“DAVAM” – NƏCMƏDDİN ƏRBAKAN (XVIII hissə)

Bizimsesimiz.info // Mərhum Nəcməddin Ərbakanın “DAVAM” adlı kitabının 18-ci hissəsi

( əvvəli ötən sayımızda )

KIBRIS DAVAMIZ

Hər hansı bir dünya xəritəsini qarşımıza alıb baxarkən Türkiyəmizin və övlad vətən Kıbrısımızın dünyanın düz ortasına müvafiq gəldiyini görərik. Bu coğrafi mövqeyi səbəbindən Kıbrıs əsrlər boyu ən srateji əhəmiyyətə malik adalardan biri olmuşdur. Müsəlmanlar Əməvilər dövründə Kıbrısa gəliblər.

Kıbrıs həzrəti Osman əfəndimiz (Allah ondan razı olsun) zamanından bəri müsəlmanların yaşadığı bir ada olmuşdur. Elə o gündən bu adanın önəmi dərk edilmişdir. Bilindiyi kimi, peyğəmbər əfəndimiz əleyhissalatu vəssalamın çox hörmətli bibisi Ümmü Haram (Allah ondan razı olsun) Larnakada dəfn olunmuşdur. Bu baxımdan, biz Kıbrıs Sülh Hərəkatında xüsusilə Larnakaya qədər gedilməsini israrla istəmişdik. Kıbrısın müsəlman aləmiylə bağlılığı həm dərin bir tarixdə, həm də müsəlman aləminin mərkəzində və hakim nöqtəsində olması səbəbiylə strateji əhəmiyyəti vardır. Kıbrıs bütün müsəlmanların arasında yerləşən bir adadır.

XIII əsrin sonlarında buraya katolik genuyalılar gəldilər. Onların ardınca da venesiyalılar gəldilər. Çünki XIV, XV və XVI əsrlərdə venesiyalılar və genuyalılar dənizçilik baxmıından inkişaf etmiş və dəniz quldurluğuyla məşğul olaraq Aralıq dənizini hakimiyyətləri altına almağa çalışıblar. Kıbrısda qurduqları baza vasitəsilə bütün Aralıq dənizinə nəzarət etməyə cəhd etdilər. Kıbrısda yaşayan bəzi provoslavlar 300 il bu katolik zülmü altında inim-inim inlədilər.

Yaranmış vəziyyətdən Osmanlı narahat oldu. Dünyanın hər yerinə haqq və ədaləti aparmaq vəzifəsini öz üzərinə götürən Osmanlı öz fəaliyyət bölgəsi ortasında belə bir zülmə dözə bilməzdi. 1570-ci ildə Aralıq dənizində quldurluq edildiyi, həccə gedənlərin və ticarət eskadralarının yolu kəsildiyi üçün Osmanlı dövləti Lələ Mustafa paşanın komandirlik etdiyi qoşunla 40 000 şəhid verərək Kıbrısı azad etdi. Kıbrıs Osmanlının bir parçası oldu. Aralıq dənizinə və Yaxın Şərqə əmin-amanlıq gəldi. Adada 308 il provoslavlar da daxil olmaqla hər kəs asayiş içində yaşadı.

Əsrlər keçdikcə, dünya sionizmi ərzi-mövud planları çərçivəsində hərəkətə keçdi. Osmanlını zəiflətmək üçün müxtəlif bəhanələrə baş vurdular. Müxtəlif müharibələr törətdilər. Bu müharibələr əsnasında Osmanlı bütün dünyayla çarpışdığı üçün 1878-ci ildə o günkü şəraitə görə Kıbrsın idarəsi mülkiyyəti Osmanlıda qalmaq şərtiylə ingilislərə təhvil verildi.

Ancaq Osmanlının içinə düşdüyü çətin şəraiti fürsət bilən ingilislər adanın demoqrafik vəziyyətini dəyişdirməyə çalışdılar. Necə ki, Fələstinə dünyanın müxtəlif yerlərindən yəhudi millətinə mənsub insanları bəlli məqsədləri həyata keçirmək üçün topladılarsa, eləcə də Kıbrıs adasına da dünyanın müxtəlif yerlərindən yunanları gətirdilər. Bu vəziyyətdən istifadə edən adadakı yunanlar bəlli say çoxluğuna çatdıqdan sonra bilindiyi kimi, mütəmadi olaraq oradakı türk soydaşlarımıza, müsəlmanlara hər cür zülmü rəva gördülər. Narahatlıq yaradaraq soyqırımlar törətdilər.

