Dəyişək, “onlar” olaq…?
Bizimsesimiz.info // İki əhvalatdan başlayaq…
Moskvada ictimai nəqliyyatda maraqlı eksperiment baş tutub və “gizli kamera” ilə qeydə alınıb. Atletik cüssəli gənc ayaq üstə qalan qocalara yaxınlaşaraq “yer olsaydı əyləşərdinizmi” sualını verib. Müsbət cavab alınca isə oturacaqlarda əyləşən cavanlara “bəlkə yerinizi verərdiniz?!” təklifini irəli sürüb. Maraqlıdır ki, heç kim etiraz etməyib, ayağa qalxaraq yerlərini qocalara veriblər. Cüssəli gəncdən çəkiniblər ya vicdanları oyanıb – bunun artıq elə bir əhəmiyyəti yoxdur…
Başqa bir hadisə. Malayziyada təhsil alan azərbaycanlı gənc nəql edir: “Avtobusda bəzən ayağa qalxaraq yaşlı adamlara yer verirəm. Nə yer vediyim adamlar, nə də ətrafdakılar nə baş verdiyini anlamırlar – axı nə üçün ayağa qalxdım? Bir təhər izah edirəm səbəbini, amma yenə də onlara nəsə çatmır bu məntiq”…
Bu iki əhvalatda biz azərbaycanlılar üçün böyük mətləblər gizlənib. Əlbəttə ki, real və sağlam düşüncə ilə dəyərləndirə bilsək. Başqaları biz malik olduğumuz dəyəri aşılamaq üçün pəhləvanlara ehtiyac duyur, kimisə təhdid edirlər. Bizdə isə bu anadangəlmədir, xalqın özəl xüsusiyyətidir, DNT səviyyəsində vücudumuza həkk olub. Onlar yiyələnmək istəyirlər buna, biz isə necə olursa olsun ondan azad olmağa çalışırıq. Son illər ərzində “avropalaşma” adı ilə bu dəyərimizi xeyli əldən vermişik, hətta bəzən bizim ictimai nəqliyyatda da qolu zorbalı qaqaşa ehtiyac yaranır. Lakin yenə də, hələ tam itirməmişik ağsaqqala olan hörməti.
Axı niyə özümüz olmaq istəmir, niyə bu qədər dəyişmək, daha doğrusu isə kiməsə bənzəmək istəyir bəzi müasir gənclərimiz? Axı bunun sonu özəllyimizi, bizi digərlərindən fərqləndirən xüsusiyyətlərimizi itirilməsinə gətirib çıxaracaq. Hərçənd, bizi biz edən elə var gücümüzlə tarixin zibilxanasına göndərməyə cəhd göstərdiyimiz dəyərlərdir. Hansı xalqda nə görürük, dərhal boynumuza biçirik.
Gah toydan öncə bəylə gəlin min hoqqadan çıxır, bunu fotolentə köçürürlər, sonra da toy günü bütün qonaqlara nümayiş etdirib adını qoyurlar “Love story”. Gah oğlan bir bölüklük adamı tökür küçələrə ki, bəs, mən şəhərin ortasında qıza eşqnamə oxuyacam, siz də bunu FB-də yayın. Gah KİV-də və sosial şəbəkələrdə “xoruzların” müdafiə kampaniyası keçirilir. Gah daha nə bilim nə… Ay millət, vallah, billah, bununla nə Avropada hörmətimiz artacaq, nə də müasirləşəcəyik. Əksinə, belə davam etsək, bir neçə onillikdən sonra amorf bir kütləyə çevriləcəyik. Adımız bəlkə də qalacaq – azərbaycanlılar, fəqət, artıq biz o biz olmayacağıq…// islam.az
priligy without prescription Gloria Dodd, DVM, uses homeopathy, nutrition, and energy medicine to treat dogs with CHF
buy generic lasix 2 decrease in recurrence and 10
Creighton CJ, Hilger AM, Murthy S, Rae JM, Chinnaiyan AM, El Ashry D Activation of mitogen activated protein kinase in estrogen receptor alpha positive breast cancer cells in vitro induces an in vivo molecular phenotype of estrogen receptor alpha negative breast tumors generic cialis 5mg 7 3 The same single study examined the effect of multiple dose 500 mg metformin twice daily, a single dose 2 g probenecid, and multiple dose 100 mg sitagliptin once daily on the pharmacokinetics of multiple dose phentermine topiramate 15 mg 92 mg once daily in 10 men and 10 women mean BMI of 27