COVID testi verməyən azərbaycanlılar Rusiyaya BURAXILMIR

Azərbaycandan Rusiya Federasiyasına getmək istəyən şəxslər məhdudiyyətlə üzləşiblər.

Qonşu Rusiyaya səfərə hazırlaşan vətəndaşlar bildiriblər ki, ölkədən çıxış üçün onlardan COVID-19 testinin mənfi nəticəsi tələb olunur. Test verməyən sərnişinlər uçuşa buraxılmır. Bu isə bir çox soydaşlarımızın narazılığına səbəb olub.

Məsələyə aydınlıq gətirmək üçün AZAL ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Modern.az-a bildirib ki, Bakı hava limanında COVID-19 testinin yoxlanılması Rusiya tərəfinin tələbidir. Belə ki, Azərbaycandan Rusiyaya uçuş yalnız mənfi test nəticəsi əsasında mümkündür. 

Qeyd edək ki, bu ilin aprelin 15-dən etibarən Rusiya və Türkiyə vətəndaşlarının Azərbaycana daxil olması ilə bağlı COVID-19-a dair PCR testi tələbi ləğv olunub. Rusiyadan fərqli olaraq, Türkiyəyə girişdə test tələbi aradan qaldırılıb. 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.