Çində koronavirusa yoluxanların sayı artıb.

Bu barədə “Report” “Sinxua”ya istinadən xəbər verir.

Qeyd edilir ki, virusa yoluxanların sayı 4515 nəfərə çatıb.

Daha əvvəl “Vani” portalı Çin regionlarının məlumatına əsasən virusa yoluxanların sayının 4477 nəfərə çatdığını, 106 nəfərin öldüyünü xəbər verib.

“Agence France-Presse” isə bildirib ki, ötən gün Hubey əyalətində yeni pnevmaniyadan daha 24 nəfər həlak olub. Həmçinin virusa 1291 yeni yoluxma hadisəsi qeydə alınıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here