Məşhur Hollivud aktyoru və komik Cim Kerri Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etdiyini, “Facebook”un isə bunu dayandırmağa heç cəhd də göstərmədiyini bildirərək sosial şəbəkəni boykot etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə o, öz “Twitter” səhifəsində yazıb.

“Mən öz “Facebook” səhmlərimdən imtina edir və öz səhifəmi silirəm. Çünki “Facebook” Rusiyanın bizim seçkilərə müdaxilə etməsindən yalnız qazanır, onlar bunu dayandırmaq üçün kifayət qədər iş görmürlər. Mən bizim gələcəyimizin qayğısına qalan digər səhmdarları da eyni addımı atmağa çağırıram”, – deyə o bildirib.

 

222.JPG (96 KB)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here