Çoxmərtəbəli binaların yüksək mərtəbəsində yaşamaq məqsədə uygun sayılmır -Səbəb

Aparılan elmi araşdırmalardan aydın olub ki, hündür mərtəbəli ümumi yaşayış binalarında yaşamaq insan orqanizmi üçün ciddi xəstəliklərə yol aça bilir.

Faktinfo.az xəbər verir ki, alman alimlərinin gəldiyi qənaətə görə, hündür mərtəbəli binaların 6-cı mərtəbəsindən yüksəklikdə yaşamaq insanı yerin maqnit sahəsindən müəyyən qədər uzaqlaşdırır. Bu vəziyyət isə ürək, damar, sinir və digər xəstəlikləri olanlara yaxşı təsir göstərmir, immun sisteminə ciddi şəkildə mənfi təsir göstərir,müəyyən xəstəliklərə tutulma ehtimalını artırır.

İnsan orqanizmi üçün vacib olan yerin maqnit sahəsinin zəif olmasına əlavə olaraq, atmosfer təzyiqinin yüksək olması, nisbi rütubətin miqdarının normanı keçməsi geomaqnit qasırğası kimi amillərlə üst-üstə düşdüyü günlərdə arterial təzyiqli xəstələrdə daha ağırlaşdırıcı vəziyyət yaradır, insanın halı xeyli pisləşir,sinir sistemi gərgin olur.

Qeyd edək ki,almanlar hündür mərtəbəli evlərdə yaşamağa üstünlük vermirlər,çalışan qədər hündür mərtəbəli evlərdə ev almağa maraq göstərmirlər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.