“DAVAM” – NƏCMƏDDİN ƏRBAKAN (XI hissə)

Bizimsesimiz.info // Mərhum Nəcməddin Ərbakanın “DAVAM” adlı kitabının 11-ci hissəsi

( Əvvəli ötən sayımızda ) 

DÜNYANI İDARƏ EDƏN GÜCLƏR

Milli Görüş mövcud hər hansı bir düşüncə və ya hərəkatın təsirindən doğmamışdır. Birbaşa elm və fikir aksiyonu olaraq ortaya çıxmışdır. Milli Görüş hərəkatını ortaya çıxaran səbəbləri və mübarizəmizi anlamaq üçün hansı dünyada yaşadığımızı, bugünkü mövcud dünya nizamının necə ortaya çıxıb işlədiyini bilməyimiz lazımdır.

Bu dünyanı imperialistlər qurdu. 1945-ci ildə Ruzvelt, Çörçil və Stalin Rusiyanın Krım bölgəsindəki Yalta limanında bir araya gəlib “Yeni Dünya” planlaşdırdılar. Sözdə insanlıq artıq əmin-amanlıq, sülh və səadətə qovuşacaqdı. Bu mərhələdən etibarən başlayan soyuq savaş 1989-cu ildə kommunizmin iflası və Sovetlərin dağılmasına qədər demək olar ki yarım əsr davam etdi. Kasıb ölkələr daha kasıb, zəngin ölkələr daha zəngin oldular. Gəlir bölgüsündəki ədalət prinsipi getdikcə pozuldu. Acların, işsizlərin sayı artdı. Milyonlarla insan əziyyət çəkdi.

Siyasi baxımdan Fələstin, Kəşmir, Koreya, Vyetnam başda olmaqla mütəmadi savaşlar və silahlı münaqişələr davam etdi. İnsanlığın üstünə bir kabus kimi çökən bu dövr ərzində qərblilər daim “Biz insanlığa səadət gətirəcəyik. Amma hayıf ki, kommunizm var. Sovetlər var. Soyuq müharibə var. Bundan dolayı vəzifəmizi yerinə yetirə bilməyirik”, – deyib söyləndilər. Nəhayət, 1989-cu ildə kommunizm iflas etdi və Sovetlər dağıldı. O gündən bu günə qədər uzun illər keçdi.

Bu son dövrdə bir yandan iqtisadi cəhətdən geri qalmış ölkələrin xarici borcları və bu məqsədlə ödədikləri faizlər qorxunc səviyyəyə çatdı. Digər yandan isə başda müsəlman olan bəzi Körfəz ölkələri olmaqla, müharibələr yoluyla bir çox ölkənin iqtisadiyyatları tamamilə dağıldı.
Yer üzünə sülh gəlmək yerinə əksinə, münaqişələr get-gedə artdı və yer üzünün hər tərəfinə yayıldı. İran-İraq savaşını çıxartdılar. Körfəz müharibəsi körükləndi. Somalidə yerli xalqı əzmək üçün Somali işğal edildi. Bosniya, Çeçenistan və Azərbaycanda tarixin görmədiyi soyqırımlar törədildi və bir çox müsəlman ölkəyə haqsız embarqolar qoyuldu. Addım-addım bütün dünya istismar edildi və beynəlxalq güclərə itaət etməyə məcbur hala gətirildi. Beləcə, “Yeni Dünya Nizamı” adı altındakı təkqütblü bir təhəkküm və istismar sistemini həyata keçirməyə çalışdılar . Gördüyünüz kimi, hadisələr büyün çılpaqlığıyla gözlər önündə cərəyan edir və insanlığa heç cür sülh, əmin-amanlıq, səadət gəlməyir.

Bugünkü dünyanın beynəlxalq qurulaşları olan BMT, AB, NATO kimi təşkilatların hamısı insanlığın fəsadı üçün çalışmaqdadırlar. Bunların yerinə haqqı və həqqaniyyəti üstün tutan və fəsada deyil, islaha çalışan quruluşlar gəlmədikcə dünya əmin-amanlıq tapa bilməyəcək. Dünya haqq çərçivəsində batilin hegemonluğundan xilas edilib yenidən nizamlanıqdan və “Yeni Dünya” olaraq reallaşmadırılmadıqdan sonra insanlıq qurtula bilməz.

Tarixdəki hadisələrin səbəblərini anlaya bilmək üçün yer üzündə hadisələrin təsadüfən baş vermədiyini dərk etmək lazımdır. Yer üzündə öz hakimiyyətini qurmaq, bütün insanları köləyə çevirmək, özünə tabe eləmək və istismar etmək istəyən bir gücün varlığını görmək lazımdır. Bu gücün qayələrini, metodlarını, necə işlədiyini, bütün dünyanı necə ovucunun içində tutmaq istədiyini və bunun üçün əsrlərdən bu yana təkmilləşərək bu gün artıq necə təşkilatlanmış güc halına gəldiyini bilmək lazımdır. Bu gücün əsrlərdən bəri hadisələri öz qayələrinə uyğun planlaşdıran və bu planları həyata keçirən bir güc olduğunu dərk etmək lazımdır.

Bunları görə bilmək üçün də bugünkü dünyanın anatomiyasını da tanımaq məcburiyyətindəyik. Bundan məqsəd budur: Məlum olduğu kimi, insanların xəstəliklərinə diaqnoz qoymaq və müalicə edə bilmək üçün həkim olmaq lazımdır. Həkim ola bilmək üçün də anatomiyanı, yəni insan bədəninin quruluşunu bilmək lazımdır.

İnsan bədəni xaricdən baxıldığı zaman bir dəriylə örtülmüşdür. Ancaq bu dərini qaldırıb altına baxdığımız vaxt sümük, əzələ, damar, sinir sistemi başda olmaq üzrə bədənin içində orqanların, müxtəlif sistemlərin və funksiyaların olduğunu görərik. Altdakı bu quruluşu bilmədən nə diaqnoz, nə də müalicə mümkündür. Eynən bunun kimi, bugünkü dünya hadisələrinin doğru diaqnozunu və buna istinad edərək doğru müalicəsini apara bilmək üçün bugünkü dünyanın anatomiyasını bilmək məcburidir.

Bu gün yer üzündə kiminsə bir yerdən başqa bir yerə gedə bilməsi üçün alacağı təyyarə bileti IATA adlı beynəlxalq quruluşun nəzarətindədir. Dünyanın hər yerində hava yolu şirkətləri bilet qiymətinin təqribən 9%-ni IATA-ya vermək məcburiyyətindədirlər. Yoxsa, bir yerdən başqa bir yerə gedilə bilməz. Təyyarənin hər hansı bir hava limanına enməsi belə mümkün deyildir. IATA isə hər nə qədər zahirən beynəlxalq bir quruluş kimi görünsə də, əsasən bütün beynəlxalq quruluşlarda olduğu kimi, dünyanı idarə edən beynəlxalq gücün nəzarətindədir və bu 9 % – lik pay qarmaqarışıq yollarla onlara gedər.

Yenə, bu gün kim isə dünyanın bir yerindən digər bir yerinə pul göndərmək istəyərsə, bu pulun oraya gedə bilməsi üçün öncə ABŞ-da American Express Bank, Chase Manhattan Bank və ya hər hansı oxşar bank vasitəsilə getməsi məcburiyyəti vardır. Bu banklar isə beynəlxalq güclərin banklarıdır. Hər göndərilən puldan 1-5 faiz arasında komisyon alınır. Bu komisyon da həmin yollarla yenə onların kassasına gedər. Beləcə, dünyanı idarə edən gizli dünya dövlətinə belə bir pay ödənmədən, dünyanın bir yerindən digər bir yerinə pul göndərmək əsla mümkün deyildir.

“Xeyr, mən bu güclərə xərac ödəmək istəmirəm. Bu səbəbdən təyyarə yerinə gəmiylə getmək istəyirəm” desəniz, yenə qurtuluşunuz yoxdur. Bir gəminin dənizlərdə səfərə çıxa bilməsi üçün Loyds adlı quruluşdan sənəd almaq məcburiyyətindədir. Bu sənədi almasa, heç bir dənizə çıxa bilməz. Loyds da “Gizli Dünya” idarəçilərinin nəzarəti altındakı quruluşdur.

Dünya iqtisadiyyatına yön verən Dünya Bankı və IMF, ölkələrin kredit ala bilmə imkanlarını yoxlayan və qiymətləndirmə apararaq bal verən quruluşların hamısı dünya iqtisadiyyatını idarə edə bilmək üçün həmin güclər tərəfindən qurulublar.

Bu nümunələri cildlərlə kitabda söyləmək mümkündür. Nəticədə idmandan-teatra, sənətdən-sənayeyə, hüquqdan-ticarətə qədər çox şey Gizli Dünya Dövlətinin nəzarəti altındadır. Dünyadakı hadisələri də qavraya bilmək üçün ən əvvəl bugünkü dünyanın anatomiyasını bilmək, hər bir şeydən daha vacibdir. Yaxşı, dünya bugünkü hala hansı dəyişiliklərlə və necə gəldi? Bunun üçün məsələyə təməlindən baxmaq hər şeydən daha mühümdür.

