“DAVAM” – NƏCMƏDDİN ƏRBAKAN (II hissə)
… Yaxşı, biz bunu niyə istəyirik?
Çünki, biz ondan öncə Müzəffər Alanquş paşanın yanına getmişdik. Alanquş paşa həmin vaxt ordunun logistika komandiri idi. Yəni, ordumuzun ehtiyaclarını təmin edən bölmənin ən yüksək vəzifəsindəki şəxs idi. Ona demişdik ki, görün, biz mühərrik düzəldirik. Bu ,Türkiyə üçün bir cığırdır. Ancaq Türkiyədə alt sənaye yoxdur. Bu üzdən 250 hissəni də özümüz düzəldirik. Bu ağıllara durğunluq verən bir şeydir. Heç bir ölkədə belə bir şey yoxdur. Ancaq bu hissələrin rentabelli olması lazımdır. Məsələn, piston hissəsinin tutumu bir neçə yüz min pistondur. Hətta tam tutumla işlətməyə çalışsaq, pistonların sayı milyonlara çatacaqdır. Amma biz ildə 30 min mühərrik istehsal edirik. Belə olduqda, piston bölümü 11 ay boş dayanacaq deməkdir. Bu boşluğu doldurmağımız üçün xaricdən idxal edilən pistonların yerinə, öz məhsulumuzdan istifadə etməyimiz lazımdır.
Silahlı Qüvvələr pistonunu xaricdən idxal edir. Gətirməyin! Bizim fabrikdə düzəldək! Hamısını olmasa da, bir çoxunu düzəldək! Nə vaxtsa, amerikanlar “sizə piston verməyirik” deyəndə, bütün ləvazimatlarımız əlimizdə qaldığı qədər olmasın! Bunları Alanquş paşaya danışdıq. O da dedi ki: “ – Hörmətli Ərbakan, çox haqlısınız. Söylədiyinizi canü-könüldən qəbul etmək istəyirəm. Amma pistonları amerikan yardımlarından alırıq. Bunun üçün əlavə büdcəmiz yoxdur. Yəni, Amerika bizə yardım verir. Yardımı verərkən, “bu pulla məndən piston alacaqsan şərti qoyur.” Buna görə sizə sifariş verməyimiz mümkün deyildir.”
Alanquş paşa belə söyləyincə, onda mən də ona Almaniyada yaşadığım bir hadisəni danışdım:
“ – Qulaq asın! Mən Almaniyadan gəlirəm. Almaniyanın tank mühərriklərinin təkmilləşməsini həyata keçirtdik. Almanların məsul baş müdiri bizdən bu işi istəyərkən dedi ki, biz mühərrikləri qüsurlu düzəltdiyimiz üçün müharibəni uduzduq. Çünki, tankı Rusiyaya göndərdik. Suyu dondu. Afrikaya göndərdik. Suyu qaynadı. Beləcə, bu qədər tankımız olduğu halda, heç bir tankımızın olmaması halına düşdük. İndi NATO qurulur. Bu NATO-da elə bir mühərrik düzəldəcəyik ki, Sibirdə donmayacaq. Afrikada isə qaynamayacaqdır. Amerikanlar benzindən istifadə edirlər. Biz isə dizel istifadə edirik. Benzinlə də çalışacaq. Dizellə də çalışacaq. Spirtlə də çalışacaq, Zeytun yağı ilə də çalışacaq. Yeni ordunun mühərrikləri belə mühərriklər olacaqdır. Biz almaniya ətbuatını yaxından izləyirik. Sizin bu mövzudakı dissertasiyalarınızı gördük və “bu adam bizə lazımdır” dedik. Çünki, sizin fəaliyyətiniz bizim ehtiyacımıza tamamilə cavab verir. Bu iş “alışma işidir”. Sizin dissertasiyalarınız bu mövzudadır. Onun üçün bu problemi sizin həll etməyinizi istəyirik. Ona görə, sizi buraya çağırdıq”.
Sonra davam etdi: “ – Bu təcrübələri 3 injektorla aparacaqsınız. Biri amerikan injektoru olacaq, o biri isə alman injektoru Bosch. Çünki, biz almanlar amerikanlardan aslı olmaq istəməyirik. Amma Bosch da özəl bir firmadır. Sonradan istədiyi qiyməti diktə etməyə çalşacaq. Loranj adında başqa bir firma da var. Onun injektorunu da yoxlayacaqsınız. Biz bunu aparıb NATO heyətinə təqdim edəcəyik. Amerikalılar öz injektorlarının nəticəsini görmədən qəbul etməzlər. Biz isə alman injektorunun olmasını istəyirik. Ona görə, təcrübələr üç dəfə aparılacaq”.
Biz gecə-gündüz yatmadıq, yuxuya getmədik. Qulaqlarımızda pambıq olan vəziyyətdə (çünki, mühərrikin səsi çox yüksək idi) 6 ay ərzində bu mühərriki təkmilləşdirdik.
Alanquş paşaya bunu danışdıqdan sonra dedim ki: “ – Alman “biz Amerikadan aslı olmaq istəmirik” deyir. Biz nə üçün Amerikan pistonundan aslı olaq. Bunun burada – öz ölkəmizdə istehsal edilməsi lazımdır”. Nə qədər desək də, bunun paşaya xeyri olmadı.
Məhz, bu səbəbdən Gümüş Motoru ziyarətə gəldikləri vaxt, Milli Birlik Komitəsi üzvlərindən sadəcə konfrans istədik.
Bunun sayəsində konfransı keçirtdik. Təxmiinən 200 general gələrək, Milli Müdafiə Nazirliyi binasının altındakı salonda toplaşdılar. Öncə Gümüş Motor fabrikini tanıdan bir reklam çarxı göstərdik. Sonra sinevizyonun köməyilə Türkiyədə görülə biləcək işlərdən düz iki saat boyunca bəhs etdik. Bilirsiniz, film ya da sinevizyon göstərilərkən, ekranın yaxşı görünməsi üçün salondakı işıqlar söndürülür. Biz də konfransın verildiyi salonda işıqları söndürmüşdük. Konfrans bitibişıqlar yandırıldığında, bir də gördüm ki, generalların hamısı ağlayır. Gözləri yaşlı… Biz ordunun şəxsində bu cür yüksək milli hissiyata sahib insanlar olduğunu gözümüzlə gördük.
Konfransdan sonra gələn istəkləri nəzərə alıb Milli Birlik Komitəsinin Nazirlər qurumuna girdik.
Milli Sənaye mövzusundakı düşüncələrimizi Nazirlər Qurumunda dilə gətirdik. Orada “Bülleten” metodu təklif etdim. Bu metodun xüsusiyyəti belədir: Xaricdən hər hansı bir sənaye məhsulu idxal olunmaq yerinə, bunu istehsal edəcək yerli bir sənaye qurumu varsa, ona istehsal etdiriləcək. Beləcə, yerli sənaye qorunacaq və daha çox qazandığı üçün daha sürətli inkişaf edəcək.
Biz daha əvvəl bu “Bülleten” metodunu yoldaşlarla öz aramızda müzakirə etmişdik. Gördük ki, bu metodu İstanbuldakı sənaye çevrələrinin adamları istəməyirlər və qəbul etməyirlər. Türkiyə istehsal etməsin, idxalat davam etsin, qazancları azalmasın deyə…
Nazirlər Qurumuna “Bülleten” metodunu izah etdik, əks-təqdirdə Türkiyənin inkişaf etməyəcəyini dedik.
Nazirlər Qurumunda dərhal etirazlar yüksəlməyə başladı. Çox qəribədir ki, ilk etiraz da Sənaye nazirindən gəldi. Ardınca Xarici İşlər naziri: “- Bu yol açılarsa və biz yerli istehsala başlasaq, məhsullarını idxal etdiyimiz ölkələri hiddətləndirərik”, – dedi. Sonra Ticarət naziri: “ – Əfəndim! Ticarətdə belə təhdidlər, məhdudiyyətlər edilməməlidir”, – deyə davam etdi.
