“DAVAM” – NƏCMƏDDİN ƏRBAKAN (XVI hissə)
Bizimsesimiz.info // Mərhum Nəcməddin Ərbakanın “DAVAM” adlı kitabının 16-cı hissəsi
Bu hadisələr cərəyan edərkən toplanan İslam Konfransı Körfəz böhranını heç cür həll edə bilmədi. İki qrupa ayrıldılar və məsələləri bütün üzvlərinin iştirakıyla müzakirə edə bilməyəcək vəziyyətə düşdülər. Qardaş müsəlman ökələrinin arasında hakimlik və vasitəçilik etməsi lazım gələn Türkiyə hökuməti isə hələ hadisələrin əvvəlindən etibarən ABŞ prezidenti Buşun əmrinə itaət edərək tərəfkeşlik etdi və qardaş müsəlman ölkələri arasında hakimlik etmək imkan və keyfiyyətini itirdi.
Beləcə, bizi 22 gün 22 gecə sürəkli çalışaraq Körfəz Sülh Hərəkatını yaratmağa sövq edən səbəblər bunlar olmuşdur. Bu çalışmağımız 1990-cı il sentyabırın 9-u günü başladı. 1990-cı il noyabırın 1-nə qədər davam etdi. Çalışmağımız əsnasında dörd istiqamətdə fəaliyyətimiz olmuşdur.
Bağdad, Məkkə və Tripoli konfranslarına qatıldıq. Körfəz krizini həll edə bilmək üçün Əmman, Məkkə və Bağdadda Müsəlman Topuluqlar Birliyi (MTB) təmsilçiləriylə birlikdə toplantılar təşkil etdik. Böhranı sülh yoluyla həll etmək üçün Səudiyyə Ərəbistanı və İraq rəsmiləriylə bir araya gəldik. Körfəz hadisəsi həqiqətən bəşəriyyət tarixində meydana gələn beş önəmli çizginin düyün nöqtəsidir. Əvvəlcə, cizgilər üzərində bir az dayanım.
İmperializm, yəni əzən güc cizgisi: Şərq-Qərb ziddiyyəti aradan qalxdıqdan sonra əzən güc bütün məzlumlara daha da çəkinmədən təcavüz etməyə başladı. ABŞ Liviya, Dominikan, Yeni Qranada, Panama və Liberiyaya qarşı hərbi müdaxilələrin ardından indi ən həyasız və ən böyük təcavüzünə hazırlaşırdı. Müəyyən məqamda bu təcavüzün mütləq qarşısının alınması şərt idi. Onun üçün, imperialist Qərb güclərinin dərhal Körfəz bölgəsini tərk etmələri təmin edilməliydi.
Sionizm cizgisi: Sionizmin haqsız təcavüzlərinə qarşı çıxmaq, yeni bir addım ataraq Böyük İsraili yaratmaq planı mütləq dayandırılmalı idi. Bunun üçün də bölgədəki müsəlman ölkələr arasında bir savaşın çıxması və bunun nəticəsində müsəlman ölkələrin viran qalması, güclərinin zəifləməsi və sərvətlərinin itkiyə getməsinin qarşısı alınmalıydı.
Neft cizgisi: Bu çox önəmli strateji maddə bəşəriyyətin əzilməsi və istismarı üçün deyil, rifahı və tərəqqisi üçün istifadə olunmalıydı. Bunun üçün bu strateji maddəyə birbaşa nəzarət faizçi kapitalist sistemin əlinə keçməməliydi. Əsl sahibi olan müsəlman ölkələrin rifahı üçün istifadə olunmalıydı.
Müsəlman Topluluqlar Birliyi cizgisi: İmperializm bütün bəşəriyyəti istismar etmək istəyərkən, müsəlman ölkələrin hökumətlərini təsiri altına salmağa böyük güc sərf edirlər. Müsəlman ölkələrin hökumətlərinin meydana gətirdikləri İslam Konfransı müxtəlif səbəblərdən dolayı imperializmə qarşı təsirli rol oynamayır və lazımi mübarizəni aparmayır. Necə ki, Körfəz böhranı qarşısında da bu konfrans xarici işlər nazirləri səviyyəsində toplanmışdır. Böhranın sülh yoluyla həll ediləcəyi ümid edildiyi halda, heç bir həll yolu ortaya qoyulmamış, bir daha toplanmadan dağılmışdı. Eyni şəkildə Ərəb Dövlətləri Liqası da məsələylə əlaqədar toplanmışdır. Fəqət hələ ilk iclasda ikən iki yerə parçalanmış və mövzunu birgə müzakirə edə bilməyəcək vəziyyətə çataraq dağıldılar.
Hökumətlərdən ibarət quruluşların illərdir imperializmin təcavüzləri qarşısında müsəlman xalqların mənafelərini qoruya bilməmələri üzündən yavaş-yavaş bütün müsəlman topluluqlarda anti-imperialist cərəyanlar güclənmişdir. Bunlar zamanla milyonlarla insanı təmsil edən güclü təşkilatlar halına gəliblər. Bir qismi siyasi partiyalar formasında, bir qismi dərnəklər formasında, bir qismi isə müxtəlif quruluşlar formasında təşkilatlanıblar. MTB – yəni, Müsəlman Topluluqlar Birliyi bu təşkilatlanmanı təmsil edirdi.
İlk dəfə Əmmanda 13 ölkənin siyasi partiya və quruluşlarının liderləri və yüksək səviyyədəki müşavirləri bir araya gəldilər. Bu toplantıya gedərkən, bu təşkilatlanmanın orqanizə edilmiş bir güc olaraq planlı şəkildə fəalyyət göstərməsini təmin etməyi və önəmli beynəlxalq məsələlərdə eyni mövqedən çıxış etməyi nəzərdə tutmuşduq. Necə ki, çalışmağımız nəticəsində bu istiqamətdə mühüm addımlar atıldı.
Bizim əsas prinsiplərimizə görə, müsəlman ölkələri aralarındakı ixtilafları görüşmək yoluyla həll etməli, lazım gələrsə hakimə müraciət edilməli, fəqət heç vaxt şiddətə baş vurmamalıdır.
Mövcud şərtlər daxilində milyonlarla müsəlmanın qanı axmaqdansa, müsəlman ölkələr viran qalıb zəifləməkdənsə, sülh bağlamalarında saysız-hesabsız fayda vardır.
Əgər Səudiyyə Ərəbistanı və Küveytin müdafiəsini müsəlman ölkələrindən təşkil olunmuş hansısa sülhməramlı qüvvələr öz üzərinə götürməsi təmin olunsaydı, bu qüvvələr zaman keçdikcə Müsəlman Ölkələri Müdafiə Əməkdaşlığı Təşkilatının ilk nüvəsini təşkil edə bilərdi.
Bu məqsədlə üç gün sürən Məkkə konfransının ilk iki günündə çıxış edən natiqlər sadəcə İraqın haqsızlığını və Qərbin hərbi birləşmələrinin Səudiyyə Ərəbistanı torpaqlarında olmasının zərurətdən irəli gəldiyini və caiz olduğu üzərində dayanmışdılar. Halbuki, konfransın əsas mövzusu Körfəz böhranının necə həll olunacağı məsələsi idi. Bununla bağlı ikinci gün axşam sessiyasında çıxış etdim. Çıxışım bütün nümayənlər tərəfindən böyük maraqla dinlənildi. Qarşılaşılan bu problemin əsas səbəbinin müsəlman ölkələrin atması lazım olan, lakin atmadıqları addımlardan irəli gəldiyini söylədim. Nail olmaq istənilən həll yolunun hansı olduğunu izah etdim. Bu həll yoluna nail ola bilmək üçün müvəqqəti çalışmağın çarə olmayacağını, problem həll olunana qədər dayanmadan çalışan bir sülh komissiyasının seçilməsinin lazım olduğunu təklif etdim. Bu söhbətimiz konfransın yekun qərarının əsasını təşkil etdi.
