Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. 
 Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev Yaponiya paytaxtında ikinci qarşılaşmasına çıxıb. 63 kq çəkidə mübarizə aparan dünya çempionumuz “Ryoqoku Kokuqikan” İdman Sarayında 1/8 finalda Ovanes Baçkovla (Ermənistan) üz-üzə gəlib.
Çələbiyev bu görüşdə 1:4 (28:29, 29:28, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub olub və mübarizəni dayandırıb.
Çələbiyev Tokio-2020-də mübarizəni dayandıran dördüncü boksçumuz olub. Buna qədər Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (+91 kq) də Oyunlarla vidalaşıb. Yalnız 81 kq çəki dərəcəsində yarışan Alfonso Dominges yarımfinala vəsiqə qazanmaqla bürünc medalı təmin edib

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here