Çexiyanın paytaxtı Praqada Türkiyənin tələbi ilə həbs edilən PKK-YPG terror təşkilatının sabiq lideri Saleh Müslim azadlığa buraxılıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bir neçə gün əvvəl həbs olunan Müslim məhkəməyə çıxarılıb və azadlığa buraxılıb. Media nümayəndələri məhkəmə salonuna buraxılmayıb. Terrorçu liderin azsaylı tərəfdarları məhkəmə qarşısında nümayiş təşkil ediblər.
Qeyd edək ki, Türkiyə Çexiyadan Saleh Müslimin həbsini və Türkiyəyə ekstradisiyasını tələb edirdi.
Qeyd edək ki, Saleh Müslim Türkiyə xarici işlər nazirliyinin “Terror ittihamı ilə axtarılanlar” siyahısında yer alır və onun ölkəyə təhvili üçün 4 milyon türk lirəsi mükafat vəd edilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here