Çin Kommunist Partiyasından partiya üzvlərinə tələb: “Dinsiz olun”

Bizimsesimiz.info // Pekin hökuməti Çin Kommunist Partiyası üzvü şəxslərin dini inancını “qırmızı xətt” kimi gördüyünü bəyan edib.

Avropa.info xəbər verir ki, Çin hakimiyyəti partiya üzvlərinə müraciət edərək dəyərləri və inancı dində axtarmamalarını istəyib. Çinin Dini Komitəsinin sədri Vanq Tsuoan Çin partiyanın rəsmi mətbuat orqanı “Qiushi Journal” yazdığı məqalədə bu sözləri yazıb:

“Partiya üzvlərinin dinin inancları olmamalıdır. Bu bütün üzvlər üçün “qırmızı xət”dir. Partiya üzvləri qatı marksist ateistlər olmalı, partiya tələblərinə əməl etməlidir. Partiya üzvlərinin dində dəyər və inanc axtarmağa icazəsi yoxdur”.