Çinin rabitə peyki raketinin sınağı uğursuz oldu

Bizimsesimiz.info // Çinin “Çangcıng-5 Y2” (“Uzun Gediş”) adlı rabitə peyki raketinin sınağı uğursuz oldu.

Şinhua agentliyinin xəbərinə görə, ölkənin cənubundakı Haynan əyalətində olan Vınçang Kosmos Mərkəzində dünən axşam edilən raketatma sınağı müvəffəqiyyətsizliklə nəticələnib. Mütəxəssislər “Çangcıng-5 Y2” raketində geniş texniki araşdırma aparılacağını söyləyiblər.

Qeyd edək ki, bu raket Çinin 2020-ci ilə qədər dünya orbitində kosmos stansiyası qurmaq istiqamətində kilid əhəmiyyətə malik bir layihəsidir. Eyni silsilədən olan ikinci raketin il sonuna qədər Aya göndərilməsi planlaşdırılır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir