Çin bankları Rusiyaya qarşı sanksiyalara tam qoşuldu

Çin bankları sanksiyalara məruz qalmış Rusiya kredit təşkilatları ilə əməkdaşlıq etmir.

Bu barədə “Otkritiye” bankın rəhbəri Mixail Zadornov RBC-ya müsahibəsində bildirib”Çin bankları ABŞ Maliyyə nazirliyi tərəfindən qoyulmuş bütün sanksiya məhdudiyyətlərinə tam əməl edir. Məsələn, sanksiyaya məruz qalan Rusiya bankları ilə işləmirlər”, – deyə o bildirib.

Zadornovun sözlərinə görə, sanksiyalara görə, banklarda dollar, avro və funt-sterlinqdə olan əmanətlərin həcmi on ay ərzində 40% – 94 milyard dollardan təxminən 57 milyard dollara qədər azalıb. “Bu, onu göstərir ki, əhali əmanətlərinin bir hissəsini ya nağdlaşdırıb, ya rubla çevirib, ya da ki, xaricə köçürüb. Bu, ölkə və sistem üçün yaxşı hal deyil, çünki bu, ölkədən kapitalın xalis xaricə axınıdır”, – bankir bildirib.

Onun sözlərinə görə, yuana olan tələb bu təsiri kompensasiya edə bilməyəcək, çünki qismən Çin bankları sanksiyalara əməl edir. Zadornovun sözlərinə görə, bu, Rusiya və Çin bankları arasında hesablaşmaların azadlığına və yuan ödənişlərinin hərəkətinə təsir göstərir.

Xatırladaq ki, hələ aprelin sonunda Çinin UnionPay ödəniş sistemi ABŞ-ın ikinci dərəcəli sanksiyaları altına düşmək qorxusuna görə SDN siyahısında olan Rusiya bankları ilə əməkdaşlıqdan imtina edib. Rusiya bankları Rusiyanı tərk edən Visa və Mastercard-ı əvəz etmək üçün kütləvi şəkildə UnionPay kartlarını buraxmağa planlaşdırırdı.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir