“DAVAM” – NƏCMƏDDİN ƏRBAKAN (IV hissə)

( əvvəli ötən sayımızda ) 

Bizimsesimiz.info // Hər fürsətdə, əhəmiyyətlə daim bunu xatırladıram. Biz İslam dinini tanıyırıq, amma nə qədər bilirik? Misal olsun deyə, bir xatirəmi bölüşürəm.
Qırğızıstana getmişdik. 100 nəfər iş adamı da bizimlə birgə idi. Qırğızısıtan prezidenti ilə 4 saat görüşdük. Dedi ki: “ – Mən iqtisadiyyat sahəsi üzrə professoram. Əvvəllər kommunizmi mədh edir, kapitalizmə lənətlər yağdırardım. İndi kommunizm ortadan götürüldü. Hazırda kapitalizmi mən özüm tətbiq edirəm. Və utanıram, dostlarımın üzünə baxa bilmirəm. “Ey! Dünənə kimi lənətlədiyin sistemi bu gün necə tətbiq edə bilərsən? Heç utanırsanmı?” deyəcəklərini düşünürəm. Nə edəcəyimi bilmirəm”.
Ona dedik ki, “Adil Düzən” (ədalətli nizam) vardır. 4 saat ərzində “Adil Düzən”i izah etdik. Nazirlər Kabinetini topladı. Gətirdiyimiz kitabları sonradan dərs vəsaiti etdi. Yaxın adamlarına da dedi ki, Ərbakan mənim şərəfli qonağımdır. Biz tarixdə İslama böyük xidmətlər etmiş bir ölkəyik. Onu Balasaqun şəhərinə aparın. Bizim tarixdə yetişdirdiyimiz böyük alimləri, Yusif Balasaqunlunu, “Qutadqu-bilik”i elə yerindəcə görsün!
Bizim hey’ətimiz 100 nəfərdən ibarət idi. 200 nəfər də onların müşaiyətçi hey’əti ilə cəmi – 300 nəfər Balasaquna getdik.
Balasaqun Böyük İpək Yolunun üstündə, Himalayı aşarkən bütün karvanların onu təzələdikləri tarixi bir şəhərdir. Min il əvvəl əhalisi 1 000 000 nəfər olan şəhər. Amma bu gün tamamilə bir xarabalığa çevrilmişdir. Cameyə getdik. Yeganə qızıl süslü minarə, bir günbəz ilə bir də mehrab vardır. Başqa nə var, hamısı yox olmuşdur. Biz 300 nəfərlik hey’ət əcdada hörmət əlaməti olaraq, “Gəlin, bu minarədə bir azan oxuyaq, əsr namazını da burada qılaq!”, – dedik. Və namazı qıldıq. Salam verib namazı bitirdik. Bir də gördük ki, arxada təxminən 90 yaşında bir qırğız göz yaşları tökərək ağlayır. Nə üçün ağladığını soruşduq. “Mən ağlamayım, bəs kim ağlasın? Mənim 96 yaşım var. Bir müsəlman ailənin övladıyam. 7-11 yaşlarında bir namaz vaxtını belə buraxmadım və *hafiz idim. Bu kommunizm müsibəti gəldi. Hafizliyimi də unutdum, namazı necə qılacağımı da unutdum. Kaş ki, unutmasaydım!.. Mən də sizin bu camaatınıza qoşulsaydım! İslama aid hər şeyi unutdum. Bax, bunun üçün ağlayıram”, – dedi.
Nə qədər acınacaqlıdır! Bu adam İslam üçün ağlayır. Fəqət İslamın nə olduğunu bilməyir. Bu qırğız məsələsini unutmayın! “Əcəba, biz də beləyikmi?”, – deyə, özümüz-özümüzdən soruşaq. Əlhəmdulillah, müsəlmanıq. Müsəlmanlığı istəyirik. Yaxşı, tam mənasıyla İslamı bilirikmi?
Bizim inancımızda heç kəs özü üçün yaşamaz, qardaşı üçün yaşayar. Mənfəətpərəstliyi öldürməyin yolu budur. Hədisi-Şərifdə buyurulduğu kimi, “Həqiqi iman sahibi özü üçün sevib istədiyini mömün qardaşı üçün də istəyəndir”. Çünki, “İnsanların xeyirlisi insanlara faydalı olandır”. Ancaq yaxşılıq öz-özünə olmaz. Yaxşılıq çalışmaqla əldə olur, cihad etməklə olur.

