Bizimsesimiz.info // Çin Hərbi Dəniz Qüvvələrinin reallaşdırdığı təlimlərdə müasir raketlərdən istifadə olunması ABŞ-da narahatlıqla qarşılanıb.

ABŞ-ın “Popular Mechanics” jurnalı bu barədə şərh yazıb.

Şərhdə hərbi təlim “qeyri-adi mənzərə” olaraq xarakterizə edilib.

“Bu gün Çin müasir raket və sensorlar ilə təchiz edilmiş çox sayda yeni gəminin olması son zamanların ən böyük dəniz qrupunu təşkil edir”, – deyə şərh yazısında vurğulanıb.   Jurnalda qeyd olunur ki, sovet istehsalı olan “Varyaq” və Ukraynadan alındıqdan sonra müasirləşdirilən “Liaoninq” təyyarə gəmisinin də aralarında olduğu 43 gəmi, 24 ədəd “Şenyanq J-15” döyüş təyyarəsi və bir neçə vertolyot hərbi təlimlərə qatılıb. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here