Dağlıq Qarabağ münaqişəsi yeni mərhələyə daxil olub – ekspert

Bizimsesimiz.info // Dağlıq Qarabağ münaqişəsi yeni mərhələyə daxil olub. Müharibə ehtimalı yüksəkdir.

SalamNews  xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Qriqori Trofimçuk tert.am-a açıqlamasında deyib.

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən danışan ekspert vurğulayıb ki, ən vacib məqam ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endryu Şeferin görüşdə iştirak etməsi idi.

O deyib ki, təmas xəttində müharibə davam edir :”İndi minlərlə ölü olmasa da, bu o demək deyil ki, biz müharibə ilə üz-üzə deyilik”.