İndi desəm ki, qarşı tərəfdə bir qonşumuz var. Bəzən pəncərəsi açıq qalır. İçəriyə baxıram. 90 yaşında bir zat, alnı daim səcdədədir. Ya təsbeh çəkir, ya namaz qılır. “Nə möhtərəm adamdır!”, – desəm, çox adam böyük həvəslə o adama qibtə edərək “Kaş ki, mən də belə bir adam olsam!” deyər. Fəqət heç düşünməz və deməz ki, bu adam heç cihad edirmi? Yox, cihad etməyir. Elə isə, dünya imtahanını qazana bilməz.
Bir kresloda oturduğumuzu düşünək. Kreslomuzun bir tərəfində açıq naqillə əlaqəsi olan pult vardır. Masamızın qarşısında isə 10 000 volt gərginlikdə açıq elektrik naqili vardır. Bir də görsək ki, əsasını yerə vura-vura bir kor adam gəlir. Kor olan bu adam heç nədən xəbəri olmayaraq naqilə doğru yavaş-yavaş irəliləyir. Biz isə öz işimiz-gücümüzlə məşğuluq. Ancaq bilirik ki, kor naqilə toxunarsa, “külə dönüb” öləcək.
Nə etməyimiz lazımdır? Əlimizin altındakı düyməyə basaraq dərhal elektriki kəsməyimiz lazım deyilmidir? Hətta, bizim o düyməni basmağımıza mane olanlar var isə, və ya qolumuz nəyəsə ilişibsə, bütün gücümüzü sərf edərək o düyməyə basmaq məcburiyyətindəyik. Əks halda, bizə deməzlərmi ki, “A kişi! Sən insansan yoxsa daşsan? Təhlükədən xəbərsiz bu insanın belə faciəli şəkildə can verməsinə necə sakit qalırsan? O başına gələcəkləri bilmir. Sən ki, bilirsən! Necə olur, heç bir şey etməyib buna göz yummağına vicdanın razı olur?”
“Mən öz işimlə-gücümlə məşğul idim. Hətta bu naqili də buraya mən çəkmədim. Mənim heç bir qəbahətim yoxdur”, – deyərsə, əcəba, bu bəraət o kresloda oturan insan üçün üzrlü səbəb sayıla bilərmi? Xeyr! Çünki, insan ətrafında və ölkəsində baş verənlərlə maraqlanmaq və pis gedişatı düzəltməyə çalışmağa məsuldur.
Eynən bunun kimi, millətimizin böyük bir hissəsi, qəzet, media və istismarçı sərmayənin yalan-palan iftiralarıyla aldadılarkən, şüurlu bir müsəlmanamsa, mən kreslomda oturub rahat-rahat işlərimlə məşğul ola bilmərəm. Necə ki, o koru qurtarmaq üçün bütün gücümlə düyməyə basıb naqilə gedən cərəyanı kəsmək məcburiyyətindəyəm. Eynən bunun kimi millətimizin xoşbəxtliyi üçün bütün gücümlə çalışmağa məcburam. Bax, ancaq bu cür yaxşı insan ola bilərəm.
İnsanlığın səadətə çata bilməsi üçün Yer üzündə yanlışın deyil doğrunun, çirkinin deyil gözəlin, pisliyin deyil yaxşılığın, zərərli olanın deyil faydalı olanın, zülmün deyil ədalətin hakim ola bilməsi üçün bütün gücümüzlə və təşkilatlanmış formada çalışmaq məcburiyyətindəyik. Əks təqdirdə, istismarçı sərmayənin və sələmçilərin hər ay millətə xidmət üçün toplanan vergiləri və kasıb-kusubun haqqını alıb aparmalarına tamaşa etmiş olarıq. Buna görə deyirik ki, Haqqın hakimiyyəti üçün çalşmamaqla batilin hakimiyyəti üçün çalışmaq arasında fərq yoxdur.

