Çinin elektron kommersiyada payı 40%-ə çatdı
Bizimsesimiz.info // Çinin elektron kommersiyadakı payı 2016-cı ilin sonunda 39,2% təşkil edib.
İKT.lent.az-ın Hightech.fm-ə istinadən xəbərinə görə, bu barədə Çin Tİcarət Nazirliyindən bildirilib.
Ölkədə internet mağazaların istifadəçilərinin və onlayn ticarət sahəsində çalışanların da sayı kəskin artıb. Bildirilir ki, Çində internet istifadəçilərinin sayı ötən il 731 milyon nəfərə çatıb ki, bu da ölkə əhalisinin 53,2%-ni təşkil edir. İnternet istifadəçilərinin 63,8%-i və ya 467 milyon nəfəri onlayn alış-veriş edir.
Çinin internet mağazalarında ən çox satılan mallar geyimlər, məişət əşyaları, mobil telefonlar, qida və içkilər, rəqəmsal və uşaqlar üçün məhsullardır.