Çinin dövlət telekanalı “Arsenal” – “Mançester Siti” matçını yayımlamayacaq – Özil həqiqətləri dediyinə görə
Çinin “CCTV” dövlət telekanalı İngiltərə Premyer Liqasında XVII turun bu gün keçiriləcək “Arsenal” – “Mançester Siti” matçının yayımını ləğv edib.
Telekanal bu görüşün əvəzinə “Vulverhempton” – “Tottenhem” oyununun video-yazısını nümayiş etdirəcək.
CCTV-nin qərarının “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özilin bu yaxınlarda sosial şəbəkədə yazdığı fikirlərlə əlaqədar olduğu bildirilir.
Türk əsilli futbolçu Çində uyğurların sıxışdırılmasını mühakimə edərək, müsəlmanları bu problemə susqun qalmaqda ittiham edib. Sonradan “Arsenal” klubu rəsmi açıqlama ilə Özilin şəxsi fikirlərini ifadə etdiyini vurğulayıb.
Qeyd edək ki, Çin hökuməti türkdilli xalq olan uyğurlara qarşı repressiya siyasəti aparır, onların dini və mədəni hüquqlarını məhdudlaşdırır. Çin polisinin vəhşilikləri sosial şəbəkələrdə ayılsa da,öldürülənlər türk və müsəlman olduğundan dünya yenə susur.
Çinin Sintszyan-Uyğur muxtar bölgəsindən 10 milyonadək uyğur yaşayır.
CDKL5 has been implicated in neuronal synapse maturation, yet its postdevelopmental necessity and the reversibility of CDD associated impairments remain unknown can i buy cialis online