“DAVAM” – NƏCMƏDDİN ƏRBAKAN (III hissə)

( əvvəli ötən sayımızda ) 

YARADILIŞ VƏ İNSAN

Nəfsini tanıyan Rəbbini tanıyar. Ağıl və vicdan sahibi kəslər üçün bitki, heyvan və insan olaraq dünyadakı milyardlarla xariqə məxluqa və bu əzəmətli kainata ibrətlə baxıb, bütün bunların uca Yaradıcısını xatırlayıb heyran olmamaq imkansızdır.
Allah insanları Onu tanısınlar deyə yaratmışdır. Ancaq biz cənabi-Allahı görə bilməyirik. Gücümüz cənabi-Allahı görməyə yetməyir. Həzrəti Musa (ə) cənabi-Allahı görmək istədi. Allah-təala dağa təcəlli edincə, dağ ona dözə bilmədi. Çünki, bizim fiziologiyamız zəif olduğundan, dünyada ikən Haqq-təalanı görməyə gücümüz yetməyir. İnşallah Cənnətdə görəcəyik.
Elə isə Allahı bilmək üçün nə edəcəyik? Allah insanlara əsərdən müəssirə intiqal etmə qabiliyyəti vermişdir. İnsan bir əsərə baxaraq, o əsəri yaradanı tanıya bilər. Bir şəkilə baxsanız, o şəkili çəkən rəssamın ruh halını anlaya bilərsiniz.
Başımızı göy üzünə çevir baxdığımız vaxt nə görürük? Sonsuz bir kainat, sonsuz bir gözəllik, sonsuz bir sənət əsəri və sonsuz bir intizam! O qədər böyük bir kainat ki, içərisindəki bir ulduzun işığı başqa bir ulduza 100 milyon il ərzində belə gedib çata bilməyir. Özü də bilirik ki, işıq bir saniyədə 300 000 km msafə qət edir.
Cənabi-Haqq-təala yeddi qat səmanı yaratmışdır. Hər bir səma üstdəki səmanın yanında, Böyük Səhra içində bir üzük qədər qalmaqdadır. Yeddi qat səmanın üzərində Ərş vardır. Ərşin üzərində isə Kürsü vardır. Ya Rəbb, bu nə böyük əzəmətdir!
Bu ilahi nizamın nizamın mövcudluğunun ən önəmli dəlillərindən biri də suyun bilinməyən bir xüsusiyyətidir. Dünyada mövcud olan bərk, maye, qaz – qızdırılan bütün cisimlərin həcmi genişlənir və sıxlığı azalır. Soyuyan hər cisim isə həcmi azalır və sıxlığı artır. Bu qaydadan istisna olan bir maddə var. O da sudur. Təkcə su bu qaydaya tabe olmaz. 100 dərəcədən +4 dərəcəyə qədər su soyuduqca, həcm etibarilə kiçilir. Ən ağır su +4 dərəcədə olan sudur. Bu səbəbdən çayların, göllərin, dənizlərin dibində +4 dərəcədən daha soyuq su tapılmaz. +4 dərəcədəki su soyumağa davam edərək +3 dərəcəyə, +2 dərəcəyə, +1 dərəcəyə qədər temperaturu düşməyə davam edərsə, həcmi genişlənməyə başlayar. Beləcə, həcminin ağırlığı azaldığından yuxarı təbəqələrə çıxar. Sıfır dərəcəyə gələndə ən böyk həcmə çatır və su təbəqəsinin ən üstünə çxmış olur. Bununla da çayların, göllərin, dənizlərin donması altdan deyil, üstdən başlayır. Bu adi bir şey kimi görünən və diqqət çəkməyən qayda, ilahi bir rəhmət olaraq sularda yaşayan canlıların həyatlarını davam etdirmələrini və çoxalmalarını təmin edir.
