 2 ay ərzində , 60-i isə sonrakı vaxtlarda ölüb. 1997-ci ildə Çernobıl faciəsində iştirakına görə ordenə layiq görülmüş Arturyan Rafael Varnazoviç müsahibəsində partlayışda 28 nəfərin, sonrakı dövrlərdə isə 134 nəfərin müxtəlif səbəblərdən öldüyünü bildirib.

Rəqəmləri şişirtməklə kifayətlənməyən media radiasiya ilə zəhərlənən qadınların mutant uşaqlar dünyaya gətirməsini iddia edir.

Bu haqda kifayət qədər çox film, komiks, video oyunlar istehsal edilib. Belarus Dövlət Radiasiya Tibb Universitetinin professoru Ostapenko iddia edirdi ki, şüalanmanın nəticəsində hər il 2 milyondan çox uşaq fiziki məhdudiyyətlə dünyaya gəlir. Belarus Respublikası üçün belə imkansız rəqəmlərin dilə gətirilməsi isə gülməlidir. Hətta Naqosakiyə atılmış  atom bombası nəticəsində belə bu qədər insan ölməyib.

Ümumiyyətlə, tibbi cəhətdən təsdiqlənib ki, radiasiya zəhərlənməsi heç vaxt uşaqların mutant doğulmasına səbəb ola bilməz. Sosial şəbəkələrdə yayılan mutant heyvanların şəkilləri də Çernobılda çəkilməyib. Məsələn, insan üzlü donuz Çernobılda deyil, Çində doğulub, iki üzlü pişik də Amerika Birləşmiş Ştatlarında görülüb.

Daha irəli gedərək şəhərə girişin bağlı olduğunu və ərazinin tamamilə viran qaldığını iddia edənlər də var. Halbuki hazırda Çernobılda kifayət qədər otel, dükan, park var. Bu şəhərə ekskursiya təşkil edən şirkətlər də mövcuddur. Hazırda Çernobıla səyahət zamanı qəbul edilən radiasiya dərəcəsi təyyarə uçuşu zamanı alınan radiasiya ilə eyni miqdardadır. Faciə baş verən an qonşu rayonlara yayılan radiasiya isə bir kompüter  tomoqrafiyasından alacağımız radiasiyadan çox olmayıb.

Bütün bu şayiələrin əsasında sadəcə maddi marağın durduğu açıqdır. Daha çox pul  qazanmaq arzusunda olanlar qorxu filmlərini xatırladan ssenarilər hazırlayır, şəkillər çəkərək mətbuata ötürürlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here