1960-cı ildə qarmaqarışıq bir respublika yaratdılar. 1963-cü il soyqırımları törədildi. 1967-ci il soyqırımları törədildi. 1974-cü ildə Kıbrısda Makariosa qarşı çevriliş edən EOKA lideri Sampson adanı Yunanıstana ilhaq edəcəyini elan etdi. Adada yenidən soyqırımlar törədilməyə başlandı.

Biz 1974-cü ildə hökumətdə olduğumuz zaman Kıbrısı narahatlıqlar və soyqırımlar içərisində olan bir ada olaraq gördük. Bilindiyi kimi, bizdən əvvəl cənab İsmət İnönü baş nazir idi. Kıbrısda böyük soyqırımlar oldu. Bu soyqırımlar müqabilində yalnız adanın üstündən bir təyyarə uçurtdu. Hər yeri qan basarkən, o heç nə etmədi. Onun ardınca cənab Dəmirəl gəldi. O, təyyarə da uçurda bilmədi. Amma nə vaxt ki 1974-cü ildə Milli Görüş hökumətə koalisiya ortağı kimi də olsa qatılınca, iş dəyişdi. Adada soyqırım başladığı vaxt, Sampson peysərində haqqın, ədalətin Milli Görüşün pəncəsini gördü. Kıbrıs Sülh Hərəkatıyla kıbrıslı mücahidlər və qəhrəman ordumuz müasir müharibənin ən qabaqcıl nümunələrini bütün dünyaya barmağını dişlədəcək şəkildə göstərdi. Çünki, Kıbrıs müharibəsi dənizdə, havada və quruda aparılmış kombinasiyalı bir hərbdir. Parlaq bir hərbi hərəkatla Kıbrıs azad olunmuduşdur. O gündən bu günə qədər də Kıbrısda qan dayandı. Adaya əmin-amanlıq və sülh gəldi.

Təəssüflər olsun ki, bu ada xarici qüvvələr tərəfindən İsrailin təhlükəsizliyi üçün istifadə olunmaq istənilir. Sionizmin Kıbrısdakı hədəfi budur: Şimali Kipr Türk Cümhuriyyəti ləğv olunsun. Müsəlmanlar çəkilsin. Ada ilə heç bir əlaqələri qalmasın. Beləcə, Kıbrısı tamamilə ələ keçirək. Oradakı Dikeliyanı amerikan hərbi bazası edək. Bu baza vasitəsilə İsrailin təhlükəsizliyini qoruyaq. Çünki, İsrail hər necə qurulmuş olsa da bir milyard yarımlıq müsəlman aləminin ortasında olduğu üçün daim qorxulu röya içindədir. “Bir gün bunlar birləşib məni dənizə tökərlərsə”, – deyə qorxur. Bundan ötrü tədbir görməyi hər şeydən vacib hesab edir. O səbəbdən də Kıbrıs adasına çox böyük əhəmiyyət verir.

Son otuz ildən bu yana illa da “Kıbrıs, Kıbrıs, Kıbrıs, …” demələrinin bünövrəsində yatan səbəb budur. Kıbrıs Karpaz yarımadasıyla əlini Türkiyənin bağrına uzadıb. Türkiyənin qoynunda yerləşən bir adadır. Bu ada, Allah eləməsin, yadların əlində olarsa buradan Anadoluya sıçramaq, buradakı hərbi hava bazalarından Anadolunun hər yerinə sürətlə çatmaq çox asanlıqla mümkün olar. Hətta buradakı orta mənzilli raket başlıqlarıyla Anadolunun müxtəlif yerlərini dağıtmaq mümkündür. Kıbrıs Aralıq dənizinin ortasında üzən böyük bir təyyarədaşıyan gəmiyə oxşayır. Bunu ələ keçirən Aralıq dənizinin sahib olar. Buna görədir ki, Türkiyə üçün həyati əhəmiyyəti vardır. Kıbrısda ən xırda bir güzəştə gedilərsə, ardı ilməsi qaçmış corab kimi olacaq. Öncə, Kıbrısın əldən getməsi ilə nəticələnər. Ardınca Egey gələr. Ardınca Şərqi Anadolu gələr. Ardınca Ermənistan gələr. Pont gələr. Bizans gələr…

Kıbrıs Türkiyənin ərazi bütövlüyünün bir sığortasıdır. Kıbrıs demək Türkiyə deməkdir. Kıbrıs Yaxın Şərqin sülhü, müsəlman aləminin əmin-amanlığı və Türkiyənin qorunması üçün böyük əhəmiyyətə malikdir.

Biz bütün bunları nəzərə alaraq Kıbrıs Sülh Hərəkatını gerçəkləşdirdik. Həm soyqırımı dayandırdıq, həm də Anadolumuza baxan tərəfin türklərin əlində olması surətiylə Türkiyənin təhlükəsizliyini təmin etdik.

Kıbrıs Sülh Hərəkatı Osmanlının torpaq itirməyə başladığı Karloviç müqaviləsindən bu yana son 300 ildə qazandığı ən strateji zəfərdir. Bu gün Qərbin təzyiqiylə Kıbrısda güzəşt etməyi düşünənlər bu tarixi həqiqətləri gözdən qaçıra bilməzlər. Kıbrıs Sülh Hərəkatı qərarı necə verildi? Cümhuriyyət tarixi boyunca Türkiyə ordusunun ilk dəfə ölkə xaricinə çıxdığı bu hərəkat necə baş verdi? 1974-cü il sülh hərəkatı qərarını necə verdiyimizlə bağlı detalların bilinməsində fayda görürəm.

Əcəvit İngiltərəyə gedəcək. İngilislərin nə deyəcəyi məlum deyil. Əcəvit Afyondaykən, biz hökumətin MSK qanadı olaraq İdarə Heyətimizin yığıncağını keçirmiş və “mütləq müdaxilə edilməsi lazımdır” qərarına gəlmişdik. Xalq Partiyasının önəmli bir hissəsi “Bu macəra olar. Nəbadə, belə bir şey edilsin. Bu bütün dünyaya qarşı müharibə aparmaq deməkdir” deyirdi. Bu səbəbdən nə Nazirlər Kabineti olaraq, nə də Təhlükəsizlik Şurası olaraq qəti qərara gəlinməmişdi. Bununla belə, hadisənin gecikməməsi üçün hava limanında əsgərlərə “yükləyin və hərəkata başlayın!” dedim.

Biz MSP olaraq Bülənt Əcəvitin İngiltərəyə getməsini əvvəlcə doğru hesab etmirdik. Vaxt itirəcəkdik və yubanacaqdıq. İngilislərlə birgə aparılacaq hərəkat adanın dolayısıyla yenə yunanlara verilməsi deməkdir. Türkiyə Kıbrısın təhlükəsizliyinə təminatçı dövlət idi. Təminatçı dövlət olaraq müdaxilə haqqımız var idi.

Baş nazir Əcəviti Londona yola saldıqdan sonra, hava limanında bütün qoşun komandirləri ilə görüşdük. Sampson adada çevriliş etmişdi. Amma hamı onu dərhal qəbul etməmişdi. Makarios tərəfdarlarıyla Sampson arasında müxtəlif yerlərdə silahlar mübarizələr olur. Biz də bu qarışıqlıqdan istifadə etməyə əhəmiyyət verirdik. Bütün qoşun komandirləri dedilər ki, bizə qəti əmr verilməsi lazımdır. Çünki, bizim əsgərlər iki dəfə bir növ xəyal qırıqlığı yaşayıblar. Bizə “gəmiləri yükləyin!” deyildi. Biz də yüklədik. Ardından ABŞ prezidenti Consonun məktubundan sonra “xeyir, geri dönün!” dedilər. Biz əsgərləri İsgəndəruna geri çəkdik. Və beləcə gördüyümüz iş geri çəkilmə manevrasına oxşadı. Sonra ikinci dəfə cənab Dəmirəlin vaxtında yenə “gəmiləri yükləyin!” deyildi. Yüklədik. Ancaq ikinci dəfə də əsgərlərimizi Kıbrıs yerinə geriyə göndərib öz torpaqlarımıza gətirdik. Bu gün siz bizə “yükləyin və yola çıxın!” desəniz və ondan sonra da yoldan geri qaytarsanız, biz artıq bu əsgərləri həqiqi hərəkatın aparılacağına inandıra bilmərik. Bunun əhəmiyyətini nəzərə alıb təlimat verin.

Həmin an onlara bu sualı verdim: “ – İndi fərz edin ki, biz hökumət olaraq bu anda sizə bu əmri verdik. Ən tez nə zaman Kireniyaya qoşun çıxararsınız?”

Dedilər ki, bizim bir neçə qərargahımız İsgəndərunda, komanda qərargahımız isə Niğdədə yerləşir. Bütün növ silahlarla birlikdə gəmilərin hamısını yükləyib və hərəkət edərək adaya getməyimiz ən tez şənbə günü səhər tezdən ola bilər.
Cənab Əcəvit Londondan qayıdarkən artıq gəmilər yüklənmişdi. Ertəsi gün səhər tezdən limandan ayrılacaqları nöqtədə idik.

Daha əvvəl iki qoşun çıxarmağımızda olduğu kimi, geri qayıtmamaq üçün komandirlərlə birlikdə Əcəviti razı etmək məsələsində hazırlıq görmüşdük. O, bizə Londondakı görüşlərindən danışdı. Biz də Türkiyədə olanlardan danışdıq. Və sonda da dedik ki, hazırda gəmilər yükləmişdir. Ox yaydan çıxmışdır. Bunun dönüşü yoxdur. Əgər dönüləcək olarsa, əsgərlər “bir daha bu hərəkatı həyata keçirə bilmərik” deyirlər. Cənab Əcəvit qoşun komandirlərinə “hərəkata başlasaq, müharibə aparacaq gücümüz varmı?”, – deyə suallar verdikdə, dəniz qoşunları komandirimiz “Mən Qara dəniz uşağıyam. Bir qayıqla belə, gedib oraya çıxaram”, – dedi. Onun bu sözü çox etimadverici bir söz oldu. Başda Səmih Səncər paşa olmaq üzrə digər komandirlər də “bunun həyata keçirilməsi lazımdır” sözündə israrla dayandılar.

Bu şərtlər altında bəzi siyasi liderlər müxtəlif tərəddüdlər etdilər. Məsələn, biri “Amerikadan yazılı icazə almadan bu hərəkata cəhd etməyin” deyə biləcək irəli getdi. Bunları yaşadıq.
Oxunan duaların da köməyilə Kıbrıs Sülh Hərəkatına başlamaq əmrini verdiyimiz zaman, Allaha şükrlər olsun ki, bizim hərbi qüvvələrimiz 5 gündə çatması nəzərdə tutulan mövqelərə 3 gündə çatdılar.

Əlbəttə, Qərb də boş dayanmadı. ABŞ xarici işlər naziri Kissincerin yardımçısı Cozef Sisko birbaşa qaçıb Afinaya getdi. Ardınca da yenidən Türkiyəyə gəldi. Qayıdınca, əlbəttə Əcəvitlə gürüşdü. Həmin gün BMT saat 5-də atəşkəsin olması üçün qərar çıxardı. Sisko da o qərara istinad edərək və Amerikanın əmrlərini bildirərək “Atəşi dayandırın. Olduğunuz yerdə qalın. Daha irəliyə getməyin”, – deyərək Əcəviti sıxışdırmışdı. Bundan sonra da Əcəvit Nazirlər Kabinetini topladı.

“Bu günə kimi BMT-in çıxardığı hansı qərara İsrail əməl etdi? BMT qərar çıxarıbdır deyə, Türkiyə buna əməl etmək məcburiyyətində deyildir. Özü də bu cür həyat əhəmiyyətli məsələdə bu qərarlar nəzərə alına bilməz”, – dedik. Cənab Əcəvit razı qaldı. Hətta MSP qoluna “Təşəkkür edirəm. Bizi bir səhvdən xilas etdiniz”, – dedi. Fəqət, atəşkəs mübahisəsi bununla bitmədi.

Sübh tezdən yenidən Nazirlər Kabineti toplandı. Səhər Nazirlər Kabinetinin toplantısında Xalq partiyasından olan nazirlərin bir hissəsi susur, fəqət digər bir hissəsi MSP olaraq bizi danlayırdılar. “Daşucundakı radiorabitəmiz işləməyir. Raketlər qurtarır. İndi görürsünüz nə olacaq?!”, – deyirdilər.
Biz onda onlara dedik ki, sizin verdiyiniz məlumatlara inanmayırıq. Ordunun vəziyyətini birbaşa hərbçilərimizdən öyrənək. Belə olduqda, Plan və Prinsiplər Dairəsinin başqanı olan Necdət Ürüğ paşa başqa bir generalla birgə Nazirlər Kabinetinə gəldi. Hərəkatla bağlı brifinq keçirdilər. “Daşucundakı radiorabitəmiz xarab olması doğrudurmu?”, – deyə soruşduq. “Xeyir! Kim söylədi bunu?”, – deyə qarşılıq verdi. “Raketlərimiz azalıbmış. Doğrudur?”, – deyə soruşunca, “bunun kimi beş hərəkatı keçirəcək raketlərimiz var”, – deyildi.

Müzakirə davam etdi. Baş nazir yardımçısı olaraq hərəkatı mütləq axıra kimi aparmaq lazım olduğunu istədiyim və inandığım üçün o müzakirələrdə ən axırda hərbçilərə bu sualı verdim:
“ – Hazırda olduğumuz yerdə, yəni G-5 xəttində bizim özümüzü müdafiə etmək imkanımız varmı?” Hərbçilərin verdiyi cavab belə oldu “ – Bir oraya apardığımız qoşunları baxça boyda bir yerə onsuz da yerləşdirə bilmərik. Burada dayanmaq mümkün deyildir. Özü də müharibədəyik. Bu cür yerləşmə şəraitində güclü bir bombardımana məruz qalsaq çox böyük itki verərik. Hərbi nöqteyi-nəzərdən buralarda dayanmaq heç cür mümkün deyildir”.
Belə dedikdə, ona təşəkkür etdik. Beləcə, həmin gün ikinci dəfə atəşkəsin qarşısını aldıq. Bundan sonra cənab Əcəvit Siskonun yanına getdi. Hədəflərə çatana qədər hərəkatın davam edəcəyini söylədi. Ancaq məsələ yenə həll olunmadı.

İkinci günün axşamı bazarı bazar ertəsinə bağlayan gecə yenidən atəşkəs üçün gəldilər. Bütün dünyanı özümüzə düşmən ettdiyimizi dedilər. Belə olduqda, “Biz dünyanın mövqeyinə deyil, əsgərlərin mövqeyinə baxarıq. Ordumuzun mövqeyini müdafiə edəcək əlverişli məqam yetişərsə, atəşkəs barəsində düşünərik”, – dedim. Nazirlər Kabinetindən ayrılıb Silahlı Qüvvələr Baş Qərargahına getdim. Baş Qərargah rəisi rəhmətlik general-leytenant Səmih Səncər paşamız oradan hərəkatı izləyirdi. Ondan məlumat verməsini rica etdim. Şəxsən belə dedi: “ – Biz G-5 hədəflərinə vaxtından əvvəl çatacağıq. Sizdən xahişim belədir. Atəşkəsi sabah saat 5-dən əvvəl elan etməyin. Çünki, biz saat 5-ə qədər G-5 xəttini tutacağıq. Onsuz da hərəkatın birinci mərhələsi bu idi. Ondan sonra da ikinci mərəhələni həyata keçirəcəyik”.

Baş Qərargah rəisi rəhmətlik Səmih Səncər paşaya dedim: “ – Dinləyin! Sizin mütəxəssisləriniz, generallarınız gəldilər. Bizə burada axıra kimi qala bilmərik dedilər. Yaşıl xəttə kimi irəliləməyimiz lazımdır. Biz MSP qolu olaraq atəşkəs qərarı verə bilərik. Bu qərarın verilməsinə gücümüz çatır. Amma yenidən ikinci hərəkatın başladılması üçün əmr verməyə təkbaşına gücümüz çatmaz. Ona görə mən sizdən bir hərçi olaraq söz verməyinizi istəyirəm. Nə edirsizinizsə edin, ikinci hərəkatı hərəkatı davam etdirməlisiniz. Burada qalmağımız onsuz da mümkün deyildir.

Səncər paşa “ – Sizə hərbçi sözü verirəm”, – dedi. Və əliylə çəkmiş olduğu xəritəni də xatirə olaraq aldım. Nazirlər Kabinetinə gedərək yoldaşlara izahat verdim. Baş Qərargah rəisimizin yaşıl xəttə qədər irəliləməsi qənaətində olduğunu bildirdim.

Biz MSP qanadı olaraq ertəsi gün saat 5-də elan olunması şərtiylə atəşkəsə razı ola biləcəyimizi söylədik. Ancaq cənab Əcəvit ehtimal ki, jurnalistlikdən doğan alışqanlıqla o gün saat 5-ə kimi gözləmədi və saat 11-də atəşkəsi elan etdi. Sonradan aparılan dəqiqləşdirmələrə görə atəşkəsin vaxtsız elan edilməsi üzündən Lefkoşanın bir hissəsini itirmişik.

Bizim Milli Görüş olaraq Kıbrıs Sülh Hərəkatındakı hədəfimiz bütün Kıbrısı nəzarətimiz altına almaq idi. Bunun da bir neçə önəmli səbəbi var var idi. Bunlardan biri, biz təminatçı dövlət olaraq bunu edirdik. Bizim təminatımız Kıbrısın bütün ərazisi üzərindədir. Elə isə, Kıbrısın bütün ərazisi üzərində insanların təhlükəsizliyini təmin etmək bizim vəzifəmiz idi. İkincisi, yunanlar tərəfdə də bizim çoxlu qardaşlarımız vardır. Oradakı kəndlərdə də soyqırımlar olur. Biz adanın bir hissəsini nəzarətimiz altına alıb o biri hissəsini nəzarətimiz xaricində saxlasaq, burada soyqırımlar artaraq davam edər. Ən əhəmiyyətlisi də danışıq masasına oturarkən, bazarlıq marjımız daha yüksək olacaqdı. Çünki, Kıbrısın hamısının alınmasıyla yarısının alınması arasında heç bir fərq yox idi. Çünki, xarici dünya onsuz da heç bir məsələdə Türkiyə ilə insafla davranmırdı.

(ardı var)

(Qeyd: Azərbaycan türkcəsində yayımlanan “Davam” kitabının bütün müəlliflik hüquqları yalnız və yalnız Doğru Yol Partiyasına aiddir)

236 COMMENTS

  1. According to research reports from the University of Texas Southwestern Medical Center, Endometrial thickness between 8 40mm was noted in intrauterine pregnancies of unknown location cialis dosage Leach, JL, Meyer, K, Jones, BV, Tomsick, TA Large arachnoid granulations involving the dorsal superior sagittal sinus Findings on MR imaging and MR venography

  2. You’ll get 11 free spins on Starburst when you make your first deposit of €$10 or more at Videoslots mobile casino. You’ll also get a generous 100% bonus up to €$200 to play on their huge range of online and mobile slots. A casino bonus can take many forms. It may be a deposit match, free spins on mobile games, or the casino may offer you a cashback percentage on the money you spend playing casino games. The best $ €1 deposit casinos for mobile can be found on our curated top list of casinos. There are few enough casinos that accept deposits as low as $1 and that are trustworthy but these are the absolute best for trustworthiness, low deposit amounts and mobile-friendliness. The best $ €1 deposit casinos for mobile can be found on our curated top list of casinos. There are few enough casinos that accept deposits as low as $1 and that are trustworthy but these are the absolute best for trustworthiness, low deposit amounts and mobile-friendliness.
    https://hectorlolk180233.tinyblogging.com/best-casino-slot-machines-to-win-61353153
    This depends entirely on the offer that you are claiming. It is common to receive up to 50 free spins no deposit, for example. Some casinos may offer even more but remember that free spins bonuses are not meant to be big offers. They’re more of a risk-free introduction to the casino. There are many casino, slot and bingo sites available out there which offer Fire Joker no deposit free spins, so making sure to sign up for the best one is important to players. This review has made that process much easier; using the following factors, we have determined the sites in the list above to be the top sites for no deposit free spins on Fire Joker offers. Yes. However, to play some casino games free spins no deposit you have to meet certain criteria first. For example, you need to place a bet that exceeds the value of your free spins.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir