Dəccalın Böyük Oyunu
Bizimsesimiz.info // Hər gün yeni-yeni hadisələrlə çalxalanan Yaxın Şərq bu dəfə tarixin böyük sınağı ilə üz-üzədir. Şəri təmsil edən Dəccal son həlledici həmləsini atmaqdadır. Əgər bu baş tutarsa (bundan Allaha sığınırıq) İslam Aləmi Yer üzündən silinə bilər. Biz təhlükənin baş verə biləcəyini ən xırda məqamlarına kimi sizə çatdırmağa çalışacağıq. Məqalənin böyük olması əhəmiyyətindən və içində çox məsələləri ehtiva etməsi səbəbindəndir.
Böyük Plana doğru
ABŞ prezidenti Donald Tramp ilk xarici səfərini iki müqəddəs torpaq Məkkə və Mədinənin yerləşdiyi (əlbəttə, bu bir təsadüf deyildir) Səudiyyə Ərəbistanına gerçəkləşdirdi. Oradan bütün müsəlman ölkələrinə səslənərək bildirdi ki, bundan sonra bir daha müsəlman dövlətlərinin işlərinə qarışmayacaq, onlara “məsləhət” verməyəcəkdir. İlk baxışda xoş məram kimi görsənsə də, əslində bu sözlərdə gizli bir kinayənin olduğu hiss olunurdu. Sanki, demək istəyirdi ki, “Mən sizə barmağımın ucuyla da toxunmayacam. Sizə elə bir oyun hazırlamışam ki, özünüz-özünüzü qırıb bitirəcəksiniz. Mən sizinlə haqq-hesabı bir dəfəlik çürütməyə gəldim”. Bu sözləri təsdiq edirmiş kimi, Səudiyyə Ərəbistanına külli miqdarda silah verərək, “Haydı, bir-birinizi öldürməyə başlaya bilərsiniz” mesajını verdi. Bəli, Tramp silahları satmaqla, Böyük Planın düyməsini basmış oldu.
Qətər böhranı
Səudiyyə və digər müttəfiq ərəb ölkələri Qətəri İran ilə iş birliyində suçlayaraq diplomatik əlaqələri kəsdilər. Yaxşı, sual olunur. Qətər daha əvvəl də İranla əməkdaşlıqda ittiham olunurdu. Nə üçün məhz Trampın gəlişindən sonra bu qərar verildi? Şübhəsiz ki, Trampın gəlişi onun münaqişəni başlatmaq əmrini gətirməsi kimi dəyərləndirilsə də, həm də “böyük günün” xüsusi qeyd edilməsi mənasına da gəlir.
Qətər böhranı prossesində maraqlı məqamların üzə çıxması diqqətlərdən yayınmamalıdır. Məsələn, hadisədən bir neçə gün qabaq BƏƏ-in ABŞ-dakı səfiri Yusif əl-Üteybənin elektron poçtu naməlum hakerlər tərəfindən ələ keçirildi. Və orada olan yazışmalardan məlum oldu ki, səfir İsrail tərəfdarı FDD-in icraçı direktoru Mark Dubovitz və müşaviri Con Hannah ilə tez-tez yazışırdı. Həmin yazışmalarda hazırda cəbhənin digər tərəfində duran Qətər və Türkiyə əleyhinə yazılar əsl qalmaqal mövzusu idi. Qətər böhranından əvvəl bu hadisənin baş verməsi heç də təsadüfi deyildi. Məqsəd hazırlanan münaqişə planını müharibə səviyyəsinə çatdırmaqdan ötrüdür.
Digər bir məqam ABŞ Müdafiə Nazirliyi Pentaqonun keçmiş əməkdaşı Maykl Rubinin 2 ay öncə dediyi sözlərinin mətbuatda dolaşması idi: “Ey Ərdoğan! Qətərdən sənə pul gəlməsə, nə edəcəksən? Sənin üçün yolun sonu gəldi” .
Açıq-aydın hazırladıqları Böyük Plana – müharibəyə Türkiyəni cəlb etmək istəyirdilər. Ancaq Türkiyə və Qətər hər iki hadisəyə də təmkinli və soyuqqanlı yanaşdılar.
Yəmən böhranı
Bu məqamda geriyə, Yəmən böhranına çox vacib “səfər” edəcəyik. Xatırlayırsınızsa, Yəməndə leqal hakimiyyətə üsyan edən husilərə qarşı hərbi əməliyyatlar üçün Səudiyyənin liderliyi ilə Ərəb Koalisiyası yaradıldı. Hətta koalisiya yaradılarkən, Səudiyyə kralı Salman ibn Əbdüləziz belə bir açıqlama verdi: ” – Biz bu İslam İttifaqını (hərbi koalisiyanı nəzərdə tutur) yaradarkən ABŞ-ın buna münasibəti bizə maraqlı deyil”.
