Bizimsesimiz.info // Doğru Yol Partiyası Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin mətbuat xidmətindən Bizimsesimiz.info- ya daxil olan məlumata əsasən məlumat veririk ki, partiya qarşıdan gələn prezident seçkisi ilə əlaqədar bəyanat vermişdir. Bəyanatın tam mətnini aşağıda olduğu kimi qeyd edirik.

“Məlum olduğu kimi, Aprel ayının 11- də ölkəmizdə növbədənkənar prezident seçkisi keçiriləcək. Hal- hazırda seçki prosesinin təbliğat- təşviqat mərhələsi davam edir.

Konstitusiyaya əsasən Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və xalq öz hakimiyyətini seçki yolu ilə müəyyən edir. Seçki xalqın iradəsinin təcəssümü və hakimiyyətin dinc üsul ilə formalaşdırılması üçün yeganə yoldur.

Doğru Yol Partiyası  11 Aprel 2018- ci il tarixdə keçiriləcək prezident seçkisində birbaşa iştirak etməsə də Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsindəki müzakirədən sonra belə qərara alınmışdır ki, milli dövlətçiliyin inkişafı, seçkilər yolu ilə hakimiyyətin formalaşdırılması siyasi şüurunun gücləndirilməsi , seçki və siyasi mədəniyyətin yüksəldilməsi və siyasi proseslərin dinc, qanunlar çərçivəsində cərəyanı üçün xalqın fəal şəkildə seçkidə iştirakı zəruridir.

Hesab edirik ki, dövlət quruculuğu prosesinin sürətlənməsi, xaricdən ölkəyə müxtəlif təsirlərin neytrallaşdırılması və milli birliyin yaradılması, cəmiyyətin və siyasi qüvvələrin seçkidə iştirakı ənənəsini formalaşdırmaq və bu prosesdə xalqın fəallığına nail olmaq lazımdır.

Doğru Yol Partiyası xalqı 11 aprel 2018- ci il tarixdə keçiriləcək Prezident seçkisində fəal iştiraka çağırır və hər kəsi seçki məntəqələrinə gəlib seçdiyi namizədə səs verməyə dəvət edir.

Doğru Yol Partiyası Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi.

07 Aprel 2018 ci il”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here