Donald Tramp 2020-ci il seçkilərinə Mayk Penslə gedəcəyini təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində indiki vitse-prezident Mayk Penslə tandemdə iştirak edəcəyini təsdiqləyib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu D.Tramp jurnalistlərə açıqlamasında deyib.

“Mən Mayk Pensdən çox razıyam. Mayk Pens əla vitse-prezidentdir. Onu dəyişmək haqda düşünmürəm”, – deyə ABŞ Prezidenti bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir