“Covid 2019”un süni yaradıldığı və hansı məqsədlərlə yayılması barədə ilk başdan fikirlərim dəyişməyib. Əlbəttə virus var, virusdan ölürlər, amma pandemiya süni yaranıb. Pandemiya ilk başlayanda bu barədə çox danışmaq olmurdu, indi isə olar və lazımdır.

Bu sözləri məşhur rusiyalı nevroloq, revmatoloq Pavel Yevdamikenko deyib.

O da koronavirus pandemiyasının dünya güclərinin plandemiyası olduğuna əmindir.

“Bu barədə hələ ötən ilin yazında danışırdım, insanların çoxu inanmadı. Həkim kolleqalarım mənə gülürdü. Sən də o başıboşlarla əlbirsən?

İndi isə heç nə gizlədilmir. Açıq –aşkar hər şey plandemiyaya uyğun gedir.

Mən hesab edirəm ki, virus qəsdən, düşünülərək buraxılıb. Bəli, çox insanlar ölür. Amma virusun özündən yox, səhv müalicələrdən.

Koronavirus ya elə də güclü ölümcül deyil, sadəcə insanları qorxutmaq üçün yaradılıb. ya da yaradıcıları İspanka kimi güclü virus yarada bilmədilər.

Klaus Şvab və onun komandası – bura daxil olanların siyahısını biz hələ dəqiq bilmirik. Onlar 30 il əvvəl öz planları barədə açıq aşkar danışırdılar.

Kovid dünyanın qlobal problemlərini dünya müharibəsinin əvəzinə həll edir. Bütün öncəgörücülür, siyasətçilər 100 il əvvəl deyirdilər ki, 2020-ci ildən sonra Dünyada üçüncü dünya müharibəsinin olması gözləniləndir. Lakin biz klassik od alovlu müharibə yox, belə gülləsiz, qansız yeni variantda müharibə gördük.

Dünyada elə nəhəng, qlobal iqtisadi krizislər yaranmışdı ki, onu sakit halda masa ətrafında həll etmək artıq mümkün deyildi. Həmin qrupların əlində o qədər artıq pul vəsaitləri yığılmışdı ki, onu leqal yumaq, xərcləmək qeyri-mümkün idi.

Ötən əsrlərdə bu problemlər müharibələrlə çözülürdü, indi hesab edirlər ki, müharibə təhlükəlidir, iyrəncdir. Ona görə bu yolu seçdilər”. (medicina.az)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here