Əlbəttə, bu Milli Birlik Komitəsinin Nazirlər Qurumudur. Təbii ki, biz hər birinə lazım olan cavabları verdik. Saatlar keçdi. Günorta oldu. Hamısı acdılar. Nahar fasiləsinə çıxılması bildirildi. Məhz, o an içlərindən birisi nərildədi: “Allahdan qorxun!”, -deyə bağırdı. Baxdım, gözlərində bir damla yaş var. Həm ağlayır, həm də əsəbi bir şəkildə hayqırır: “ – Bəylər! Məmləkətin yetişdirdiyi qızıl kimi insan gəlib bizdən məmləkətin lehinə çörək, su qədər təbii bir şey istəyir. Bir mal eyni qiymətə Türkiyədə istehsal edilirsə, xaricdən idxal olunmasın, Türkiyədən alınsın deyir. Buna necə xeyr deyirsiniz? Bir gün pendir-çörək yeyək. Bir gün nahar fasiləsinə çıxmayaq. Amma bu önəmli vəzifəni yerinə yetirək”.
Bu adam Milli Birlik Komitəsinin qurucu nazirlərindən Raqib Ünər idi. Daha sonra yanıma gəldi və dedi: “ – Gənc adam! Sən məni tanmazsan. Amma mən səni çox yaxşı tanıyıram”.
Mən donub qaldım. Nə deyəcəyini gözləyirdim.
“ – Siz Kayseridə Naqib Əfəndinin evində yaşamadınızmı?”, -deyə soruşdu.
“ – Bəli, yaşadıq”, – dedim.
Sən demə, Raqib Ünər bəy Naqib Əfəndinin yanında yetişmiş bir insan idi. Ona görə, bizi uşaqlığımızdan bəri tanıyırmış. Dedi ki, “- Mən sizi və ailənizi çox yaxşı tanıyıram. Nə qədər zəki, dürüst və vətənpərvər insanlar olduğunuzu bilirəm. O sözlərimi mən inanaraq söylədim. Sizin milli duyğularınızı və həssaslığınızı bildiyi üçün o söhbəti etdim. Və danışarkən də gördüyün kimi, duyğulandım. Gözlərimdən yaş gəldi”.
Daha sonra, biz Milli Birlik Komitəsinə Türkiyənin öz avtomobilini istehsal edə biləcəyi mövzusunda da konfrans verdik. Əlbəttə, oraya çox hazırlıqlı olaraq getdim. O söhbətdə də ABŞ və İsrail nümunəsini verdim. Türkiyənin öz avtomobilini düzəldə biləcəyini, insan resursları baxımından yetərli imkana sahib olduğunu söylədim. Dedim ki:
– Bu gün Brazilyada avtomobil istehsal edilir (Həqiqətən də həmin vaxt Brazilya ildə 100 mindən çox avtomobil istehsal edirdi). Hətta bir mühəndisin rəhbərliyi ilə aparılan bu işlər elə müvəffəqiyyətli olur ki, ABŞ-da istifadə edilən Volksvagenlər Brazilyada istehsal olunmağa başlayır.
Avtomatika başda olmaqla hər sahədə sənayeləşmənin vacib olduğunu rəqəmlərlə, nümunələrlə söylədim. “Bu sənayeləşmə olmadığı üçün texnikom məzunu 300 min gəncimizin 280 mini bilet və ya simit satır”, – dedim.
Təbii, yenə eyni şeylər oldu. Etirazlar qalxdı. Onlardan biri: “- Biz geri qalmış bir ölkəyik, bacarmarıq”, – dedi. Başqa birisi isə: “ – Onsuz da Brazilyanın başında oturan bir dəlidir. Bir dəli idarə edir oranı”, – dedi.
Mən də “ – Bəy əfəndi!”, – dedim. “ Bir işi bacarmaq üçün əvvəlcə o işin dəlisi olmaq lazımdır”.
Biz məmləkətini, vətənini sevən insanlarla birgə milli mühərrik mücadiləsini apararkən, həmin illərdə “Marşal Fond”undan gələn yardım pullarıyla cihaz, gəmi, təyyarə, traktor, avtobus, ağır avtomobil kimi mühərrikli vasitələrin idxalı diqqəti cəlb edəcək bir təzad idi. Müharibədən çıxmış, yerlə yeksan olmuş Almaniya çox qısa müddətdə sənayeləşə bilirsə, bizim millətimiz bunu daha asan bacara bilərdi.
Amma bu gün olduğu kimi, dünən də Türkiyənin sənayeləşməsini, inkişafını istəməyən güclər vardı. O illərdə krediti Odalar Birliyi bölüşdürürdü. Bu kreditlərin, demək olar ki, hamısı İstanbuldakı böyük idxalatçılara verilirdi. Məsələn, 20 milyon dollarlıq sərmayə kvotasının 19 milyon dolları İstanbuldakı idxalatçılara getdiyi halda, sadəcə 1 milyon dolları Anadoluya qalırdı. Anadoludakı sahibkarlar ciddi xarici valyuta sıxıntısı çəkir və inkişaf planlarını gerçəkləşdirə bilməyirdilər. Halbuki, bu xarici valyuta və kreditlərdən ədalət ölçüsüylə Anadoluya ayrılmalı idi. Əsl buna layiq olan onlar idi. Bu ədalətin təmin olunması, kreditlərin Anadolu sahibkarına çatdırılması üçün mübarizənin Odalar Birliyində aparılması lazım idi.
Bu məqsədlə 1966-cı ildə əvvəlcə Odalar Birliyi Sənaye Dairəsi Başqanı, ardınca da Baş Katib olduq. Xarici valyuta və kredit ayırmalarını Anadoluya istiqamətləndirincə, o vaxta qədər kreditləri istədikləri kimi istifadə edən dairələr bundan narahat oldular. Anadolu sahibkarı isə bu mübarizədə bizimlə birgə oldu. Keçirilən seçkidə TOBB başqanı olduq. Bundan daxili və xarici sərmayə dairələriylə yanaşı, iqtidar da narahat oldu. Siyasi mülahizə və müdaxilələrlə fəaliyyətimiz dayandırılmağa çalışıldı.
O zamana qədər Odalar Birliyinin öhdəsində olan kredit kvotaları səlahiyyəti siyasi bir qərarla birdən-birə Odalar Birliyindən alınaraq Sənaye Nazirliyinə verildi. Ancaq biz millətimizə xidmətdən geri dura bilməzdik. “Madam siyasi bir qərarla bu səlahiyyət bizdən alınır, biz də o zaman siyasətə girər, mücadiləmizi orada apararıq” dedik. Millətimizə xidmət üçün yeni bir yola çıxdıq.
Bəzən bizdən soruşurlar: “ – Bütün məktəbləri birinciliklə bitirmisiniz. Düha səviyyəsində bir beyinə sahibsiniz. Elm dünyasında böyük kəşflərə imza atmısınız. Bir elm adamı olaraq qalıb elmi kəşflərə imza atsaydınız, insanlığa bu cür xidmət etsəydiniz, daha yaxşı olmazdımı?”
Bizim cavabımız da belədir: “ Bir universitetdə professor ola bilərsiniz. Nobel mükafatları da ala bilərsiniz. Amma ölkənizin insanı, bu gün olduğu kimi acdırsa, səfalət və məşəqqətlər içərisindədirsə, dünyada 300 min uşaq yoxsulluq içində acından ölürsə, sizin Nobel mükafatlarınız nə işə yarayar?”
Bu səbəbdən, bizə belə xeyirli bir xidmət yolu nəsib etdiyi üçün Cənabi-Haqqa daim şükr etmişik. Əsl faydalı olan, 70 milyonluq millətimizə və insanlığa xidmət edə bilməkdir. Bütün insanlığın səadət və xoşbəxtliyi üçün çalışmaqdır. Bu dünya imtahanını canıyla, malıyla cihad etmiş bir müsəlman olaraq tamamlamaqdır.
Çünki, həyat iman və cihaddır.
(Qeyd: Azərbaycan türkcəsində yayımlanan “Davam” kitabının bütün müəlliflik hüquqları yalnız və yalnız Doğru Yol Partiyasına aiddir.)
We recommend starting nolvadex about 2 to 3 weeks after the last injection coupons for cialis 20 mg