Con Kerri prezident olmaq istəyir
ABŞ-ın sabiq dövlət katibi Con Kerri 2020-ci il prezidentlik yarışında iştirakını istisna etməyib.
Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı o, CBC telekanalına müsahibəsinə danışıb.
Kerri bildirib ki, Donald Tramp administrasiyasının dövründə siyasi cəhətdən fəal qalmaq niyyətindədir.
“2020-ci illə bağlı indidən danışmaq vaxt itkisi və diqqətin yayındırılmasıdır”, – Kerri bildirib.