İlahi təqdiri görün ki, konfransın sonuncu günü sentyabırın 12-nə təsadüf etdi. 1980-ci il yenə 12 sentyabrda Uzun Adada cümə namazına da getməyimizə icazə verilmədiyi halda, indi qara örtülər içərisində Kəbənin qızıl qapısı xüsusi olaraq açılmış və bəndəniz içində namaz qılırdım.
Konfrans bitdikdən sonra ilk dialoqumuz Səudiyyə Ərəbistanı müdafiə naziri şahzadə Sultan ibn Əbdüləziz ilə oldu. İki saata yaxın sürən görüşümüz son dərəcə səmimi və dostluq havası içərisində keçdi. Daha öncədən Körfəzlə bağlı Kütahyada təşkil edəcəyimiz mitinqdə iştirak etmək üçün sentyabırın 14-də Türkiyəyə qayıtdım. 15 sentyabr mitinqimizi keçirtdik. Ertəsi günü 16 sentyabrda Körfəz Sülh Hərəkatı ilə əlaqədar çalışmağımızı davam etdirmək məqsədilə Əmmana gedərkən, cənab Ecevidlə təyyarədə idik. Biz Əmmanda İraq səfirliyinin əməkdaşlarıyla Bağdada edəcəyimiz səfərin proqramını tərtib etdikdən sonra, həmin günü Ciddəyə getdik. 17 sentyabr bazar ertəsi günü Müsəlman Topluluqlar Birliyi ilə növbəti toplantı keçirdik.
İstər toplantılardakı söhbətlərimizdə, istər Səudiyyə Ərəbistanı kralı ilə təkbətək görüşümüzdə Körfəzdə sülhün necə təmin olunacağı ilə bağlı planımız üç əsas mərhələdən ibarət idi. Təklif etdiyimiz bu mərhələlər əslində təkcə Körfəz böhranı üçün deyil, bütün beynəlxalq böhran və problemlərdə tətbiq olunması vacib olan mərhələlər kimi dəyərləndirilməlidir. Körfəzdə sakitliyin təmin olunması üçün ilk addım olaraq, tərəflərin qəbul edə biləcəkləri şərəf və etibarlarını qoruyan incə bir həll yolu tapmaq lazım idi. İkinci mərhələdə tərəflərin razı qalacağı hədəfə çata bilmək üçün hansı addımların və nə zaman atılacağının planı tərtib olunmalıydı. Üçüncü mərhələdə isə bu həll yolunu kimin və hansı quruluşların öz üzərinə götürüb necə həyata keçirəcəyindən bəhs edirdi. Təklif etdiyimiz sülh planını geniş şəkildə kral Fəhdə izah etdik. Fəhd: “ – Cənab Ərbakan, biz sülh istəyirik. Bütün qapıları döyün! Açılmazsa, yenə döyün! Yenə döyün!” deyərək, sülh istəyini ifadə etməyə çalışdı.
Səudiyyə Ərəbistanının Ciddə və Məkkə şəhərlərində küçədəki insanlarda və şəhərlərin mənzərəsində Körfəzdə yaşanmaqda olan müharibə təhlükəsi hiss olunmasa da, bu ölkəyə köç edən 100 000 küveytlinin toplu yaşadığı bölgədə Körfəz böhranının bir çox insanı necə zərərə uğratdığı açıqca görsənirdi.
Küveytin əmir ailəsinin minə qədər mənsubu, 22 nəfər hökumət üzvü və Küveyt parlamentinin üzvləri də Səudiyyə Ərəbistanının Taif şəhərində qalırdılar. Əl-Hadi Şeraton mehmanxanası da Küveytin hökumət binası halına gətirilmişdi. Səfirliklərlə əlaqələr bu mərkəzdən saxlanıldığı kimi, hər gün keçirilən Nazirlər Kabinetinin iclasları da həmçinin bu mehmanxananın salonunda olurdu.
