D-8 katibliyi: “Azərbaycan təşkilata təcrübəsini gətirəcək və onu möhkəmləndirəcək”

Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına (“İslam səkkizliyi”) üzv olmaq üçün müraciəti hələ də baxılma mərhələsindədir”.

Bu barədə “Report”a D-8 katibliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan dünya birliyində vacib ölkədir və yüksək iqtisadi göstəricilərə malikdir: “Azərbaycanın üzvlüyü ilə bağlı müraciət haqqında yekun qərar qəbul edildikdən sonra bu ölkənin təşkilata öz bilik və təcrübəsini gətirəcəyinə və onu möhkəmləndirəcəyinə ümid edirik”.

Xatırladaq ki, D-8-in Nazirlər Şurasının Banqladeşdə keçirilən 20-ci iclasında videoformatda çıxış edən İranın xarici işlər naziri Hüseyn Əmir Əmirabdullahian bu müraciətə dəstəyini ifadə edib. Bundan daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın quruma üzv olmaq üçün müraciət etdiyini bildirmişdi.

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və ya qısaca D-8 səkkiz müsəlman ölkəsini birləşdirir. D-8 Türkiyənin o dövrdəki Baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qurulub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.