İndiyə kimi ABŞ-ın bir sözünü iki eləməyən Səudiyyənin İslam aləmi və ABŞ üçün bu cür önəmli məsələdə ABŞ-ın mövqeyini heçə sayması heç inandırıcı və səmimi deyildi. Düzünə qalsa, kralın bu açıqlamasını Səudiyyənin ABŞ ilə qabaqcadan razılaşdırılmış mövqeyi kimi qiymətləndirmək lazımdır. Yəmənə edilən hücumlar hərbi birləşmələrə qarşı yox, daha çox dinc əhaliyə qarşı endirilən aviazərbələr idi. Eynilə ABŞ-ın Əfqanıstan və İraqdakı dinc əhaliyə endirdiyi aviazərbələr kimi idi. Hücum üsulu və hədəfi necə də bir-birilərinə oxşayırdı, elə deyilmi? Məhz bu məqam Türkiyəni koalisiyaya qoşulmaq fikrindən vaz keçirdi. Halbuki, koalisiya yaranarkən Türkiyənin buraya qoşulması gündəmdə idi. Türkiyənin qoşulmasının ardından digər sünnü ölkələrin də qoşulması ehtimalı böyük idi. Husilər şiəliyin bir qolu olan zeydi məzhəbindən idilər. Deməli, İranı bölgəyə gətirmək üçün husi üsyanı ABŞ-ın planı idi. Türkiyədən fərqli olaraq İran bu silahlı münaqişəyə qoşuldu. Bununla belə, Türkiyə ilə birlikdə digər müsəlman ölkələrini də müharibəyə cəlb etmək planı havada qaldı. Elə isə bu qənaətə gəlmək olar ki, Qətər planı baş tutmayan Yəmən planının yerinə hərbi arenaya sürülübdür.
Suriya münaqişəsinin uzanmasındakı səbəb
ABŞ Suriya münaqişəsini ona görə uzadır ki, Yəmən, Qətər alınmasa başqa bir böhran təşkil etsinlər. Sonra da Suriya münaqişəsi ilə yeni münaqişəni birləşdirərək bölgəni böyük müharibəyə sürükləsinlər. Suriya böhranının əsas nəzərə çarpan tərəfi, Suriyanın Türkiyə ilə qonşu olmasıdır. Onlar Türkiyənin öz ərazi bötövlüyünə və suverenliyinə təhdid olacağı təqdirdə biganə qalmayacağını çox gözəl bilirlər. Türkiyə də onların nə istədiklərini gözəl bilir. Ona görə də Türkiyə lokal döyüşlər və ələ düşən imkanlar xaricində geniş miqyaslı əməliyyatlara başlamayıbdır. Müharibədə Rusiyanın da yer alması məsələni daha da mürəkkəbləşdirir. Bundan başqa İran da burada müttəfiqi Rusiyaya arxayınlaşaraq açıq əməliyyatlarda iştirak etməyə başladı. Bu da yenə ABŞ-a sərf edən amillərdəndir.
Qətər münaqişəsinin böyüməsi və İrandakı terror
Səudiyyə koalisiyasından gələn xəbərlər Qətərin işğal olunacağı siqnalını verirdi. Qətər İranla yanaşı Türkiyə ilə də müttəfiq səviyyəsində olacaq münasibətləri var idi. Belə olduğu təqdirdə Türkiyə dərhal Qətərlə saziş bağlayaraq orada yaradılacaq Türkiyə hərbi bazası vasitəsilə bu ərəb ölkəsinin Səudiyyə koalisiyasına qarşı müdafiə olunacağı dəqiqləşdi. Bu həm də Qətərin böyük bir uğuru idi. Çünki, iki rəqib müsəlman ölkəsi Türkiyə və İran bu kiçik ölkənin sayəsində müttəfiq ola bilərdilər. Bu da ABŞ-Səudiyyə ittifaqını narahat etməyə bilməzdi. (Ancaq əslində bu ABŞ və gizli qüvvələrə sərf edən məqam idi). Türkiyənin ardınca Mərakeş və Pakistan da Qətərə öz dəstəyini nümayiş etdirdilər. Pakistan 20 000 nəfərlik qoşun belə göndərəcəyini elan etdi.
Maraqlı budur ki, Qətər İranla əməkdaşlıqda suçlansa və buna görə hərbi təhdidlə qarşılaşsa da bu dəfə İran münaqişəyə qoşulmaq istəmirdi (Bəlkə də Qətər şiə olmadığı üçün). Ancaq ABŞ İranın hər nə vəchlə olursa-olsun, müharibədə iştirak etməsini istəyirdi. Bunun üçün dərhal növbəti gediş atıldı. Qətər böhranının üstündən bir neçə gün keçməmiş İranın paytaxtı Tehranda Parlament binasında silahlı atışma və Xomeyni mavzoleyinin işidçilər tərəfindən partladılması nəticəsində onlarla insanın ölməsi planın növbəti mərhələsi idi. İran açıq şəkildə Səudiyyəni suçlayaraq əllərində dəlillər olduğunu və qisasın alınacağını bildirdi.
