DİPLOMATİK BÖHRAN: Kreml ABŞ-ı “siyasi şizofreniya”dan imtina etməyə çağırıb
Bizimsesimiz.info // ABŞ və Rusiya arasında Vaşinqton tərəfindən yeni sanksiyalar və Birləşmiş Ştatlar diplomatlarının Rusiya ərazisindən göndərilməsi üzrə rəsmi Moskvanın cavab tədbirləri səbəbilə polemika davam edir. Kreml rəhbəri Vladimir Putin Rusiyanı 755 ABŞ diplomatının tərk edəcəyini bildirib.
Bu barədə SalamNews RİA “Novosti”yə istinadla xəbər verir.
“Rusiyada 1000-dən çox əməkdaş – diplomat və texniki işçi işləyib və hələ də işləməkdə davam edir. 755 ABŞ diplomatı fəaliyyətini dayandırmalı olacaq.”, – deyə Putin “bu hissolunandır” əlavə edərək söyləyib.
Rusiyalılar diplomatları xaric etməklə ABŞ-ın Rusiyaya qarşı tarixi maksimal həddə gücləndirilmiş sanksiyalarına cavab verib.
Məlum olduğu kimi, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı “Sanksiyalar vasitəsilə ABŞ-ın rəqiblərinə qarşı fəaliyyət barədə qanun”u təsdiqləyib. Qanunda Rusiyaya münasibətdə məhdudiyyətlər gücləndirilir.
Kreml isə öz növbəsində ABŞ-ı “siyasi şizofreniya”dan imtina etməyə çağırıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya və ABŞ-a münasibətlərin yaxşılaşdırılması üçün onların qaydaya salınmasına yönələn siyasi iradənin təzahürü və sanksiya diktatı cəhdlərindən imtina lazımdır.
“Vəziyyətdən çıxış münasibətlərin qaydaya salınmasına dair siyasi iradə nümayişi, siyasi şizofreniyadan reabilitasiya prosesi, bu münasibətləri normallaşdırmaq istəyini qeyd etmə və sanksiya diktatı cəhdlərindən imtinadır.”, – deyə Peskov “Rusiya-ABŞ münasibətlərini necə normallaşdırmaq olar?” sualını cavablandırarkən jurnalistlərə bildirib.
Bundan əlavə, Rusiya liderinin mətbuat katibi qeyd edib ki, bundan əvvəl Putin Rusiyanın ümumi maraqlar sahəsində qarşılıqlı fəaliyyəti davam etdirməkdə maraqlı olduğunu söyləyib.
“Rusiya ABŞ-a münasibətdə əlavə tədbirlər görmək hüququnu özündə saxlayır.
O, (Vladimir Putin) bildirib ki, sözsüz, hər hansı əlavə reaksiya vermək hüququnu özümüzdə saxlayırıq. Lakin “Bunu hazırda etməyin lazım olduğunu düşünürmü?” sualını cavablandırarkən belə hesab etmədiyini, ümumilikdə Rusiyanın maraqlarımıza cavab verdiyi yerlərdə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu söyləyib. Prezident, həqiqətən, qarşılıqlı fəaliyyət üçün yaxşı imkan olan sahələri açıqlayıb və bu qarşılıqlı fəaliyyət bizə xeyir gətirir. Prezident bu sahələrdə əməkdaşlığın davam etdirilməsini məqsədyönlü hesab edir.”, – Peskov “Moskva ABŞ-a münasibətdə digər cavab tədbirlərinin görülməsi imkanına yer saxlayırmı?” sualını belə cavablandırıb.