Bildiyiniz kimi, Sumqayıt şəhərində “Nizami” kinoteatrı (keçmiş Rossiya) yenidən inşa edilərək ötən ilin noyabrın 21-də kinosevərlərin ixtiyarına verildi.

Ötən müddət ərzində kinoteatrın fəaliyyəti heç də şəhər sakinlərini qane etmir. Elə saytımızın “Sumqayıt Rəsmi Səhifə” adlı Feysbuk səhifəsində keçirdiyi sorğu da bunu deməyə əsas verir. Belə ki, respondentlərə “Sumqayıtdakı “Nizami” kinoteatrının fəaliyyəti sizi qane edirmi?” sualı ünvanladıq. Sorğuda iştirak edənlərin 76 faizi, yəni 383 nəfəri qiymətlərin baha və filmlərin zəif olduğunu bildirib.Respondentlərdən 24 faizi, rəqəmlə ifadə etsək 118 nəfəri isə kinoteatrın fəaliyyətindən razı qaldığını və yüksək səviyyədə fəaliyyət göstərdiyini qeyd edib. Bundan əlavə yazılan şərhlərdə kinoteatrda yeni filmlərin nümayiş olunmadığını, yeni filmləri izləmək üçün hələ də Bakıya üz tutduğunu bildirənlər var.

Kinoteatrın icarəyə verildiyi “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə sosial şəbəkə hesabında yaydığı açıqlamada vəziyyətə belə aydınlıq gətirib: “Kinoteatr yeni açılıb. Yeni filmlərin repertuara əlavə olunması üçün bir neçə həftə tələb olunur. Xarici şirkət və studiyalar yeni filmləri kinoteatrımıza verməsi üçün onun tam işlək vəziyyətdə olmasından tam əmin olmalıdır. Müqavilələr bağlanılmalıdır və bu proses vaxt tələb edir. Tezliklə yeni filmlərin nümayişi Sumqayıt kinoteatrında da olacaq. Sadəcə səbrli olmalıyıq”.

Qeyd: Sorğunun nəticəsi ilə bu linkdə tanış ola bilərsiniz: (https://www.facebook.com/sumqayitresmisehife/posts/1984043885075015)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here