Deputatın cəzalanma qaydası mübahisə doğurdu

Bizimsesimiz.info // Deputatın etik davranışı ilə bağlı İnzibati Xətalar Məcəlləsinə, Milli Məclisinin Daxili Nizamnaməsinə və Seçki Məcəlləsinə düzəlişlərin edilməsinə dair layihənin müzakirəyə çıxarılmamasının səbəbi məlum olub.

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, buna səbəb deputat mandatının geri alınması qaydasının tənzimlənməsi istiqamətində bir sıra məsələlərdə ortaq məxrəcə gəlinə bilməməsidir.
Bildirilib ki, ziddiyyətlilik yaranan məsələlərdən biri deputatın cəzalanma qaydasıdır. Konstitusiyaya görə, deputat etik davranış qaydalarını pozduğu halda mandatdan məhrum edilə bilər. Deputatın mandatdan məhrum edilməsi işinin Ali Məhkəmədən, Konstitusiya Məhkəməsindən, Milli Məclisin İntizam Komissiyasından ibarət olması istiqamətində çox variantlılıq var. Layihə ilə bağlı müzakirələr parlamentin növbəti sessiyasında aparılacaq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir