Yəqin ki, son illər dövrü mətbuatda, bir çox media qurumlarında dilənçilərlə bağlı dərc olunan açıqlamalar haqda əksəriyyət məlumatlıdır. Əslinə baxsan belə bir fəaliyyət növü ilə məşğul olmağı qarşısına məqsəd qoyanlar, bu cür addımlarını atmaqla bir tikə çörək qazanmağın asan olduğunu dərk etdiyindən, məhz bu işlə məşğul olmağı qarşılarına məqsəd qoyurlar. Bəzən də, müəyyən çevrədə belə bir informasiya dolaşır ki, onları bu cür addımlar atmağa vadar edən hansısa qruplaşmalar, maraqlı qüvvələr var.

Onu da bildirək ki, dilənçiliklə məşğul olan şəxslərə əhalinin sıx olduğu yerlərdə, daha çox metro stansiyalarının çıxışlarında, metro keçidlərində, vaqonlarda, şəhərin hərəkət sıxlığı olan küçələrdə, parklarda və s. kimi yerlərdə rast gəlmək olur. Ayrı-ayrı metrostansiyalarında bir vaqondan digərinə keçən və “uzaqdan idarə olunan” “pulyığanlar”ı çoxumuz görürük, hərəkətlərini canlı şəkildə də müşahidə edirik. Bəzən də, hansısa yolun ortasına uzanaraq minbir cildə girən dilənçilərin gəlib-keçənlərdən hansı yollarla pul almalarına da rast gəlirik. Dilənçilər və qaraçılar sosial həyatımızın bir parçasıdırlar. Əvvəllər qaraçılar daha çox fala baxmaqla məşğul olduqlarından, çox zaman yaş həddi az olan gəncləri tora salmağı bacarırdılar. Elə hallarda olub ki, parklarda, bulvarlarda gəzişən cütlüklərə bir-iki söz atmaqla onları maqnit kimi özlərinə tərəf də çəkə biliblər.

Son illər bir çox şəxslər falçılıqla məşğul olduqlarından və onlar telekanallarımızda çıxışlar edə bildiklərindən, qaraçıların falçılıq biznesi zəiflədi. Amma dilənçilik bir fəaliyyət növü olaraq bu gün də üstünlüyünü qoruyub saxlamaqdadır. Artıq bu işlə, yəni dilənmək hesabına var-dövlət sahibi olmaları zərb-məsələyə də dönüb. Yəqin ki, əksəriyyət onu da xatırlaya bilər ki, bir müddət bundan öncə əslən ABŞ-dan olan gənc xanımın dilənmək hesabına nə qədər var-dövlətə sahib olması haqda xəbər yayılmışdı. Yayılan məlumatda qeyd olunurdu ki, həmin qadın özünü yaşlı qadın cildinə salaraq dilənirmiş. Bir qədər vaxt keçdikdən sonra o da məlum olur ki, həmin qadının ən bahalı avtomobili, külli miqdarda var-dövləti var.

Onu da vurğulayaq ki, hələ bir neçə il bundan öncə Fransa hökuməti qaraçıların ölkədən deportasiyasına qərar vermişdi və belə bir qərarın verilməsini, məhz qaraçıların kriminal qruplarla əlaqəli olmaları, kriminal hadisələrdə iştirakları ilə əlaqələndirirdi. Bəli, bu gün də əksər ölkələrdə dilənçilərlə bağlı problemlər var.

Bu gün Bakı şəhərində dilənçilərlə bağlı problemlər yaşanmaqdadır və hər bir problem də göz önündədir. Onu da vurğulamaq yerinə düşər ki, belə bir problemin həlli hələ də mümkün olmayıb. Məsələn, əgər xatırlasaq o halda yadımıza düşəcək ki, hələ ötən illərin birində Binəqədi rayon Polis İdarəsi, 40-cı polis bölməsinin əməkdaşları avaraçılıq və dilənçiliklə məşğul olan 46 nəfər şəxsi saxlamışdılar. Saxlanılanlardan 7-si qadın, 39-u isə uşaq olub və onlar saxlandıqdan sonra Bakı Baş Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına təhvil verilirlər və az sonra da buraxılılar. O vaxt atılan addımla bağlı məsələyə münasibət bildirən Məhbuslara Yardım Fondunun prezidenti Məmməd Zeynalov qeyd etmişdi ki, “dilənçiləri saxlamaq və polisə təhvil vermək heç də nəyisə dəyişmir”. Onu da qeyd edək ki, hələ sovet dönəmində dilənçiliklə məşğul olmaq, avaraçılıq etmək cinayət tərkibli əməl hesab olunurdu. Yəni, CM-nin 215-si maddəsi əsasında onlar cinayət məsuliyyətinə cəlb olunurdular. Elə ki, 1991-ci ildə müstəqillik hüququmuzu əldə etdik və az sonra Avropa Konvensiyalarına qoşulduq, o halda belə bir maddələr CM-dən çıxarıldı və artıq bizim Məcəllədə belə bir maddə yoxdur. Qaraçıların atdıqları addımlarla bağlı konkret cinayət tərkibli əməl olmadığı üçün, onları dilənçilik etdiklərinə görə həbs etmək, hansısa cəzanı vermək mümkün deyil. Tutaq ki, polis əməkdaşları onların bir-ikisini tutub saxladı, az sonra saxlanma təcridxanasına təhvil verdi, atılan belə bir addım nəyi dəyişəcək? Bu cür əməl sahibi olanları yaşadığımız cəmiyyətin normal üzvünə çevirmək üçün, əslində maarifləndirici tədbirlər görülsə daha yaxşı effekti olar, bəlkə də lazımi nəticəni əldə etmək olar. Hal-hazırda dünyanın bir çox ölkələrində, xüsusilə də Fransada qaraçılarla bağlı məsələni çətinləşdirən və problem əmələ gətirən hal, onların vətəndaşlığının olmamasıdır. Məsələn, əksər Avropa ölkələrində elə bir sistem qurulub ki, polis hər hansı şəxsi hansısa məsələ ilə bağlı, ya yol hərəkəti qaydasını, ya qanunun hansısa müddəasını, hansısa ictimai qaydanı pozmaqla bağlı saxlayırsa, o zaman saxlanılan şəxsin adını kompüterə daxil edir və haqqında lazımi bilgini əldə edir. Saxlanılan şəxs kimdir, nəçidir, cinayət məsuliyyətinə cəlb edilib, ya yox və s. Amma qaraçıların vətəndaşlığı, qeydiyyat ünvanları olmadığından onlarla hər hansı bilgi əldə etmək mümkün deyil. Ona görə də bu şəxslərin axtarışı, onların cinayət məsuliyyətinə cəlb edilməsi olduqca müşkül məsələ olur.

