Bizimsesimiz.info // Filippin dövlət başçısı Rodriqo Duterte diktatura niyyəti olmadığını maraqlı şəkildə ifadə edib.

R.Duterte deyib: “Əgər mən hakimiyyətdə konstitusiyanın mənə icazə verdiyindən daha artıq qalsam və bir diktatora çevrilsəm, əsgər və polislərdən məni vurub öldürməsini istəyirəm. Zarafat etmirəm. Vəzifə müddətimi bir gün belə uzatsam, ordudan, polisdən və ya konstitusiya ilə bağlı birindən buna icazə verməmələrini istəyirəm. Sizin vəzifəniz xalqı və konstitusiyanı qorumaqdır.”

Qeyd edək ki, Rodriqo Dutertenin vəzifə müddəti 2022-ci ildə başa çatacaq.

Filippin dövlət başçısı bundan əvvəl konstitusiya dəyişikliyində vəzifə müddətinin uzadılıb-uzadılmaması ilə bağlı müzakirə zamanı “Diktaturadan qorxmayın. Elə bir niyyətim yoxdur. Diktatura istəmirəm və sevmirəm”.

Keçmiş Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama və Şimali Koreya lideri Kim Conqu söyən, 16 yaşında cinayət işlətdiyini etiraf edən və qadınlara qarşı tez-tez alçaldıcı ifadələr işlədən R.Dutertenin vəzifəyə gəldiyi 2016-ci ildən bu yana narkotiklə mübarizə əməliyyatlarında, rəsmi rəqəmlərə görə, 4 mindən çox şübhəli ölüb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here