Küveyt heyəti 20 sentyabr cümə axşamı günü sübh vaxtı Ciddədə Mötəmarad qəsrində bizi ziyarətə gəldi. Bu heyət toplantıda bizə bunları dedi:
“ – Bilindiyi kimi, İran-İraq müharibəsi əsnasında biz Küveyt olaraq bütün gücümüzlə İraqı dəstəklədik. Böyük maddi yardımlar etməyimizlə yanaşı, limanlarımızı döyüş silah və texnikası ilə doldurmağa ayırdıq. Müharibədən sonra İraqın istəklərini müzakirə yoluyla həll etməyə çalışdıq. Ciddədə xoş niyyətlə bu müzakirələri apararkən, bu görüşlər İraq tərəfindən birdən-birə dayandırıldı. Qısa bir müddət sonra da hərbi qüvvələriylə hərəkətə keçərək Küveyti işğal etdilər. Bir müddət sonra da İraqa ilhaq etdiklərini elan etdilər. İstər işğal əsnasında, istərsə bu günə kimi keçən müddət ərzində işğalçı qüvvələr Küveyt xalqına böyük zülmlər ediblər. Görülməmiş miqyasda köç yaşandı. Yüz minlərlə insan zərər görüb pərişan oldu. Hər şeyimiz talan edildi. Evlərimizdəki qiymətli əşyalar götürülüb aparıldı. Neft-kimya müəssisələrimiz sökülüb İraqa daşındı”.
Bu görüş əsnasında heyətin bir üzvü olan Küveyt Əmək naziri “Küveytdən yanımızda heç bir şey götürmədən çxdıq. Bu üstümdə gördüyünüz paltarı belə Səudiyyə Ərəbistanındakı bir dostumdan əmanət aldım. Küveytdəki ailəmdən belə, bir xəbər ala bilmədim”, – deyə, şikayətlənirdi. Bu heyət Küveytin istəyini iki nöqtədə toplamışdı: İraq Küveytdən qeyd-şərtsiz geri çəkilməli və Küveyt xalqının hələ Osmanlı dövründə onlara hakim olaraq seçdiyi Sabah ailəsi Küveyt xalqının əmiri olaraq yenidən yerinə oturmalıdır. İraq ilə Küveyt arasındakı anlaşılmamazlıq, problemləri müzakirə yoluyla həll edilməlidir və bu görüşlərdə İraqın Küveyti işğal etməklə səbəb olduğu böyük maddi zərərlərin təzminatının necə ödəniləcəyi də həll edilməlidir.
Küveyt heyətiylə görüş bitdikdən sonra Səudiyyə Ərəbistanı ilə görüşlərimizi tamamladığımız üçün Mötəmərad qəsrində bir mətbuat toplantısı keçirdik. Ardınca, xüsusi təyyarəylə İordaniyanın paytaxtı Əmmana getdik.
Əmmana çatdıqda saat 16.00 radələri idi. Gündüz gözüylə Əmmanı görmək imkanımız oldu. Hava limanı və ərazisinin ətrafı İraqdan köçən adamlarla dolu idi. Uzun növbələr yaranmışdı. Əllərinin boş olması və ya kiçik bir çanta olması bu insanların nə qədər tələsik yola çxdıqlarını göstərirdi.
İlk işimiz İraq səfirliyi əməkdaşlarıyla əlaqə yaratmaq oldu. Səfirlik əməkdaşları dörd gün öncə Məkkəyə gedərkən onlara bildirdiyimiz Bağdad səfəri proqramıyla bağlı lazım olan hər cür hazırlıq gördüklərini və bizi Bağdada aparacaq xüsusi təyyarənin cümə gününün həftənin istirahət günü olması səbəbindən şənbə səhəri Əmman aeroportuna gələcəyini bildirdilər.
Belə olan halda, Müsəlman Topluluqlar Birliyi nümayəndələriylə cümə günü növbəti toplantı keçirmək fürsəti tapdıq. Bu toplantıda Bağdad səfəri sırasında İraq rəsmiləriylə nə danışacağımızı, necə danışacağımızı, hansı təklifləri verəcəyimizi müzakirə etdik və qərara gəldik.
Ertəsi gün ortasından Dəclə çayının axdığı, xurma ağaclarıyla yaşıllanmış, müasir binalarla bəzənmiş Bağdadın üstündən süzərək hava limanına endik. Fəxri qonaqlarçün ayrılmış salona keçərkən bu aeroport ərazisində üç ay əvvəl iyunda gördüyümüz qələbəlikdən əsər-əlamət yox idi. İlk diqqətimizi çəkən bu oldu. Buna baxmayaraq, bizi qarşılayan əməkdaşlar son dərəcə sevincli və canlıydılar. Körfəz böhranının üzlərində heç bir təsiri görsənmirdi. İsti qarşılanmadan sonra Harun ər -Rəşid mehmanxanasına gəldik. Bağdadla bağlı bütün xəbərlərin əksinə, şəhərdə normal həyatın eyni ilə davam etdiyini, qida sıxıntısı olmadığını, vitrin və piştaxtaların dolu olduğunu, insanların üzündə qorxu və təlaş olmadığını, gündəlik həyatın küçələrdə öz qaydasında davam etdiyini heyrətlə gördük.
Bağdadda rəsmilərin və xalqın üzündə sakit bir hava görməyin rahatlığıyla mehmanxanada bizə ayrılan nömrələrimizdə rahat bir gecə keçirdik. Ertəsi gün 23 sentyabr bazar günü idi. Həmin gün Körfəz Sülh Hərəkatı fəaliyyətimizin ən önəmli müzakirəsini təşkil edən Səddam Hüseyn ilə görüşəcəkdik.
Bu arada axşam saatlarında Suriyanın keçmiş prezidenti Hafiz Emin ilə Suriya Baas Partiyası başqanı, Suriya Kommunist Partiyası başqanı və Suriya Müsəlman Qardaşları Təşkilatının hər iki qanadının liderləri beş nəfərlik bir heyət halında mehmanxanada bizimlə görüşməyə gəldilər. Bizə verilən məlumatlara görə, Suriya xalqı üzərində böyük təsiri olan bu heyət Səddam Hüseyn tərəfindən dəstəklənir və onlara Bağdadda verilən bir binada təşkilatlanmış şəkildə çalışırlar. Suriyanın keçmiş rəhbərləriylə MTB nümayəndələri mehmanxananın bir salonunda toplandıq. Bu toplantıda suriyalı qonaqlarımız üçün MTB adından çıxış etməyimi istədilər. Bir saata yaxın çıxış etdim. Dünya və Körfəz hadisələrinin təhlilini apardıqdan sonra, bəşəriyyətin və ölklərin mövcud haqsız təcavüz və istismar sistemindən necə qurtula biləcəyini açıqladım. Çarəsinin Adil Düzəni qurmaq olduğunu qeyd etdim. Bu nizamı tanıtdım. Məni dinlədikdən sonra suriyalı liderlər boynuma sarılaraq təbrik və təşəkkür etdilər. Və bundan sonra bu amalı gerçəkləşdirmək üçün birgə çalışacaqlarını ifadə etdilər.
O sırada sarayın məsul şəxsi gəlmişdi. Səddam Hüseynin bizi gözlədiyini xəbər verdi. Səddam Hüseyn ilə sarayın xudmani bir salonunda bir araya gəldik. Görüşümüzdə məsələyə ilk olaraq Səddam toxundu. Səddam qısaca “Biz sülh istəyirik. Ancaq insan bəzən istəmədiyi halda da müharibə etməyə məcbur ola bilər. Peyğəmbər Əfəndimiz (səs) də istəmədiyi halda bəzi müharibələr aparmağa məcbur qalmışdı”, – dedi. Səddamın bu sözləri İraqın sülh qapısını açıq, yoxsa bağlı saxlayacağı barəsindəki marağımızı daha da artdı.
Körfəz Sülh Hərəkatımızın ən önəmli müzakirəsini təşkil edən İraq prezidenti ilə olan görüşdə Səddam Hüseyn Küveyti işğal və ilhaq etmə səbəblərini iki əsas qrupa ayıraraq bizlərə izah etdi. Birinci qrup tarixi və hüquqi səbəblər idi. Bu xüsusda Səddam bu tezisləri önə sürürdü:
“Tarixən Osmanlı dövründən bəri Küveyt həmişə İraqın bir parçası olmuşdur. Küveytin İraqdan ayrı bir dövlət olaraq var olmasını ingilislər qəsdən istəyiblər. İraqın Bəsrə körfəzində bir limanı olmasın və Küveytin zəngin neft yataqları İraqın olmasın deyə. O tarixdən bu günə qədər də İraq heç bir zaman Küveytin ayrı bir dövlət olmasına razı olmadığı kimi, 1930-cu ildən bu yana Küveytin İraqa ilhaqı üçün bizdən əvvəlki rəhbərlər tərəfindən bir neçə dəfə müxtəlif cəhdlər edilmişdir. Axırıncı dəfə bizdən öncəki Nuri Səid hökuməti Küveytin İraqa ilhaqını qərara almış və 18 avqust 1958-ci ildə həyata keçirəcəyini elan etmişdi. Bizim general Qasımın liderliyi ilə qiyamımız 14 avqust 1958-ci ildə, yəni Küveytin ilhaqı üçün düşünülən tarixdən 4 gün əvvəl gerçəkləşdi. Biz Körfəzdə əmin-amanlıq istədiyimiz və müsəlman ölkələr arasındakı qardaşlığa əhəmiyyət verdiyimiz üçün bizdən qabaq verilmiş bu ilhaq qərarını tətbiq etmədik. Bunun əvəzində iki qardaş ölkə olaraq ahəng içində yaşamağı seçdik. Görüldüyü kimi, İraqın tarixi mərhələdə Küveytə loyal davranan hökuməti bizim hökumət olmuşdur. Bəli, 1975-ci ildə Əlcəzairdə İranla İraq arasında anlaşılmamazlıqları yoluna qoymaq məqsədiylə bağlanan müqavilədə mənim də imzam mövcuddur. Bu anlaşmada Küveytlə bağlı maddələr də yer almışdır. Ancaq diqqətlə araşdırıldığı zaman görmək olar ki, bu maddələr Küveytlə aramızdakı ixtilafları nəzərə almamaq yox, həllini gələcəyə saxlamaq mənasındadır”.
(Qeyd: Azərbaycan türkcəsində yayımlanan “Davam” kitabının bütün müəlliflik hüquqları yalnız və yalnız Doğru Yol Partiyasına aiddir)
I would do everything you can to prevent her from laying buy priligy in uae
is sildenafil the same as viagra a tenaculum on the cervix or go into the uterine cavity
Phase III trial of carboplatin plus paclitaxel with or without gemcitabine in first line treatment of epithelial ovarian cancer is there a generic cialis available
Ничто не истощает себя так, как щедрость:
выказывая ее, одновременно и теряешь возможность ее выказывать, и либо впадаешь в бедность, вызывающую
презрение, либо, желая бедности избежать,
разоряешь других, и этим навлекаешь на себя ненависть.
Между тем презрение и ненависть подданных – это то, чего государь должен опасаться больше всего,
щедрость же ведет к тому и другому.
Поэтому больше мудрости в том, чтобы, слывя скупым, стяжать худую славу без ненависти, чем в том,
чтобы, желая прослыть щедрым и оттого невольно разоряя других,
стяжать худую славу и
ненависть разом. Как пробудить интерес у мужчины советы психолога
poip-nsk.ru
serial.vipspark.ru
fump.ru
fond-detym.ru
www2022.ru
Ремонт стиральных машин петербург.
Ремонт стиральных машин дешево.
https://remont-spb.hatenablog.com/entry/2023/05/17/232354
Гў If youГў re an NFL quarterback or a skill position player or a halfway high profile player, they ran numbers on those guys, Гў Van Riper said best cialis online For me, I just don t see the point in taking the risk with bromocriptine when you can use cabergoline without having to worry about any of those more negative side effects