Bu gün bizim ölkəmizdə qaraçılarla bağlı vəziyyət fərqlidir. Belə ki, qaraçılar daha çox Yevlax zonasında məskunlaşıblar və hər kəs də bilir ki, onların əsas məşğuliyyəti, başlıca fəaliyyətləri dilənçilik etməkdir. Bizim ölkəmizdəki qaraçıların digər ölkələrdəki qaraçılardan yalnız bir fərqi var ki, onların vətəndaşlığı var. Yəni, bizim ökəmizdəki sənədləri, pasportları və qeydiyyat ünvanları var. Onu da bildirək ki, bu günə kimi qaraçılar tərəfindən çoxsaylı cinayət əməllərinin törədilməsi halları da baş verib. Onlar daha çox oğurluqla məşğul olurlar və buna görə də Yevlax zonasından cinayətkarlar çox olur. Ümumiyyətlə, qaraçılar problem yaradan və çətin islah olunandırlar. Onları islah etməyin yolu, yalnız onların arasında maarifçilik işlərinin aparılmasıdır. Bunun üçün ilk növbədə onların övladları təhsilə cəlb olunmalıdırlar. Bu böyük sosial layihələr tələb edən bir işdir.

Bu fakt diqqətdə saxlanmalıdır ki, nə vaxtsa dilənçilər tərəfindən anti-ictimai hərəkətlər, ictimai təhlükə xarakteri daşıyan əməllər olarsa, müvafiq tədbirlər görülə bilsin. Çox zaman belə iradlar səslənir ki, polis hara baxır, niyə bu dilənçiləri, qaraçıları tutmur? Hətta onların polisləri “ələ aldığı” da deyilir. Belə bir fikirlərlə qismən razı olmaq olar. Ola bilsin ki, kimsə sahə müvəkkilinə, yaxud metro polisinə müəyyən qədər haqq verir ki, onların metroda, keçidlərdə dilənçilik etmələrinə mane olmasın. Amma Məcəllədə müvafiq maddə olmadığından, belə bir problemləri yuxarı səviyyələrdə mümkün deyil. Hüquq-mühafizə orqanlarının dilənçiləri məsuliyyətə cəlb etmələri üçün qanuni əsas olmalıdır. Ümumiyyətlə, qaraçılarla mübarizə bütün dünyada problemə çevrilib və onları islah etmək çətindir. Bu xalqın təfəkküründə, genetikasında oturaq həyat tərzi yoxdu. Oturaqlıq dövlətçiliyin əsas əlamətləridir, bu da onlarda yoxdur.

Bu gün qaraçılarla bağlı müəyyən addımlar atılmalıdır ki, onları oğurluqdan, əyrilikdən, dilənçilikdən əl çəkdirmək mümkün olsun. Bir halda ki, Azərbaycanda bunu etmək olar, onda niyə belə bir addımdan istifadə olunmur? İşsiz, nəzarətsiz qalan qaraçılar əksər hallarda ictimaiyyətə başağrısı verirlər, kriminal hadisələr törədirlər və anti-ictimai mövqedə dayanırlar. Əgər onlarla bağlı xüsusi proqram işlənsə, o halda qaraçılar da cəmiyyətin normal üzvünə çevrilərlər. Bəlkə o zaman biz nə vaqonlarda əl açıb dilənən ayağı yalın cocuqları, nə cavan qızları fala baxmaq çağırışları ilə şirnikləndirən gəlinləri, nə də özünü yerlə bir edən kimlərisə görə bilərik. Odur ki, belə bir addımları atmağın zamanı çatıb. Yoxsa…

Rəsafil Bayramov
Atatv.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here