Bizimsesimiz.info  // Çinin Nanoelmlər və Texnologiyalar Mərkəzinin  məlumatına   görə alimlər təhlükəli şişlərə qarşı uğurla mübarizə aparmaq qabiliyyətinə malik olan və dünyada ilk avtonom DNK nanorobotlar yaradıblar.  Ölçüsü iynənin ucundan 5000 dəfə kiçik  olan   və  gözlə  görünməyən Nanorobotların ilk sınağı kifayət qədər uğurlu olub. Dezoksiribinuklein turşusu (DNT) əsasında işləyən robot boruşəkilli struktura malikdir, onun uzunluğu təxminən 90, diametri 19 nanometr təşkil edir. Nanorobotlar öz konstruksiyası sayəsində araşdırmalar aparmağa kömək edəcək və özləri şişləri tapacaqlar. Bundan sonra təhlükəli şişin qanla təmini blok ediləcək. Nəticədə şiş bir neçə həftə sonra məhv olmağa başlayacaq. Nanorobotlar siçanlar üzərində sınaqdan keçirilib. Bir neçə gün və ya həftə ərzində şişin ölçüsünün xeyli azalması, çox vaxt isə tam məhv olması müşahidə edilib.

Layihənin əməkdaşlarından biri olan Çinli alim Çjaoya  görə  nanorobotlar xüsusilə geniş yayılan insult riskini azaldacaq.

“Kimyəvi terapiya və radiasiyadan fərqli olaraq, DNT nanorobotları yaxınlıqdakı sağlam toxumalara ziyan vurmadan şişləri müalicə etmək qabiliyyətinə malikdir. Nanorobotlar beyində toplanmır və beləliklə, insult riski yoxdur”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here