Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin

09 fevral 2020 ci il tarixində keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı

BƏYANATI

09 fevral tarixində keçirilən növbədənkənar parlament seçkisində Doğru Yol Partiyası üzvləri fəal iştirak etmək üçün bir neçə seçki dairəsinə qeydiyyat üçün müraciət etmiş və təəssüf ki, 3 nəfər qeydiyyata alınmışdır.

Seçki öncəsi müəyyən kiçik qüsurları nəzərə almasaq prosesin ilkin mərhələsini pozitiv qiymətləndirmək olsada, lakin seçkinin nəticəsinə təsir göstərən qanuna uyğun olmayan hallar seçkiyə 3 gün qalmış baş vermiş və seçki günü də daxil olmaqla aşağıda göstərilən neqativ hallar müşahidə edilmişdir.
– dövlətin inzibati resurslarının bütün dairələrdə bir namizədin xeyrinə səfərbər edilməsi
– seçki qutularından topa seçki bülletenlərinin çıxması.
– bir nəfərin bir neçə dəfə müxtəlif məntəqələrdə səs verməsi- karusel metodunun tətbiqi
– Seçki günü müşahidəçilərin aydın müşahidə imkanlarının məhdudlaşdırılması
– Məntəqə Seçki Komissiyasının üzvlərinin namizədlərə və obyektiv müşahidə aparmaq istəyənlərə aqressiv münasibətinin olması

Seçkinin nəticəsinə həlledici təsir göstərən yuxarıda qeyd edilən qanun pozuntusu və digər çatışmamazlıqları nəzərə alaraq Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsi 09 fevral seçkisinin nəticələrinin reallığı əks etdirmədiyini və seçki prosesini anti-demokratik hesab etdiyini bəyan edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here