Sionizm digər ibadətlərə qarışmayır. Ancaq növbə cihada gəlincə, mane olmaq üçün hər şeyi edir. İstədiyin qədər namaz qıl, oruc tut! Bunlara qarışmayır. Amma dövlətin qanunlarına, dövlətin idarəçiliyinə gəlincə İslamı daxil etmir. Bunun üçün 200 ildir irtica kampaniyası aparır. Müsəlmanları ancaq namaz qılan bir kölə halına gtirmək istəyir. Belə olduqda, biz nə edəcəyik?
Hüquqda belə bir qayda vardır: “Ən qüvvətli dəlil düşmənin şahidliyidir”. Madam ki, düşmən ən çox cihaddan qorxur. Elə isə, biz də ən çox cihada sarılacağıq. Əks halda dünyada onsuz da əzilməyimiz bəs etmirmiş kimi, üstəlik Axirətimizi də itirərik. Bu durumda cihaddan başqa heç bir çarə də yoxdur.
Əbdülhakim Arvasi həzrətlərini inşanları irşad etməməsi, aydınlatmaması üçün əvvəlcə başqa bölgələrə sürgün etmək istədilər. Ancaq vəzifəsini orada da yerinə yetirər, insanlara cihad şüuru aşılayar qorxusuyla, xəfiyyələrin nəzarəti altında ev dustağı etdilər. Nəzarət altında olmaq şərtiylə, həftədə bir dəfə hava almaq üçün evdən çölə çıxmasına icazə verirdilər.
Bir gün çölə çıxarkən, evinin qarşısında bazar qurulduğunu gördü. O əsnada cahil bir kəndli o nur üzlü adamı görüncə, maraqlanıb kim olduğunu soruşdu. “Əbdülhakim Arvasidir”, – dedilər. Bunu eşitdikdə, xəfiyyələrin arasından sıyrılaraq o mübarək zatın qarşısında durdu.
“Çox pərişan haldayıq. Bu ümmətə dua et”, – dedi. Arvasi həzrətləri ona tərəf baxdı. Sonra, bazardakı insanlara işarə edərək : “Kamilləşmədən dua edilməz. Edilsə də qəbul olunmaz”, – dedi.
Onun üçün dərdsiz və İslamdan uzaq bir həyat yaşayan xalqa nə qədər dua etsək də fayda verməz. Bu səbəbdən İslam düşmənləri cihadın möhtəviyyatını anlamağımıza və tətbiq etməyimizə mane olmaqdan ötrü əllərindən gələni etməkdədirlər. “Əfəndim, biz cihad edərik. Ancaq bizə mane olurlar”, – deyirlər. Əlbəttə olacaqlar. Tariximizdən bilirlər ki, cihad şüurumuz oyanarsa qurduqları batil nizamları tamamilə yox olacaqdır. Elə isə, necə hərəkət etməliyik? Cihad ibadətini ən yaxşı formada necə yerinə yetirə bilərik? Bunun üçün bu 9 maddəni çox yaxşı bilməliyik. “Hansılardır bunlar?” soruşsanız, aşağıdakılardır:

● İnanc sahibi olmalıyıq. Güclü bir imana sahib olmayan çətinliklər qarşısında mübarizəsini apara bilməz.
● İxlas sahibi olmalıyıq. Vəzifə, rütbə, şan-şöhrət dalınca qaçmamalıyıq. Riyadan uzaq bir şəkildə Allah rizası üçün çalışmalıyıq.
● Təqva sahibi olmalıyıq. Allahdan başqasından qorxmamalıyıq. Fikrimiz soruşulduğu zaman çəkinmədən doğrunu söyləməliyik.
● İttifaq içində olmalıyıq. Birgə olduğumuz yoldaşlarımıızla ixtilafa düşməməli və çəkişməməliyik. Çünki, tolerant olmaq kəmalatdandır.
● Yaxşı əxlaq sahibi olmalıyıq. Qiybət, dedi-qodu, həsəd, kibr, kin, iftira kimi xislətlərdən uzaq durmalı və gizli işlər aparmamalıyıq. Bu, nəfsə əsir olmaqla deyil, nəfsi tərbiyə etməklə mümkündür.
● Ehsan sahibi olmalıyıq. Bizə verilən vəzifəni ən gözəl şəkildə həssaslıqla yerinə yetirməliyik.
● Məşvərət ilə çalışmalıyıq. “Mənim dediyim olmalıdır”, – deyə, inad etməməliyik. Məşvərətdə fikrimizi söyləməli, irfan sahibi olmalıyıq. İrfan “mənim düşüncəm də yanlış ola bilər” deməklə başlayar.
● İtaət etməliyik. Qəbul olunan qərarları icra etmək məsələsində başqana itaət etməli, axsamamalıyıq.
● İstiqamət sahibi olmalı, cihad edərkən İslamın digər əmr və ibadətlərinin hamısına riayət edib, ibadətlərimizi tərk etməməliyik.
Bunlardan əlavə bir də sədaqət vardır. Sədaqət isə çətini görüncə qaçmamaq, cəlbedici vəzifə və mənfəətlərə aldanmamaqdır.

Bu mübarizəni apararkən, üç prinsipial gerçəyi yadımızdan əsla çıxarmamalıyıq. Biz bunları “üç mismar” adlandırırıq.
Birinci mismar; İslamsız mismar olmaz. Buna “İslam mismarı” deyirik. Qurani – Kərimdə ən son nazil olan Maidə surəsinin üçüncü ayəsində bu açıqca ifadə edilmişdir: “Bu gün sizin dininizi, sizə olan nemətimi tamamladım, və sizin üçün din olaraq İslamı bəyəndim”.
İkinci mismar; şüursuz müsəlman olmaz. Buna “şüur mismarı” deyirik. Şüur xeyir və şəri bir-birindən ayırmaq, batildən qaçınıb haqqa tabe və tərəfdar olmaqdır. Namaz içində oxuduqlarıyla namaz xaricində elədikləri eyni olmayanlar şüursuz və məsuliyyətsiz insanlardır.
Hər gün 40 rükət namazın hər rükətində Fatihəyi – Şərif oxuyuruq. Çünki, Fatihəsiz namaz olmaz. Fatihədə nə deyirik? Ğayril məğdubi əleyhim vələddallin. Cənabi-Allah gündə 40 dəfə bizə niyə bu sözləri söylədir? Bunun mənası nədir? “Ya Rəbbi, bizi sirati-müstəqimdən ayırma! Bizi qəzəbinə gələnlərin yoluna sapdırma! Zəlalətə düşənlərin yoluna düşürmə!”
Qəzəbinə gələnlər kimlərdir? Yəhudilər, sionistlər, … Zəlalətə düşənlər kimlərdir? Xristianlar, xaçpərəst imperialistlər, … Bunu kimlər söyləyir? İslam alimləri.
Sən namazda 40 dəfə “Ya Rəbbi, məni yəhudilərin və xristianların yoluna sapdırma!” deyəcəksən. Ardından salam verdikdən sonra gedib “Mən Türkiyəni Avropa Birliyinə daxil edəcəm” deyəcəksən. ABŞ və İsrail ilə strateji tərəfdaş olacaqsan. On bir əsr boyunca Yer üzündə haqqı və ədaləti təmsil etmiş bir mədəniyyəti buraxıb Qərbin arxasınca düşəcəksən. Hey, sən namazda Allaha hansı sözü verirsən? Salam verdikdən sonra nə edirsən? Ey müsəlman! Sən nə dediyinin fərqindəsən?
Üçüncü mismar; cihadsız İslam olmaz. Buna “cihad mismarı” deyirik. Cihad “əmri bil-məruf, nəhyi ənil-münkər” deməkdir.
Xeyri əmr etmək və tətbiq etmək, şəri yasaqlamaq və aradan götürmək üçün lazımi şərtləri, imkan və iqtidarı hazırlamaqdır. Bu mövzuda müvəffəqiyyətə çatmağın ən önəmli ünsürü təşkilatlanmış və orqanizə edilmiş şəkildə çalışmaqdır.

Təşkilat vücuddakı sinir kimidir. Orta hesabla 70 kilo çəkisi olan bir insanın sinirlərinin ağırlığı nə az-nə çox 70 qramdır. Ancaq bu 70 kiloluq bədəni ayaqda saxlayan o 70 qramlıq sinirdir. Təşkilat bir cəmiyyətin sinir uclarıdır. Təşkilatlanmış çox kiçik topluluqların bir-birilərindən xəbərsiz milyonlarla kütlədən daha güclü olduğu aşkar bir həqiqətdir.
Bir insanın tək başına bütün bu xidmətləri etməsi mümkün olmadığına görə birlikdə və təşkilatlanmış formada çalışmaq məcburiyyətindəyik. Bunun üçün intizam və ciddilik şərtdir. Təşkilatın hər pilləsindəki fəaliyyətimizdə qayda, nizam və intizamı təmin etmək məcburiyyətindəyik. Qaydasız, nizamsız və intizamsız bir fəaliyyət əsla nəticə verməz.
Nə üçün çalışdığını həqiqətən dərk edən bir dava adamı işində ciddi olar. Xidmətlə bağlı ona verilən vəzifəni canla-başla yerinə yetirmək üçün bütün gücüylə çalışar və mütləq zəfərə qazanar. Cənabi-Haqqın ən sevdiyi insan məsuliyyətini dərk edən və öz vəzifəsini ən yaxşı şəkildə yerinə yetirən insandır. Biz başqalarının deyil, öz sorğu-sualımızı etmək və haqq-hesabımızı müsbət nəticələndirməklə mükəlləfik. Amalı olan bir müsəlman üçün təşkilatı və ya olduğu yerdəki vəzifəsini ciddiyyət və həssaslıqla icra etmək “Ehsan” məqamıdır (mərtəbəsidir). Allahın rizası cihad təşkilatı içindəki zahiri rütbə və hörmətə görə deyil, üzərinə götürdüyü vəzifəni çalışqanlıq və səmimiyyət içərisində yerinə yetirməyə bağlıdır.
Təşkilatlar insanların sosial, mədəni və siyasi sahələrdə orqanizə edilməsini təmin edər. Bu səbəblə, insan ailədən dövlətə qədər müxtəlif ictimai və siyasi quruluşların üzvüdür.

Təşkilatlarımızın əsas məqsədləri, başda bu ölkədə yaşayan insanlar olmaqla, bütün bəşəriyyətin səadətini təmin etməkdir.Bu məqsədlə Milli Görüşçülərin ən önəmli vəzifəsi səadətin 5 təməl prinsipi olan sülh və qardaşlıq, haqq və azadlıqlar, ədalət, rifah və hörmət çərçivəsində Vətənimizi yaşanıla bilən nümunəvi bir ölkə halına gətirməkdir. Əlbəttə ki, bu nəticəyə öz-özünə nail olunmur. Siyasətdə heç bir şey təsadüfi deyildir. İnsan üçün yalnız çalışdığının qarşılığı vardır. Uğur qazanmaq isə birlikdə, planlı və intizamlı çalışmaqla mümkündür. Təşkilat bunun olmazsa olmaz şərtidir. Təşkilat fəaliyyətlərində qayəmizə çatmaq üçün təyin etdiyimiz gündəm çərçivəsində fəaliyyət göstərilir.
Bir işi bacarmağın mərhələləri vardır: İnanc, bilik, plan, proqram, kadrlar, nəzarət və nəticə (sona çatdırma).
Əvvəlcə, bir işin görülüb müvəffəq olacağına qəti olaraq inanmaq lazımdır. Sonra, o iş üçün lazım olan biliyə sahib olursan. İşin ümumi planı tərtib olunur. Harda və necə həyata keçəcəyi proqramlanır. Bu proqramı həyata keçirəcək lazımi keyfiyyətdə ixtisaslı kadrlar seçilir. İşi əvvəlindən axıradək təqib etməsəniz, işi nəzarət altına ala bilməzsəniz. Və nəticə… Yəni, işi tam olaraq sona çatdırmaq, bundan əmin oımaqdır.
Bir təşkilatın fəaliyyətində öncə problemi bilmək, diaqnoz qoymaq, həll yolunu tapmaq lazım gəlir. Planlaşdırma, kordinasiya, nəzarət və istehsal mərhələlərində müvəffəq olmağın şərti də başqanın sər rast və təsirli qərar verməsinə bağlıdır. Qərar vermə alternativlər arasından ən məhsuldar olanı seçməkdir. Yerinə yetirilməyən və vaxtsız verilən qərar təşkilatın müvəffəqiyyətini azaldır.
Bu baxımdan plana uyğun işləmək nailiyyət üçün qaçınılmazdır. Plan üzrə işləməyin təməlində hər mərhələdəki təşkilat mənsubunun işini sevərək və mənimsəyəcək dava şüruyla yerinə yetirməsi dayanır. Şüurlu bir şəkildə vəzifəsini yerinə yetirəcək adamın da sözsüz ki, vəzifəsini yaxşı dərk etməsi və bu vəzifəsini axsatdığı zaman hansı zərərlərin ortaya çıxacağını bilməsi lazımdır. Bu baxımdan hər mərhələdəki təşkilat mənsublarının savadlı olması müvəffəqiyətimizin əsasını təşkil edir.
Günəş doğarkən qaranlıqlar necə yox olursa, dünyamızdakı hər cür zülm, təzyiq və haqsızlıq da inananlarln səyləriylə yox olacaqdır.
Əgər inanırsınızsa, ən üstünsünüz. Zəfər isə əlbəttə inananlarındır. Bizim davamız da məhz budur. Nə xoşbəxtdir bu davaya canla-başla könül qoyanlar

( ardı var )

(Qeyd: Azərbaycan türkcəsində yayımlanan “Davam” kitabının bütün müəlliflik hüquqları yalnız və yalnız Doğru Yol Partiyasına aiddir.)

*hafiz – Quranı əzbər bilən şəxsə deyilir.

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir