Deputat: “Məhkəmə sistemini söküb yenidən qurmaq lazımdır”

“Məhkəmə sistemində boşluqlar yoxdur. Hər şey doludur. Hər şeyin yeri, qiyməti, var, dəqiqdir. Bir ədalət və hüquq boşluğu var. Ümumiyyətlə, bu, problemli vəziyyətdədir. Ona görə də məhkəmə sistemini söküb yenidən qurmaq lazımdır”.

Bizimsesimiz.info  xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, sistem elə qurulub ki, məhkəmə ədalətli qərar ortaya qoyma imkanına malik deyil:

“Məhkəmə elə şəkildə qurulub ki, bu vətəndaşa əzabvermə vasitələrindən biridir. Məhkəmə sistemi yalnız bununla bitmir. Burada, təkcə, ittiham tərəfindən söhbət getmir. Müdafiə sistemi də tamamilə pozulub. Müdafiə funksiyasını yerinə yetirən qurumlar da məhkəmədə heç bir subyekt olaraq dəyər ifadə etmirlər, fəaliyyətləri əhəmiyyət daşımır.

Təsəvvür edin ki, məhkəmədə vəkilin rolu sıfıra endirilib, ancaq hakim və ittihamedici tərəf var. Belə bir vəziyyətdə normal məhkəmə idarəçiliyindən söhbət gedə bilməz. Burada köklü dəyişikliklər aparılmalıdır. Hər hansı formal dəyişikliklər məhkəmə sistemində faydalı istiqamətdə nəyisə ortaya çıxaracağına əsas vermir. Bütün hallarda burada ciddi islahatlara ehtiyac var. Bunlar da kadr islahatından tutmuş, struktur islahatına qədər elə şəkildə aparılmalıdır ki, həm hakimlərin müəyyən dərəcədə qanuna tabe olması və müvafiq qurumlardan asılı olmasının qarşısını alınsın.

Artıq Konstitusiyanın özü ilə belə məhkəmə sistemini qaranlıq vəziyyətə gətirib çıxarıblar. Dövlət Hüquq Şurası əslində hakimlərin müstəqilliyinə mane olan qurum kimi fəaliyyət göstərir. Bu qurum məhkəmələrin müstəqilliyini önə çəkməlidir. Bundan sonra hakimdən tələb etmək olar ki, niyə filan məsələni düz və ya səhv etdin. Ona görə də bu məsələlər köklü həll olunmalıdır. Yoxsa kiçik bir boşluq var deyə, burada birini dəyişib digərini qoymaqla məsələ həllini tapmayacaq”.

F. Mustafa qeyd edib ki, kadr dəyişikliyində niyyət əsasdır:

“Əgər istəyiriksə, formal məhkəmə funksiyası həyata keçirilsin, fərqli bir yol izləmək olar. Çox təəssüf ki, bu yol izlənmir. Ona görə də normal məhkəmə islahatı məsələsi gündəmə gətirilə bilmir. Kifayət qədər sağlam kadrlar var. Kadra deyilsə ki, rüşvət alma və kiməsə rüşvət vermə, ancaq vətəndaşa xidmət elə o, funksiyanı yerinə yetirəcək. Maaşı ilə də kifayətlənəcək, əmək haqqı da kifayət qədər yüksəkdir. Kadra imkan verilirsə ki, vətəndaşdan çox koorparativ maraqlara xidmət eləsin, o da belə edəcək. Ona görə burada iki vur ikidir. Nə tapşırırsansa, məhkəmədə onu o funksiyayla həyata keçirirlər. Deyirlər ya qanunun aliliyinə tabe ol, ya da ayrı-ayrı şəxslərin xidmətində dur”.

Millət vəkili şəhid ailəsinin evinin məhkəmə qərarı ilə alınıb iş adamına verilməsi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, məhkəmə doğru qərar verə bilər:

“Ola bilər ki, məhkəmə qərarı doğru olsun. Çünki şəhid ailəsi müharibə veteranı adından istifadə edərək addımlar ata bilər. Konkret situasiyanı bilmirəm. Amma hər halda şəhid ailəsi ilə bağlı problem varsa, buna daha diqqətlə yanaşmaq lazımdır. Bütövlükdə qanunda şəhid ailəsi, vətəndaşların hamısı üçün nəzərdə tutulan imtiyazlar var. Ayrıcılıq da doğru yanaşma deyil. Bütün vətəndaşlara, o cümlədən şəhid ailələrinə münasibətdə qanunun aliliyi təmin olunmalıdır. Yoxsa şəhid ailəsinin əleyhinə haqsız qərar çıxarmaq olmaz. Təbii ki, olmaz, çünki o, vətən uğrunda vuruşub, buna dəyər verməliyik. Amma bütün vətəndaşların əleyhinə belə qərar çıxarmaq olmaz. Hamının haqqı müqəddəsdir. Buna görə bizim ayrıcalıq eləməyimiz doğru anlaşılmır. Şəhid ailəsinə sayğı göstərmək cəmiyyətin hər bir üzvünün borcudur. Məhkəmənin də borcudur ki, kimliyindən asılı olmayaraq doğru qərar çıxarsın. Bəlkə şəhid ailəsinin iddia etdiyi məsələ başqasının hüququnu pozur. Əsassız şəkildə başqasının əleyhinə şəhid ailəsi ədalətlidir deyə, qərar çıxarılmayacaq ki. Yəni söhbət hüququn aliliyindən getməlidir. O baxımdan da hesab edirəm ki, dövlət şəhid ailəsinə qayğı göstərməlidir. Amma iş məhkəmə predimeti olanda orada haqlı tərəf kimdirsə, onun xeyrinə qərar verilməlidir. Yoxsa şəhid ailəsidir deyə başqasının haqqını pozmağa kimsə əsas verə bilməz. Ona görə cəmiyyətdə bu yanaşmanı da ortadan qaldırmalıyıq. Kiminsə əlavə əlahiddə imtiyazı yoxdur. Şəhid ailəsinin imtiyazı dövlətin nəzdindədir. Dövlət ev verməli, şəhid ailəsinin, uşağının təhsilinin də qayğısına qalmalıdır. Bu problem məhkəmə üçün əsas deyil”.

F. Mustafanın sözlərinə görə, məhkəmə hansı tərəf haqlıdırsa, onun xeyrinə qərar çıxarılmalıdır: “Buna görə bu anlayışların doğru verilməsinə ehtiyac var. Bəlkə məhkəmə həqiqətən də haqlı qərar çıxardıb. Məhkəməni buna görə linç eləmək, vətənpərvər mövqeyindən çıxış göstərmək yanlışdır. Sübut olunarsa ki, hakim şəhid ailəsinin əleyhinə qəsdən, qanunsuz olaraq qərar çıxarıb bu başqa məsələdir. Qanuni qərar veribsə, bu, hüquqi araşdırma nəticəsində müəyyən oluna bilər. Cəmiyyətdə səs-küy qaldırmağı da doğru hesab etmirəm. Bəlkə hakim əsaslı qərar verib, o da insandır, şəhid ailəsinin də dəyərini bilir. Amma haqsızdırsa, necə onun xeyrinə qərar verə bilər? Bu dövlətin işidir. Necə ki, Mehriban xanım evlə təmin olunma məsələsini məhkəməsiz həll etdi. Qayğı hamının borcudur. Çox gözəl addımdır, bunu yüksək qiymətləndiririk. Amma bunun məhkəməyə aid edilməsi doğru deyil. Məhkəmə şəhid ailəsinin əleyhinə qanunsuz qərar veribsə o məhkəməyə çox sərt münasibət bildirilməli, normal qərar veribsə onu xain çıxarmaq, hansısa formada linç edilməsi, ictimai rəydə aşağılanması tamamilə yanlışdır. Bu məhkəmin özünün də nüfuzunu və obyektivliyini şübhə altına salır. Buna yol vermək olmaz”.

3 COMMENTS

  1. As well as being an official partner of the WPT, Faded Spade cards are used at Borgata Casinos and Resorts World, Las Vegas. So, Faded Spade is well worth considering if you’re looking for the best playing cards for poker, and it will serve you well as you host games with your friends. Follow on facebook and Instagram for updates! Be a part of the action with your very own WPT playing cards. The other major difference between 7 Card Stud and Texas Hold’em is that while the first two cards are private like Hold’em, every other card except the River card is placed face-up, so other players can see the cards you have. All Prices listed in Canadian Dollars World Poker Tour Logo Black Cards World Poker Tour is one of the most recognized names in internationally televised gaming and entertainment.
    http://trcmall.itsix.kr/bbs/board.php?bo_table=free&wr_id=66262
    The best mobile casino sites offer a range of real money slots from different providers. Explore the IGT back catalog for big-paying games like Cleopatra or enjoy classic NetEnt Touch titles like Starburst. You can also play mobile casino games at stakes to suit your own budget. Choose from 1 cent stakes or hit the high roller games and play for $500 a spin. Yes! Real money slot apps also provide demo play versions where you can enjoy the same gameplay with none of the risk. Just click on the “Demo Play” or “Practice Money” version in the game lobby. I’ve been playing for 2 weeks now, and have not had to pay any money, came in low on points a couple of times, but I always win them back. I only play Crazy Train.its fun and free for me, no complaints.. Slotomania slot machine online brings a Las Vegas feel on a social networking site by simulating a real video slot machine, I would say, however, that it’s like playing an arcade or console game. You will not win real cash prizes, even though you pay in real-money to buy credit coins. The reason for this is that this newest type of gaming slot on Facebook is more about reaching different levels to unlock other slot games to keep you playing and accumulating points in the form of virtual coins rather than winning in real-money.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir