D-8 sammiti yekunlaşdı
Bizimsesimiz.info // Dövr sǝdrliyini ikinci dǝfǝ Türkiyǝnin tǝhvil aldığı D-8 sammiti ailə fotoşəkilinin çektirilmǝsiylǝ yekunlaşdı.
İstanbul Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında təşkil edilən, sammitin açılışında, dövr başçılığını Türkiyəyə təhvil verən Pakistan baş naziri Şahid Hakan Abbasi ilə dövr başçılığını tǝhvil alan Prezident Rəcəb Tayyib Ərdoğan çıxış etdi.
Sammitǝ yekun vurulduqdan sonra D-8 ilə İslam İnkişaf Bankı arasında razılaşma mǝtni imzalandı.
Prezident Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Qvineya prezidenti Alpha Conde, Nigeriya prezidenti Məhəmməd Buxari, İranın vitse-prezidenti İshaq Cihangir, İndoneziyanın vitse-prezidenti Məhəmməd Yusuf Kalla, Pakistan baş naziri Abbasi, Malayziya Baş nazirinin müavini Zahid Hamidi, Banqladeşli Nazir Məhəmməd Şəhriyar Alem və Misir xarici işlər nazirinin müavini Həmdi Lozanın iştirakı ilǝ tǝşkil edilǝn mərasimdə, razılaşma mǝtninǝ D-8 Baş katibi Seyid Əli Məhəmməd Musəvi ilə İslam İnkişaf Bankının Sektor üzrǝ işlǝrindǝn mǝsul Mansur Muxtar imza atıb.
Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Gömrük və ticarət naziri Bülent Tüfenkçi və İqtisadiyyat naziri Nihat Zeybekcinin də qatıldığı zirvə, ailə fotoşəkilinin çektirilmesiylǝ yekulaşdı.