Trampın verdiyi vəd
Trampın müsəlmanların işlərinə qarışmayacağına dair verdiyi vədin sətir altı mənası yavaş-yavaş ortaya çıxmaqdadır. Artıq cəbhənin bir tərəfində Səudiyyə, Küveyt, Bəhreyn, Misir, BƏƏ, Yəmən, digər tərəfdə İran Türkiyə, Qətər, Pakistan, İraq vardır. ABŞ-ın məqsədi bütün müsəlman ölkələrini Ərəbistan yarımadasına gətirib burada bir-birinə qırdırmaqdır. Bununla həm dünyanı İslam və müsəlmanlardan “qurtaracaq”, həm də Böyük İsrail dövlətinin yaradılması sürətlənəcəkdir. İndiki halda bütün müsəlman ölkələri, ələlxüsus da İran və Səudiyyə silahlı münaqişədən qaçınmalıdırlar. Çünki, bölgədə çıxacaq savaş bütün müsəlman ölkələrini məhvə sürükləyəcəkdir. Əlbəttə, burada Türkiyənin üzərinə tarixi missiya düşür. O, prosseslərin axarını müsbət istiqamətdə dəyişməyi bacarmalıdır.
Məqsəd Böyük İsrail dövlətidir.
“Vəd edilmiş torpaqlar” İsrail və ABŞ-ın Yaxın Şərqdə gerçəkləşdirmək istədikləri yəhudi dövlətidir.Yaxın Şərqdə baş verən bütün münaqişələr və müharibələr birmənalı olaraq tamamilə bu plana hesablanmış gedişlərdir. Müsəlman dövlətləri bir-biriylə vuruşub zəifləyəcək və kiçik dövlətlərə parçalanacaqlar. Sonra isə bu ölkələrin ərazisi hesabına böyük İsrail dövləti qurulacaqdır.
ABŞ-da demokrat partiyasını təmsil edənlər əsasən dünyada vahid mədəniyyətin, vahid dilin və vahid cəmiyyətin tərəfdarı olan, ailə və millət dəyərlərini rədd edən qlobalistlərdir. Onların vəzifəsi yəhudilər Yeni Dünya Nizamını qurarkən dünya dövlətlərini (Böyük İsrail xaric) vahid dəyərlər ətrafında toplayaraq İsrailə kölə etməkdir (Bu barədə növbəti məqalələrin birində geniş söhbət açılacaqdır). Respublikaçılar partiyasından olanlar isə əsasən xristianlığın evangelist qoluna mənsub nəfsləri doymaq bilməyən kapitalistlərdir. Onların da vəzifəsi Böyük İsrail dövlətini qurmaqdır. Məhz, bu baxımdan Cimmi Karter, Ronald Reyqan, Corc Buş evangelist məzhəbinə mənsub respublikaçılar olaraq İsrailin maraqlarına tamamilə cavab verən siyasət həyata keçirdikləri üçün İsrail bu günkü gücünə qovuşubdur. Bu onunla əlaqədardır ki, evangelist məzhəbinə görə İsa Məsihin Yer üzünə geri dönməsi üçün son xaçlı müharibəsi Armagedon savaşı baş verəcək və yəhudilər onlara vəd olunan torpaqlara sahib olacaqlar. (Evangelizmin qurucularının yəhudilər olması və ABŞ-ı quranların evangelistlər olması da diqqətdən yayınmamalıdır.) Bu nöqteyi-nəzərdən yəhudilərə müsəlmanları qırmaqda kömək etməsi evangelist məzhəbinin müqtəzasıdır. Donald Tramp da bu silsilədən gələn növbəti vacib fiqurdur.
Yəhudilər irqçi-sionist məqsədlərini həyata keçirmək üçün, müsəlman ölkələrinin arasına milliyət və məzhəb ixtilafını ataraq, onları bir-biriləriylə döyüşdürməyi və tarix səhnəsindən silməyi planlaşdırırlar. Bundan ötrü də qurduqları evangelist məzhəbini ABŞ-ın milli məzhəbi səviyyəsinə gətirərək bu super dövlətin köməyilə bölgədə Böyük Yəhudi dövlətini qurmaq istəyirlər.
Müsəlmanlar birlik-bərabərlik göstərərək, onların oyununa gəlməməli və onların planlarını puç etməlidirlər.
Yazını hazırladı :
Taleh Hüseynli
(Doğru Yol Partiyası Qurultaya Hazırlıq üzrə təşkilat komitəsinin üzvü).
e-mail : [email protected]