Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin Qarabağ qazisi Tofiq Yaqublunun barəsindəki məhkəmə hökmü ilə bağlı

BƏYANATI

Bakı şəhəri Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının üzvü, Qarabağ qazisi Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

03 sentyabr tarixində Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə, Tofiq Yaqublunun haqqında ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi qərarı verilib.

Doğru Yol Partiyası Qarabağ qazisi Tofiq Yaqublunun məhkəməsinin ictimaiyyətə tam açıq olmadığnı, məhkəmə prosesi zamanı ittiham olunan tərəfin iddialarının təmin olunmadığını və digər məsələləri nəzərə alıb çıxarılan məhkəmə hökmünü siyasi motivli hesab edir, məhkəmənin qərarını Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzuna zərbə hesab edir.

Doğru Yol Partiyası 09 fevral Milli Məclisə növbədənkənar seçkidən sonra iqtidar- müxalifət dialoqunun başlanması, partiyalar ilə görüşlər, qurultayını keçirən partiyaların problemsiz qeydiyyata alınması, siyasi mühitin normallaşdırılması istiqamətində atılan addımları pozitiv siyasi mərhələ kimi qiymətləndirir və qeyd edir ki, Nizami rayon məhkəməsinin Qarabağ qazisi Tofiq Yaqublu haqqında həbs qərarı ölkədə siyasi normallaşma prosesinə mənfi mənada ciddi təsir göstərəcək.

Ümid edirik ki, yaxın zamanda məhkəmənin ədalətsiz qərarı növbəti instansiyada ləğv ediləcək və tam obyektiv, ədalətli qərar veriləcək.

03 sentyabr 2020- ci il.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here