ABŞ-dan sonra Danimarka da Venesuela parlamentinin spikeri, müxalifət lideri Xuan Quaidonu ölkənin müvəqqəti prezidenti kimi tanıyıb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Danimarkanın XİN rəhbəri Anders Samuelsen bildirib.

“Danimarka Milli Məclisin nümayəndəsi Xuan Quaidonu yeni azad və demokratik seçkilərin keçiriləcəyi günə qədər Venesuelanın müvəqqəti prezidenti kimi tanıyır. Avropa Birliyindəki tərəfdaşlarımızdan eyni mövqeyi sərgiləməyi gözləyirik”, -deyə nazir söyləyib.

Qeyd edək ki, X. Quaido yanvarın 23-də özünü Venesuelanın müvəqqəti prezidenti elan edib. Yanvarın 26-da Almaniya, Fransa, İspaniya, Böyük Britaniya və Niderland 8 gün ərzində ölkədə yeni seçkilər elan edilməyəcəyi təqdirdə Quaidonu müvəqqəti prezident kimi tanımaq niyyətində olduqlarını bəyan etmişdi. Qanuni prezident Nikolas Maduro isə fevralın 2-də Karakas şəhərində tərəfdaşlarının keçirdiyi mitinqdə bu il ərzində parlament seçkilərinin keçirildiyini bəyan etmişdi.

***

Almaniya və Niderland da Xuan Quaidonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.

Niderland XİN rəhbəri Stef Blok ölkədə demokratik seçkilərin keçirilməsi üçün şərt qoyulan 8 günün başa çatdığını bildirib.

Almaniya kansleri Angela Merkel isə söyləyib: “Dünənə qədər Venesuelada heç bir prezident seçkisi elan edilməyib. Buna görə də Quaidonu indi seçki prosesini qısa zaman ərzində başladacaq biri kimi qəbul edirik”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here