***

Tövrat ya da digər adıyla Əhdi-Ətiq bütün dünya yəhudilərinin əmrlərinə sıx-sıx bağlı olduqları dini kitabdır. Tövrat əsrlərdir yəhudilərin həyatlarını, dünyaya baxış bucağını, digər insanlara qarşı düşüncə və münasibətlərini tənzimləmişdir.

Əlimizdəki Tövrat həqiqətən Allah tərəfindən endirilmiş orijinalıyla eynidir? Yoxsa, Tövratın içindəkiləriylə oynanmış, dolayısıyla ilahi xüsusiyyəti itmiş bir kitabdır? Bu sualın cavabı birbaşa Tövratın özü araşdırılaraq rahatlıqla tapıla bilər.

Tövrat 39 kitabdan meydana gəlmişdir. Və bu 39 kitabın yalnız ilk 5 dənəsi həzrəti Musaya verilən fəsillərdir. Beşinci fəsil olan Təşriyyə həzrəti Musanın ölümündən bəhs edir. Başqa fəsillər isə həzrəti Musanın vəfatından sonra yəhudilərin başına keçən şəxslərin həyatlarını və verdikləri əmrlərdən bəhs edir. Buna görə də Tövrat yüz illiklər boyunca müxtəlif insanlar tərəfindən yazılmış və ilahi xüsusiyyətini itirmiş bir kitabdır.

900 səhifəlik Tövrat başdan axıracan tədqiq edildiyi zaman, tamamilə dəyişdirildiyini görmək mümkündür. Sionizm və ali irq inancını ön plana çıxarması, Allahın peyğəməbərlərinə yaraşdırılması əsla mümkün olmayan, pozğunluq və qeyri-əxlaqi halların nisbət edilməsi kimi səbəblər bunu başa düşməyə kifayət edir.

Bütün yəhudi ibadətləri, simvolları, yəhudi millətinin üstünlüyü və yəhudi adətlərinin qorunması məntiqinə bağlıdır. İbadətlərdə uca tutulan Allah deyil, yəhudilərin özləridir. Dolayısıyla, yəhudilik əslində kitabı haxamlar tərəfindən yazılan bir ideologiyadır. İdeologiyasını milli ədavətə istinad etdirən bir quruluşun isə Allahla rabitədə olması mümkün deyildir.

“İnanclarından vaz keçsinlər, ancaq qanunu tətbiq etsinlər” ifadəsi yəhudi haxamların Allaha nə dərəcədə inandıqlarını göstərir. Haxamların gözündə yəhudi adətləri Allah inancından daha önəmlidir. Bu üzdən yəhudilərin çoxu həqiqəti görsələr də əsla dinlərindən vaz keçməzlər. Yəhudilik nəinki Allah inancı üzərində qurulmayıb. Tam əksinə, yəhudiləri tanrılaşdırıbdır.

Yəhudilərin ali irq haqdakı təlimləri tanrını belə özləri qarşısında boyun əyə biləcək varlıq olaraq düşünmələrinə səbəb olmuşdur. Təkvin fəslindəki “Və dedi: – Artıq sənə Yəqub deyil, İsrail deyiləcək. Çünki, tanrı ilə güləşib onu yendin” ifadəsi buna sübutdur.

İnsanlara məğlub olan varlıq əlbəttə ki, tanrı ola bilməz. Bu haxamların öz ateizmlərini Tövrata soxmaq üçün uydurduqları bir qissədir. Tövrat ayələrində görünən bu həqiqət yəhudilərin özlərini həm digər qövmlərdən, həm də Allahdan belə üstün görmələridir. Yəhudilərə fövqəlbəşər vəsflər verən haxamlar Allaha insani acizliklər şamil ediblər. Nəticədə, haxamlar “İsrail” sözünü Allah ilə güləşib məğlub edən mənasına gətiriblər.

Haxamlar Tövratı öz inanclarına uyğun təhrif edərkən, öz statuslarını da qorumağı unutmayıblar. Tövratda haxamlara qeyri-şərtsiz itaət olunmasına dair bir çox ayət vardır. Tövratın çox yerində kahin olaraq keçən haxamlar haqda bu cür bəhs olunur:

“Levi oğulları, kahinlər yaxınlaşacaqlar. Çünki, tanrın Rəbb özünə xidmət etmək üçün və Rəbbin adını mübarək etmək üçün onları seçdi. Və hər davada və hər döyüşdə onların sözünə görə olacaqdır”.

Bu gün hələ də İsrail dövlətində hər iş haxamların sözünə görə icra edilməkdədir. Başqa sözlə, bugünkü yəhudilik haxamların mühafizəkar və irqçi düşüncələriylə meydana gəlmiş bir ideologiyadır. Fanatik haxamlar qədim dinlərdəki pozğun inancları Tövrata ustalıqla və hiyləgərcəsinə yerləşdirib bu ideologiyaya din görkəmi veriblər.

