Çin ABŞ-ın nüvə doktrinasına sərt münasibət bildirdi
Bizimsesimiz.info // Çin Amerika Birləşmiş Ştatlarının yeni nüvə doktrinasında Çinin nüvə potensialını təhdid kimi qiymətləndirməsinə reaksiya göstərdi.
Çin Müdafiə Nazirliyindən bildirilib:
“ABŞ müdafiə Nazirliyi (Pentaqon) Çinin inkişaf planları haqqında absurd proqnozların yer aldığı, Çinin nüvə qüvvələrinin təhdid yaratdığı ilə bağlı yeni nüvə doktrinası hazırlayıb. Biz kəskin şəkildə bu doktrinaya qarşı çıxırıq.
Çin sülh, inkişaf və müdafiə siyasətinə bağlı ölkədir. Heç bir zaman və heç bir halda nüvə silahı olmayan ölkələri təhdidetmə niyyəti yoxdur.”
Qeyd edək ki, Pentaqon 3 fevralda yeni ABŞ Nüvə Doktrinasını dərc etdirib. Doktrinada ABŞ-ın nüvə silahlarının yayılmaması və nüvə silah sayını azaltmaq öhdəliyini üzərinə götürdüyü, Amerikanın Rusiya və Çini düşmən kimi görmək istəmədiyi və bu ölkələrlə sabit münasibətlər qurmağa çalışdığı yazılır. // trt