Bizimsesimiz.info // Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin daha bir hərbçisi müəmmalı şəkildə ölüb.

Bizimsesimiz.info “Report”a istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, 1998-ci ildə anadan olan Ovsep Qriqoryanın ölümünün dəqiq səbəbi hələlik bilinmir. İlkin ehtimala görə, o, avtomat silahla ehtiyatsız davranması nəticəsində aldığı gülə yarasından hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here