“Dağlıq Qarabağ münaqişəsinin həlli planı masa üzərindədir”- Lavrov

Bizimsesimiz.info  // “Diplomatiya Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfi üçün məqbul olan yanaşmalar tapmağa aşkar etməyə qadirdir”.

Bizimsesimiz.info “Report”a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə keçirdiyi brifinqdə deyib.

“Nizamlama prosesində irəliləyişə nail olmaq üçün tələb edilən bütün addımlar, tədbirlər, razılaşmalar dəsti masa üzərindədir. Bu dəst 1997-ci ildən etibarən, sonra 1999-cu ildə dəfələrlə həmsədrlər tərəfindən ümumiləşdirilib, ardından 2011-ci ildəki sənədlər olub. Onlardan çoxu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının arxivindədir”, – S.Lavrov bildirib.

O, oxşar yanaşmaların dəfələrlə həmsədr ölkələrin – Rusiya, ABŞ və Fransanın həm nazirləri, həm də prezidentləri səviyyəsində bəyanat şəklində təqdim edildiyini xatırladıb: “Bütün menyu masa üzərindədir.”

Onun sözlərinə görə, bütün bu sənədlər paket kimi təqdim olunub və bu və ya digər tərəfi razı salan hansısa elementi aradan qaldırmaq üçün yol tapmaq çox çətindir, çünki qarşı tərəf dərhal balansın pozulduğunu bildirir.

“Amma əminəm ki, diplomatiya hər iki tərəf üçün məqbul olacaq və prosesi düzgün istiqamətdə hərəkət etdirməyə imkan verəcək yanaşmalar tapmaq iqtidarındadır”, – Rusiya XİN rəhbəri fikrini tamamlayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.