Bizimsesimiz.info // Rusiya Dövlət Administrasiyasının (Kreml) sözçüsü Dmitri Peskov Amerika Birləşmiş Ştatları ilə diplomatik müharibəni Rusiyanın başlamadığını bildirib.

Jurnalistlərin suallarını cavablandıran D.Peskov deyib: “Diplomatik müharibəyə Rusiya başlamadı. Ölkə prezidenti Vladimir Putin, ABŞ da daxil olmaqla, bütün ölkələrlə yaxşı münasibətləri inkişaf etdirmək tərəfdarıdır. Sanksiyaları başlayan, diplomatları deportasiya edən və digər prosesləri başlayan tərəf heç vaxt Rusiya olmadı… Bizim Rusiyadakı 60 amerikalı diplomatı deportasiya etmə və Sankt Peterburqdakı ABŞ Baş Konsulluğunu bağlamağımız cavab xarakteri daşıyır. Rəsmi Vaşinqtonun konstruktiv olmayan və qanunsuz hərəkətlərinə qarşı cavab vermək məcburiyyətində qaldı… Rusiyanın diplomatlarını deportasiya edən ölkələrə Rusiya da cavabı ləngimədi, ləngitməyəcək. Bütün bunlarla belə, Rusya yenə yaxşı münasibətlərə açıqdır”.

Qeyd edək ki, Londonun keçmiş rus agenti Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində rəsmi Moskvanı günahkar hesab edən ABŞ və 20-dən çox Avropa ölkəsi Rusiya diplomatlarını deportasiya etmək qərarı verib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here