Daha bir ölkə “Peşmərgə” silahlılarına hərbi təlim keçəcək

Bizimsesimiz.info // Daha bir ölkə İraqda kürdlərdən ibarət “Peşmərgə” silahlı qruplaşmasına təlim keçəcəyini açıqlayıb.

“Forbes” jurnalının xəbərinə əsasən, İŞİD-ə qarşı beynəlxalq koalisiyanın üzvü olan Şotlandiya “Peşmərgə” silahlılarına təlim keçmək üçün İraqa 100-dən çox təlimçi göndərəcək.

Bu haqda şotlandiyalı komandir Kevin Konvey açıqlama verib.

O qeyd edib ki, təlimçilər Şimali İraq bölgəsinin paytaxtı Ərbilə yola düşəcək və 2018-ci ilin yay aylarına kimi orada qalacaq.

Şotlandiyalı komandir təlimlərin hərbi, tibbi və bombaların zərərsizləşdirilməsindən ibarət olduğunu sözlərinə əlavə edib.

Qeyd edək ki, bundan əvvəl “Peşmərgə” silahlılarına Türkiyə, İngiltərə, Almaniya və digər dövlətlər hərbi təlim keçiblər. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.