Kabbala hələ Tövrat nazil olmadan daha əvvəl ruhani sinfinin təkmilləşdirdiyi bir təlimdir. Kabbala sehr və gizli güclərlə əlaqə sənətidir. Masonluq tamamilə Kabbalist təlimin bir məhsuludur. “Ənənə” və ya “ağızdan qulağa” mənasına gələn Kabbala “sirr” prinsipinə əsaslanıbdır. Bu sirrlərin hamısı Qüds lojasının üç kabbalisti tərəfindən əzbərlənir. Kabbalistlərdən biri ölərkən, İsrailin Sanhedrin adlanan yetmişlər məclisindən seçilən bir namizəd həmin bilgiləri təhvil alır.

Kabbala mason təliminin təməlini təşkil edir. Bu səbəbdən Kabbalanın nəzəri və praktiki icraatıyla əlaqədar bilgilər 33 dərəcəyə bölünür. Kabbalist təlimlə yetişdiriləcək namizədlər mason böyük ustadlar tərəfindən diqqətlə seçilir və namizəd ancaq bir dərəcənin bilgilərini tam mənasıyla həzm edincə, digər bir dərəcəyə keçə bilər. Bu taktikaya masonlar arasında “yuxulu gözlərə işığın yavaş-yavaş verilməsi” deyilir.

Haxamlar təkcə Tövratı təhrif etməklə kifayətlənməyiblər. Tövratda olan bütün hökmlər haxamlar tərəfindən toplanmış, hissələrə bölünmüş və müxtəlif əlavələrlə şərh edilmişdir. Tövratın yozumunun və ya başqa sözlə təfsirinin adı Təlmuddur. Tövrat üçün edilən bu yozum və açıqlamalar əsrlərlə nəsildən-nəsilə ötürülmüşdür.

Bu yozum və açıqlamaları yəhudi haxam Yəhuda Ha Nasi miladi II əsrdə yazı halına salaraq Təlmudu meydana gətirmişdir. Bu Təlmud iki hisədən ibarətdir. Bunlardan biri əsas hissəni təşkil edən Mişna, digəri isə yozum hissəsini təşkil edən Gemaradır. Təlmud yəhudi dinində böyük əhəmiyyət daşıyır. Məktəblərdə Tövrat ilə birlikdə oxudulan Təlmud bir qanun mahiyyətindədir.

Haxamlar Tövratdakı dünyaya hökmranlıq etməklə bağlı hökmləri Təlmudda daha da artırıblar. Məsih inancından da Təlmudda ətraflı olaraq bəhs ediblər. Bununla yanaşı, yəhudi millətinin üstünlüyü inancı Təlmudda çox ətraflı keçmişdir. Yəhudilərin üstünlüyü axirətə də şamil olunur. Təlmuda görə, Cəhənnəm alovu bəni-İsrailin günahkarlarına və haxamların tələbələrinə təsir etməyəcəkdir. Təlmud yəhudilərin dünyanın sahibləri olduqlarını elan edir. Təlmuda görə, yəhudi olmayan birinin malı onu ilk tapan yəhudinindir. İndi Tövratdan iqtibas etdiyimiz bu hissəni diqqətlə oxuyaq:

“…Həmin vaxt Rəbb millətləri hüzurundan qovacaq və sizdən daha güclü və qələbəlik millətlərin mülklərini əllərindən alacaqsınız. Ayağınızın basdığı hər yer sizin olacaq. Sərhədləriniz səhradan Livana, Fərat çayından qərbdəki dənizə qədər uzanacaq. Qarşınızda heç kəs dayana bilməyəcək. Tanrınız Rəbb sizə söylədiyi kimi, ayaq basdığınız hər ölkəyə dəhşət və qorxu saçacaqsınız.”

Gördüyünüz kimi, haxamlar Tövrata “ali irq” inancını əlavə etdikləri zaman, bu irqin yaşayacağı torpaqların sərhədlərini də çəkməyi unutmayıblar. Tövrata görə, Allah yəhudilərə Kənan diyarını vəd etmişdir. Yəhudilərin dünya hökmranlığı gerçəkləşməzdən əvvəl, bu torpaqlarda yalnız yəhudilərin yaşayacağı bir dövlət qurulacaqdır. Bu dövlət nəhəng dünya krallığının mərkəzi və idarə yeri olacaqdır.

(ardı var)

(Qeyd: Azərbaycan türkcəsində yayımlanan “Davam” kitabının bütün müəlliflik hüquqları yalnız və yalnız Doğru Yol Partiyasına aiddir.)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.