Əcəba, su digər maddələrin tabe olduğu qaydaya niyə tabe olmur? Təsadüfənmi? Yoxsa, suyun “Məni kefim o qaydaya tabe olmaq istəməyir” – deyərək, özbaşına verdiyi qərarlamı olur?
Bunda ağıl sahibləri üçün böyük ibrətlər, dəlillər vardır. Bu ilahi bir möcüzədir və təsadüfən olmasını ağıl qəbul edə bilməz.
Kainat şah əsərinə diqqət və ibrətlə baxdığımız zaman ən kiçik bir qüsur, çatışmamazlıq, intizamsızlıq və nöqsan görünməyəcəkdir. Bu kainatın yaradıcısı da əlbəttə, hər cür qüsurdan münəzzəh (uzaq) olan sonsuz kamal sahibi Rəbbimizdir.
Rəbbimiz hər cür xətadan və nöqsandan münəzzəhdir. Sonsuz qüdrət və rəhmət sahibidir. “Subhənallah! Ya Rəbbim, Sən hər cür xətadan və nöqsandan münəzzəhsən” deməkdir.
Adi insanlar göy üzünə baxdıqları vaxt, Cənabi-Allahın sadəcə bir neçə sifətini sezə bilirlər. Ancaq alimlər Cənabi-Allahın 99 əsmasını görə bilirlər.
İnsan necə bir varlıqdır? Bizləri əşrəfi-məxluq, yəni yaradımışların içərisində ən şərəfli olmağın məsuliyyətini daşıyırıq. Əhsəni-təqvimə, yəni mələklərdən belə üstün bir mərtəbəyə, Allahın yer üzündə xəlifəsi ola biləcək bacarıq və qabiliyyətlərə sahibik.
Unutmayaq, insanı heyvanlardan ayıran və fəzilətli edən bəzi xüsusiyyətlər vardır. Bunlar:
● Doğru ilə yanlış olanı ayırma; bu məziyyətdən elmlər meydana gəlmişdir.
● Faydalı ilə ziyanlı olanı ayırma; bu məziyyətdən iqtisadiyyat meydana gəlmişdir.
● Ədalət ilə zülmü ayırma; bu məziyyətdən siyasət və hüquq meydana gəlmişdir.
● Gözəl ilə çirkin olanı ayırma; bu məziyyətdən əxlaq və sənət meydana gəlmişdir.
Məsələn, bu vaxta kimi bir pişiyin parkda gedərkən, qəfildən dayanıb bir çiçəyi iylədiyinə və “nə qəşəng çiçəkdir, necə möhtəşəm gözəllikdir!”, – deyə baxdığı müşahidə edilməmişdir. Nə üçün? Pişik gözəllik, sənət əsəri bilməz. Buna görə…
Bu dörd şeyi dərk edib ayıra bilməyən və yanlışdan, pislikdən, ziyandan, zülmdən yana olan, həqiqətdə deyil, zahirdə insandır. Materialist düşüncə kainat və insanın təsadüflər nəticəsində mövcud olduğunu iddia edər. Bu düşüncə mənəvi dəyərləri heçə sayar, hər şeyin maddədən ibarət olduğunu qəbul edər. Bunun nəticəsi olaraq da cəmiyyətdə asayişi təmin edə bilməz. Mənəviyyatçı düşüncə isə kainatın və insanın yaradanının olduğuna inanan bir görüşdür. Maddə ilə mənanı bir ahəng içərisində dəyərləndirir. Mükəmməl bir cəmiyyətin meydana gəlməsində madddi və mənəvi dəyərlər ahəng içərisində iç-içə olur.

❀❀❀

Məlum olduğu kimi, dünyada olan canlılar 3 növə ayrılırlar: Bitkilər, heyvanlar və insanlar. Ən kiçik canlı orqanizm hüceyrədir. Son bioloji araşdırmalar göstərir ki, canlıların hüceyrə quruluşu bir-birindən fərqlənir. Bu fərqlər də prinsipcə Darvin nəzəriyyəsini ortadan qaldırmaqdadır. Belə ki, bitkilər, heyvanlar və insanlar olmaq üzrə canlılar üç ayrı hüceyrə quruluşunda yaradılıblar. Bitkilərin hüceyrə quruluşu təkbuğumlu xromosomlara malikdir. Heyvanların hüceyrə quruluşu ikibuğumlu xromosomlara malikdir. İnsanlarda isə hüceyrə üçbuğumlu xromosomları özündə ehtiva edir.
Göründüyü kimi, təkbuğumlu xromosomlara malik bitkilərin hüceyrələrindən cütbuğumlu xromosomlara malik heyvan hüceyrələrinin əmələ gəlməsi, cütbuğumlu xromosomlara malik heyvan hüceyrələrindən üçbuğumlu xromosolara malik insan hüceyrələrinin əmələ gəlməsi mümkün deyildir. Allah hər canlını öz hüceyrə quruluşunda yaratmışdır və hüceyrələri çoxaldaraq həmin canlını meydana gətirmişdir. Bütün canlıların təsadüfən əmələ gələn bir hüceyrədən təkamül edərək ortaya çıxması, meymundan törədiyi iddiası sadəcə ateizmi dəstəkləməyə yönəlibdir. Gerçəkliklə heç bir əlaqəsi yoxdur.
Bundan başqa, baxarkən görürük ki, səmanın üzü saysız-hesabsız göy cisimləriylə dolu olduğu halda, hamısı boşluqda ahəng içində üzürlər. Bunlar arasındakı əzəmətli tarazlığın öz-özünə olması mümkün deyildir. Hər biri bir obitdə dönərək hərəkət etməkdədirlər. Bu nizamı ancaq sonsuz kamal sahibi və qüdrət sahibi bir Rəbb yarada bilər.
İnsana verilən ən önəmli məziyyətlərdən biri də iradeyi-cüziyyədir (cüzi iradə). Məhz bu, imtahanı vacib edər. Bu üzdən Cənabi-Haqq dünya həyatını haqq ilə batilin mübarizə meydanı olaraq yaratmışdır. İradeyi-cüziyyə ilə insanı yaxşı və pisi bir-birindən ayırmaqda sərbəst buraxmışdır. “- Seçimini özün et!”, – deyə, belə təqdir buyurmuşdur. Bizlər mələklər kimi əmr edilənləri yerinə yetirəcək şəkildə yaradılsaydıq, robotdan fərqimiz olmayacaqdı. Dolayısıyla, fəzilətimiz olmayacaqdı. Cənabi-Haqq cüzi iradəni insanı şərəfləndiirmək üçün vermişdir. Öz iradəsiylə istəyərsə xeyri, istəyərsə şəri kəsb edər. Xeyri kəsb etdiyi vaxt, bunun mükafatını alacaq.
Yaxşı, haqq və batil nə deməkdir? Bir insanın yağış yağarkən çətirini götürüb çölə çıxması doğru bir hərəkətdir. Ancaq yağış yağmadığı halda, çətirini açaraq çölə çıxması yanlış hərəkətdir. Dolayısıyla, türkcədə istifadə edilən “doğru” və “yanlış” kəlmələri şərtdən aslı olaraq düzgün olan və olmayan şey mənasındadır. Halbuki, iki dəfə iki dörd edər. Yağış yağsa da dörd edər, günəş çıxsa da dörd edər. Bir həftə əvvəl də dörd edər, min il sonra da dörd edər. Bax, şərtdən aslı olmayaraq, mütləq olaraq hər cür şərtlərdə doğru olana Haqq deyilir. Hər cür şərtlərdə yanlış olana isə Batil deyilir.
Bütün müsəlmanların ilk və başlıca vəzifəsi haqq-batil mücadiləsində cihad etməkdir. Cihad haqqın hakim olması və bütün insanlığın səadət və hürriyətə qovuşması bütün gücümüzlə və heç bir dünyəvi qarşılıq gözləmədən çalışmaqdır. Əziz millətimizə,İslam ümmətinə və bütün insanlıq aləminə qarşı vəzifələrimizi yerinə yetirməkdir. Yer üzündə batilə qarşı haqq və ədaləti hakim qılmaq üçün cihadla vəzifələndirilmişik.
Cihad ibadəti fərz olduğu və əcri ən böyük ibadət olduğu üçün məsuliyyəti çiynimizə almalı və bütün insanlığın xeyrini və səadətini qarşımıza məqsəd qoymalıyıq. Nəfsi və siyasi cihadı birlikdə yürüdərək, kamil insan və məsud cəmiyyət yetişdirə bilmək məsuliyyətini daşıyırıq.
Bütün ibadətlər üçün bir zaman təyin edilmişdir. Məsələn, sübh namazının vaxtı girmədən, sübh namazını qıla bilməzsən. Cihad ibadəti isə hər zaman yerinə yetirilməsi lazım olan bir ibadətdir. Bütün ibadətlər müəyyən bir miqdarla məhdudlaşır. Məsələn, oruc ildə 1 ay, zəkat 1/40-dir. Cihad isə taqətin çatana qədər yerinə yetirilməsi vacib bir ibadətdir. Bir çox ibadət təkbaşına yerinə yetirilə bilər. Ancaq cihad ibadəti intizamlı, mütəşəkkil şəkildə təşkilatlanaraq yerinə yetirilməsi lazım olan ibadətdir. Cihad ən əvvəl əda edilməsi zəruri bir ibadətdir. Məsələn, biz kosmosda yaradılsaq və dünyaya göndərilsək, ilk edəcəyimiz iş nə olardı? Müsəlmanların bir cihad ordusu, bir təşkilatı varsa, ona tabe olmaq, əgər yoxsa, ilk öncə bunu qurmaq olardı.
İslam uca Yaradana tə’zim və hörmət, bütün yaradılanlara şəfqət və mərhəmət dinidir. Özümüzü islah edib kamilləşdirmək və başqa insanlara faydalı olmaq üçün görülmüş bütün sə’ylərə cihad deyilir.
Səhabələr soruşdular: “ – Ya rəsulallah! Buyurursunuz ki, namaz dinin dirəyi, cihad isə zirvəsidir. Cihad kimi əcri böyük başqa bir ibadət var?” Əfəndimiz buyurdu ki: “ – Ömrünüz boyunca gecə-gündüz ibadət etməyə gücünüz çatar?” Cavab olaraq: “ – Xeyr, ya rəsulallah! ”, -dedilər. Əfəndimiz təkrar buyurdu ki: “ – Əgər ömür boyu gecə-gündüz ibadət etsəydiniz, yenə cihad savabını ala bilməzdiniz”.
Yə’ni bir insan ömür boyu, heç bir fasilə vermədən davamlı namaz qılıb oruc tutsa, yenə də cihad savabı qazana bilməyir.
Bir müsəlman evinə çörək aparanda “Onları aclığa mən məhkum eləmədim ki… mənə nə?” deyə bilməz. Haqq yolu və davası bu münasibəti qəti surətdə qadağan edir. Əksinə, bunu ağlımızdan heç vaxt çıxarmamalıyıq: “Mən müsəlmanam. Mən cihad edəcəyəm. Hər kəsin qarnını doyuracaq bir nizamın gəlməsi üçün əlimdən gələni edəcəm. Yoxsa, o acı çəkən, evinə çörək apara bilmədiyi üçün aclıq çəkən insanların hesabını Cənabi-Allah məndən soruşar. Cihad edəcəyəm. Cihad edəcəyəm. Cihad edəcəyəm…”
İnsan olmaq bu deməkdir. Yaxşı insan olmaq demək bu deməkir. Siyasət də bu böyük qayə üçün, cihad üçün edilir. “Siyasət məni maraqlandırmayır” demək, “Quranın yarısı məni maraqlandırmayır” deməkdir. Çünki, cihad Qurani-Kərimdə ən çox sayda ayətlə əmr edilən bir ibadətdir. Bu səbəbdən biz siyasətlə məşğul olmuruq, cihad edirik. Cihad etməyən insan dünya sınağını keçə bilməz.
Kim söyləyir bunu? Bir hədisi-şərifdə buyurulur:
Bir bədəvi peyğəmbər əfəndimizin (səs) yanına gəldi və dedi ki, “ – Ya rəsulallah! Mən müsəlman olmaq istəyirəm. Bunun üçün nə etməliyəm?” Peyğəmbər əfəndimiz (səs) iki şey buyurdular: “ Birincisi, kəlmeyi-şəhadət gətirəcəksən. İkincisi, mənə biət edəcəksən”.
“Kəlmeyi-şəhadəti necə gətirməliyəm?”, – dedi bədəvi. Peyğəmbər əfəndimiz izah etdi. Bədəvi kəlmeyi-şəhadət gətirdi və müsəlman oldu. “İndi, bir də mənə biət etməlisən”, deyə, – buyurdu əfəndimiz. “Nə üzərinə biət etməliyəm, ya rəsulallah?”, deyə, – soruşdu bədəvi.
“Kəlmeyi-şəhadət, namaz, oruc, zəkat, həcc və cihad”, deyə 6 şey saydı əfəndimiz.
Bədəvi bunları eşitdiyi zaman: “ – Ya rəsulallah! Mən qələbəlik bir qəbilədən gəlirəm. 3 baş dəvəmiz var. Bunların südləri bizə ancaq çatır. İcazə verin, biz zəkat verməyək. Siz məni indi görürsünüz. Halbuki, mən özümü uşaqlıqdan bəri hamıdan yaxşı tanıyıram. Mən çox qorxaq bir adamam. İzn verin, cihad üçün biət etməyim. Çünki, sizə yer üzündə haqqın və ədalətin tə’min edilməsi üçün bütün gücümlə çalışacağıma söz versəm, sabah bu yolda çalışarkən bir çətinliklə qarşılaşdığım vaxt qorxaqlığımdan dolayı sözümdən geri döndüyüm üçün cəzam daha ağır olar. Onun üçün ən yaxşısı, bu başdan söz verməyim. Mən cihad və zəkat üçün söz verməyim. Amma söylədiyiniz digər şərtlər – kəlmeyi-şəhadət, namaz, oruc, həcc ibadətlərinin hamısını olduğu kimi, hətta artıqlamasıyla yerinə yetirim”, – dedi.
Əfəndimiz bədəviyə xəbərdarlıq edərək buyurdular ki: “ – Yaxşı, Cənnətə nə ilə gedəcəksən?”
İmanı var, kəlmeyi-şəhadət gətiribdir. Gedərsən, ancaq axırda gedərsən. Namaz qılır. Bəli, namazdan hesabını verərsən. Oruc tutur. Orucdan hesabını verərsən. Həccə gedərsən və ya getməzsən. Hesabını verərsən. Amma cihad fərzinin hesabını necə verərsən? Buna görə də cihad fərzini yerinə yetirməyən dünya imtahanını qazana bilməyəcəkdir.

(ardı var )

(Qeyd: Azərbaycan türkcəsində yayımlanan “Davam” kitabının bütün müəlliflik hüquqları yalnız və yalnız Doğru Yol Partiyasına aiddir.)