ABŞ 1963-cü ildə qətlə yetirilən prezident Con Kennedinin qətlinə dair 2891 məxfi sənəd dərc edib.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bundan əvvəl 24 iyulda Kennedinin qətlinə dair 3,9 min məxfi sənəd dərc edilib, daha bir neçə min sənəd isə 2018-ci ilin aprel ayının sonunaq qədər dərc ediləcək.

ABŞ prezidenti Donald Tramp bildirib ki, cəmiyyət qətllə bağlı daha dolğun məlumatlandırılmalıdır. Bundan əlavə Tramp bildirib ki, milli təhlükəsizliyin təmin edilməsi baxımından sənədlərin bir hissəsi redaktə olunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here