“Dinini və mədəniyyətini bilən nəsillər yetişdirməyə qərarlıyıq”, R. T. Ərdoğan
Bizimsesimiz.info // İstanbulda Yıldız Hamidiye məscidinin açılışında çıxışı zamanı Ərdoğan deyib: “Dinimizin əlaməti olan məscid və camelərimizi bərpa edirik, canlandırırıq. Bizim millətimizin mayası möhkəmdir, özü möhkəmdir, ruhu sağlamdır… Əcdadımız Səlib yürüşlərindən bəri davam edən mübarizələrin qəhrəmanları olma şərəfinə nail olmuşlar. Bu gün də ölkəmizə və millətimizə hücum edərkən, fikir verin, məbədlərimizi hədəfə alırlar. Xatırlayırsınızsa, 15 iyulda Ankarada Gölbaşında Özəl Hərəkat Komandanlığındakı məscidimiz və Beştepedə Cumhurbaşkanlığı İqamətgahındakı Millət məscidimiz döyüş təyyarələriylə bombalandı. İstanbulda fatihə (sela) oxunan bir çox məscid qiyamçılar tərəfindən mühasirəyə alındı. İzmirdə yenə sela oxunan bir məscidə və oradakı təhlükəsizlik xidməti işçisinə hücum edildi. Bütün bunlar təsadüfi deyil. Azanları susturmadan, bayraqları endirmədən ölkəmizi işğal edə bilməyəcəklərini bilənlər xüsusən bu məkanlarımızı hədəfə alırlar.”